KUŞİNQ Sindromu: diaqnostika, müalicə və proqnoz (Hissə 1. ardı növbəti sayda)
Kuşinq sindromu qanda dövran edən azad qlukokortikoid hormonun normadan artıq konsentrasiyasına qeyri-müvafiq və uzun müddət ərzində orqanizmə təsiri nəticəsində əmələ gəlir.
- Kuşinq xəstəliyi
- Kuşinq sindromunun ən çox rast gəlinən formasıdır
- Hipofizin adenoması nəticəsində adrenal vəz tərəfindən artıq kortizolun ifrazı nəticəsində yaranır
- Psevdo-Kuşinq vəziyyəti
- Kortikotropin ifrazedici hormonun neyronlarının artmış aktivliyi nəticəsində kortizolun artıq ifrazı
- Bu müxtəlif xəstəlik prosesləri zamanı baş verə bilir:
- Spirtli içkilərə aludəçilik
- Nəzarət tam götürülməyən şəkərli diabet
- Köklük
- Psixi xəstəliklər, məsələn, depressiya və həyacan
Ümumi baxış:
- Hiperkortizolizmin təyin edilməsi
- Kuşinq sindromu diaqnozunu qoymaq üçün bir sıra müxtəlif testing keçirilməsi tələb olunur.
- Qeyri-düzgün müsbət test nəticələrin mümkünlüyünü minimuma endirmək üçün testlər kəskin xəstəlik olmayan zaman aparılmalıdır
- Təklikdə və ya kombinasiyada tətbiq edilən testlərə aşağıdakılar aiddir:
- Sidikdə azad kortizolun səviyyəsi (24 saat ərzində sidikdə azad kortizol)
- Aşağı dozada (gecə 1mq və ya 48 saata (2mq/24 saatda) deksametazon supressiya testi
- Gecəyarı qanda kortizolun səviyyəsi
- Gecə tüpürcəkdə kortizolun səviyyəsi
- Deksametazon-Kortikotropin ifrazedici hormon testi:
- Ikinci dərəcəli testdir
- Adətən psevdo-Kuşinq vəziyyətini Kuşinq xəstəliyindən ayırmaq məqsədilə tətbiq edilir
- Adrenokortikotropinin qanda səviyyəsi ölçülərək Kuşinq sindromunun AKTH-dan asılı olub olmadığı müəyyən edilir
- Əgər AKTH-dan asılı olmayan Kuşinq sindromu müəyyən edilirsə, bu zaman Adrenal vəzlərin (böyrəküstü endokrin vəzlər) Kompüter tomoqrafiyası aparılır.
- Əgər AKTH-dan asılı Kuşinq sindromu müəyyən edilirsə, aşağıdakı alqoritm tətbiq edilir:
- Pituitar (Hipofiz) adenomanın olub olmadığının müəyyən edilməsi
- Hipofiz vəzinin görüntüləməsi
- Kortikotropin ifrazedici hormon testi
- Yüksək dozalı deksametazon supressiya testi
- İki tərəfli petrosal sinusdan toxuma nümunəsinin götürülməsi
- Əgər hipofizin adenoması istisna edilirsə, bu zaman aşağıdakı görüntüləmə metodları ilə ektopik AKTH-ifrazedici şişin lokalizasiyasını təyin etmək üçün tədbirlər görülür:
- Döş qəfəsi və qarının KT/MRT-si
- Somatostatin ssintiqrafiyası
- Kuşinq xəstəliyi (hipofizin adenoması) diaqnozu həkimlər tərəfindən adətən aşağıdakı əlamətlər müşahidə edildikdə qoyulur:
- Kortikotropin ifrazedici hormone və həmçinin deksametazon supressiya testi zamanı əldə edilən nəticə hipofiz vəzinin xəstəliyinə dəlalət edirsə;
- Hipofiz vəzinin MRT-si ≥ 6 mm olan şiş göstərirsə.
Endokrinoloqlar cəmiyyətinin tövsiyyələri:
- Testlərin aparılmasına olan tövsiyyələr:
- Kuşinq xəstəliyinə işarə edən əlamətlər, xüsusilə də, xəstənin yaş qrupuna normal vəziyyətdə xas olmayan əlamətlər (məsələn, osteoporoz və ya hipertoniya xəstəliyi)
- Bəzi hallarda naməlum səbəblərdən osteoporozu olan kişilər, həmçinin hipertoniya xəstəliyi ilə yanaşı control edilməsi xeyli çətin olan şəkərli diabeti olan xəstələrdə də Kuşinq sindromuna dair müayinə aparıla bilər
- Kuşinq sindromuna işarə edən çoxsaylı və proqressiv xüsusiyyətlə
- Uşaqlarda artan bədən çəkisi fonunda boyun uzunluğunun azalması
- Adenomaya bənzər böyürəküstü (adrenal) vəzin xəstəliyi
- Digər xəstə qruplarında testlərin geniş tətbiqi məsləhət görülmür.
- İlkin test olaraq aşağıdakı testlərdən biri istifadə edilə bilər:
- Sidikdə azad kortizolun səviyyəsi (24 saat ərzində sidikdə azad kortizol)
- Aşağı dozada (gecə 1mq və ya 48 saata (2mq/24 saatda) deksametazon supressiya testi
- Gecə tüpürcəkdə kortizolun səviyyəsi
- Aşağıdakı testlərdən heç biri Kuşinq sindromunun ilkin diaqnostikası məqsədilə tövsiyyə edilmir:
- Qanda kortizol və ya AKTH səviyyəsi
- Sidikdə 17-ketosteroidlər
- Insulinə tolerantlıq testi
- Loperamid testi
- Kuşinq sindromunun mövcudluğu sübuta yetirilənədək onun səbəbini müəyyən etmək tövsiyyə edilmir (yəni, birbaşa hipofiz və ya adrenal vəzin görüntüləməsinin edilməsi)
- Əhalinin xüsusi qrupları:
- Hamilə qadınlarda ilkin müayinə üçün sidikdə azad kortizolun 24 saat ərzində təyini (hamilə qadınlarda deksametazon testi istifadə edilməməlidir)
- Deksametazonun qandan təmizlənməsini sürətləndirən antiepileptik dərmanlar qəbul edən epilepsiyası olan xəstələrdə qanda, tüpürcəkdə, və ya sidikdə supressiya edilməmiş kortizolun səviyyəsi ölçülür (bu xəstələrdə deksametazon testi tətbiq edilməməlidir).
- Ağır böyrək çatışmazlığından əziyyət çəkən xəstələrdə Sidikdə Azad Kortizol əvəzinə gecə 1 mq verilməklə aşağı dozada deksametazon supressiya testi istifadə edilir.
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.