Thursday, September 15, 2011

Apendisitə dair bəzi faktlar.

Apendisitə dair bəzi faktlar.

1. ABŞ-da apendisit diaqnozu qoyulan 20% xəstələrdə cərrahi əməliyyat zamanı apendisit sağlam olduğu tapılır. Bu bir növ qəbul edilən statistikadır, çünki düşünülür ki, apendisiti diaqnoz etməmək və nəticəsə onun partlaması ilə ağır fəsadlar əldə etməkdənsə, 20% normal apendisitin kəsilməsi daha məqsədə uyğundur. 

2. Apendisit nəticəsində ağrıların başlamasından 24 saat ərzində onun partlama ehtimalı 25%-ə bərabərdir. Apendisitin partlaması nəticəsində isə peritonit baş verə bilər. Habelə partlama nəticəsində qarın boşluğuna axan möhtəviyyat ya sovrula ya da irinləşə bilər və ağır fəsadlara gətirib çıxara bilər. 

3. Apendisitə qan İliokolik arteriyasının şaxəsi olan apendiksin arteriyası vasitəsilə çatdırılır. Apendiksin arteriyası Mezoapendiksdə yerləşir. 

4. Apendisitin səbəbləri: limfa toxumasının hiperplaziyası, fekalitlər (nəcisin bərkiməsi nəticəsində yaranan daşlar) apendiksin obstruksiyasını yaradır və apendiksdən axını bağladığı üçün iltihabi proses baş verir. Nadir hallarda apendisit qurd, yad cism, şiş (məsələn, karsinoid şiş) nəticəsində də əmələ gələ bilər. 

5. Apendisitin simptomları: xronoloji cəhətdən klassik apendisitin əlamətləri: 
- Periumbilikal (göbəkətrafı) ağrılar
- Ürək bulanma və qusma
- İştahanın olmaması
- Ağrının tədricən Aşağı sağ çanaq nayihəsinə miqrasiyası 24 saat az müddətdə baş verir. Bu zaman peritonun qıcıqlandırılması nəticəsində baş verir ağrı hissi. 

6. Peritonun qıcıqlandırılması simptomları: 
- qarın əzələlərinin bərkiməsi
- əzələ spazmları
- obturator və psoas əlamətləri 
- aşağı dərəcəli hərarət (hərarət çox yüksəkdirsə, burada perforasiya baş verməsi ehtimal edilməlidir) 


No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.