Saturday, January 7, 2012

Kəskin prostatit: diaqnostika, müalicə və profilaktika

  • Prostat vəzinin infeksiyası, adətən bakteriyal mənşəli. Bəzi hallarda kəskin bakteriyal prostatit də adlandırılır.
  • ABŞ-ın Milli Sağlamlıq İnstitute tərəfindən qəbul edilmiş və geniş tətbiq edilən klassifikasiyaya görə prostatit 4 kateqoriyaya bölünür:
    • Kəskin bakteriyal prostatit
      • Sidiyin ilk 10 ml-də və həmçinin sidiyə getmənin ortasından götürülmış nümunəsində görmə sahəsində Leykositlərin sayının >10-dan çox olması
      • Həm sidiyin ilk 10 ml, həm də ortasından əldə olunmuş nümunədə müsbət bakterioloji əkmələr
    • Xroniki bakteriyal prostatit
      • Görmə sahəsində >10-dan artıq Leykositlər
      • Prostat vəzinin sıxılmış sekresiyasında və həmçinin həmin şirənin əldə ediməsindən sonra götürülmüş ilk 10 ml sidikdə müsbət əkmələr
    • Xroniki çanaq ağrı sindromu
      • Iltihabla bağlı olduqda analiz həm prostat vəzin şirəsi, həm  prostatın sıxılmış sekresiyasından sonra əldə edilmiş ilk 10 ml sidikdə, və ya toxumda 10-dan artıq leykositlərin olması
      • Qeyri-iltihablı prosesdə analiz həm sıxılmış prostat vəzin şirəsi, həm  prostatın sıxılmış sekresiyasından sonra əldə edilmiş ilk 10 ml sidikdə, və ya toxumda 10-dan az leykositlərin olması
    • Asimptomatik iltihablı prostatit
      • Asimptomatik xəstələrdə prostat vəzinin sıxılmış şirəsi, həmçinin prostat vəzinin şirəsindən sonra əldə edilmiş ilk 10 ml sidikdə, habelə toxumda və ya histoloji nümunələrdə 10-dan artıq leykositlərin olması və/və ya bakteriyaların nümayiş etdirilməsi
Epidemiologiya: kəskin və xroniki prostatitə daha çox 20-40 yaşında olan kişilər tutulur. Bəzi ölkələrdə aparılmış araşdırmalara görə müayinə olunan 40-79 yaşlı kişilər arasında kəskin prostatit 10% şəxsdə müəyyən edilir.

Əsas törədicilər:
  • əsasən qram-mənfi bakteriyalar:
    • Escherichia coli (ən çox hallar)
    • Klebsiella
    • Serratia növü
    • Proteus mirabilis
    • Pseudomonas aeruginosa
    • Enterobacter növü
  • Daha az hallarda:
    • Neisseria gonorrhoeae və ya Chlamydia trachomatis daha çox cinsi fəallığı olan kişilərdə rast gəlinir
    • qram-müsbət bakteriya, məs., Enterococcus növündən olan bakteriyalar
    • fakultativ anaeroblar nadir hallarda müşahidə edilib
    • Mycobacterium tuberculosis nadir hallarda müəyyən edilə bilər, lakin daha çox immune sisteminin zəif və ya çatışmazlığı olan xəstələrdə

Patoqenez:

  • Sidik yollarının infeksiyasının törədicilərinin ya uretra vasitəsilə qalxması və ya prostatdaxili reflyuks nəticəsində prostate vəzinə yayılması
  • Eyni zamanda sepsis olduqda, infeksiya düz bağırsaqdan limfa və ya qan-damar sistemi vasitəsilə də prostat vəzinə keçə bilər.

Risk faktorlar:

  • Sidik kisəsi daxilinə qoyulmuş kateter
  • Sidik yollarında aparılmış hər hansı prosedurlar

Bəzi hallarda aşağıdakı risk faktorlar rol oynamış olur:

  • Qorunmamış cinsi əlaqə
  • fimoz
  • uretranın distal daralması - strikturası
  • Prostat vəzinin xoş xassəli hiperplaziyası
  • Keçirilmiş bakteriyal sistit (sidik kisəsinin infeksion iltihabı)
  • Epididimit
  • Prostat vəzinin transrektal biopsiyası (nadir hallarda)

Kəskin prostatitin ağırlaşmaları:

  • prostatın absesi
  • sepsis

Klini müayinə:

  • Xəstə adətən yüksək hərarət, sidik yollarında gedən prosesdən xəbər verən simptomlardan şikayətlənir. O cümlədən, dizuriya, sidiyə getmə tezliyinin artması, sidiyə getmə təcililiyin artması, habelə sidiyə getmək üçün gücənmə, sidiyin axının zəifləməsi, sidiyin tutulması və ya obstruksiya ilə bağlı simptomlarla müraciət edir. Bir çox hallarda suprapubik, perineal, rektal və ya xarici cinsi orqanlarda kəskin ağrılar da müşahidə edilir.
  • Bəzi xəstələrdə ürək bulanma və qusma, ümumi zəiflik də müəyyən edilir.
  • Daha ağır hallarda xəstədə sepsis əlamətləri müəyyən edilir, o cümlədən, ürək-damar sisteminin qeyri-stabilliyi, yüksək hərarət və üşütmə, huşun dəyişməsi də müşahidə edilir.

Fiziki müayinədə xəstədə yüksək hərarət, qarının müayinəsində suprapubik zonada ağrı və ya hissiyatlılığın artması və ya böyümə qeydə alınır ki, bu da sidik kisəsinin böyüməsindən xəbər verir. Rektal müayinə zamanı (düz bağırsağın barmaqla müayinəsində) prostatın palpasiyası ağrı törədir və 90%-dan çox xəstədə prostat vəzinin şişməsi (böyüməsini) müəyyən edilir. Kəskin prostatit zamanı prostatın barmaqla masajına əks göstəriş mövcuddur. Buna səbəb prostatın masajı zamanı xəstədə diskomfortun xeyli artması və bakteremiyanın baş verməsi ehtimalının artmasıdır.


Diaqnostika.
Kəskin prostatitin diaqnozu adətən yuxarıda qeyd edilmiş kliniki simptomlar və xəstədən yığılmış anamnez əsasında qoyulur. Təsdiqləmək üçün sidiyin ilkl 10 ml və sidiyə getmə zamanı orta müddətli sidikdən əldə edilmiş nümunələrdə görmə sahəsində 10-dan artıq leykositin müəyyən edilməsi kifayətdir. Sidikdən əkmə və törədici bakteriyanın identifikasiyası diaqnoz üçün gərək deyildir. Lakin, kəskin prostatitin diaqnostikası zamanı daim kəskin sistit, xroniki prostatitlə bağlı olan xroniki ağrı sindromları (xüsusilə də, xroniki bakteriyal prostatit, xroniki qeyri-bakteriyal prostatit/xroniki çanaq ağrı sindromu/prostatodiniya) və uretritlər (o cümlədən, xlamidiyalı və ya qonokokkal uretrit) nəzərdən keçirilməlidir.
Bəzi hallarda sidikdə Qram ləkəsi və əkmə də aparılır, ümumi qan analizi verilir və leykositozun olduğu araşdırılır. Sepsis nəzərdən keçirildiyi halda qandan əkmə edilir. Bütün hallarda Qram ləkəsi və əkmələr mütləq şəkildə antibiotiklərin verilməsindən əvvəl əldə edilmiş sidik və qan nümunələrində aparılmalıdır. Sidiyin ümumi analizi adətən piyuriya, yüksək leykosit esteraza və nitritlər, hematuriya və proteinuriya göstərir.  

Kəskin prostatitin müayinəsi zamanı Prostat-Spesifik Antiqenin təyin edilməsinə ehtiyac duyulmur. Əgər PSA səviyyəsi yoxlanılıbsa, nəzərə almaq lazımdır ki, kəskin prostatit zamanı PSA-nin səviyyəsi adətən artır və buna görə PSA-nin səviyyəsi 4-8 həftədən sonra bir daha təyin edilməlidir. Araşdırmalarda müəyyən edilib ki, kəskin prostatitin antibiotiklərlə müalicəsi nəticəsində PSA-nin səviyyəsi bütün xəstələrdə 14 gündən sonra normallaşır.

Diaqnostik görüntüləmə:

  • Kəskin prostatitin müayinəsi üçün hər hansı görüntüləməyə ehtiyac yoxdur. Lakin prostatın absesi nəzərdən keçirilirsə, transrektal USM, MRT və ya KT aparıla bilər.
  • Əgər suprapubik zonada şişkinlik qeydə alınırsa, bu zaman sidiyə getmədən sonra sidik kisəsinin USM aparılır ki, sidik axınının obstruksiyası və ya sidiyin tutulması istisna edilsin.
  • Prostat vəzinin USM zamanı araşdırmalara görə 81% xəstədə qeyri-normal tapıntılar müəyyən edilir ki, bunlarınsa sırasında 55% xəstədə - prostatın hipertrofiyası, 30% xəstədə isə prostatdaxili kalsinatlar təyin edilir.
Bütün hallarda bakteriyal infeksiyanın yayılması riski yüksək olduğu üçün prostate vəzinin biopsiyasına əks göstəriş vardır.

Digər faydalı diaqnostik testlər.

  • Uretral ifrazat olduğu zamanı sidik yollarından yaxma götürülür ki, Neisseria gonorrhoeaeChlamydia trachomatis infeksiyaları istisna edilsin

Proqnoz:

  • əksər hallarda kəskin prostatit müalicə nəticəsində keçib gedir
  • xəstələrin 18%-də təkrar infeksiya müşahidə edilir, 21%-də isə davam edən infeksiya müəyyən edilir.

Müalicə:

  • Ağrı və iltihabın aradan qaldırılması üçün Qeyri-steroidli İltihab Əleyhinə dərmanlar istifadə edilir.
  • Aşağı sidik yollarının obstruksiyası simptomları müəyyən edilirsə, alpha-1 blokatorlar (məsələn, tamsulozin və ya alfuzosin) istifadə edilə bilər.
  • Antibiotiklər müalicənin əsasını təmin edir.
    • Antibiotiklər təyin etdikdə ərazidə geniş yayılmış microbial flora və antibiotiklərə həssaslıq nəzərə alınmalıdır.
    • Sidikdən Qram ləkəsi və əkmənin(və ya sepsis və ya urosepsis olduqda qandan əkmələrin) cavabı gələnədək empirik olaraq antibiotiklərlə müalicə başlanmalı və sonradan əkmə və Qram ləkəsinin nəticələrinə görə nizamlanmalıdır.
    • Adətən antibiotiklərlə müalicə 2 həftə ərzində aparılır. Lakin bəzi hallarda müalicə 4-6 həftəyədək uzadıla bilər.
    • Ağırlaşma olmadıqda müalicə aşağıdakı şəkildə aparılır:
      • ftorkinolon (məsələn, siprofloksasin 500 mq BİD və ya levofloksasin 500 mq QDAY 2-6 həftə ərzində).
      • ko-trimoksazol (trimethoprim/sulfamethoxazole) 160 mq/800 mq BİD 6 həftə.
    • Hospitalizasiya tələb olunan ağır hallarda isə aşağıdakı antibiotic terapiyası tətbiq edilir:
      • Ftorkinolon üstəgəl aminoqlikozid (məsələn, qentamisin 3-5 mq/kq/günə) və
        • ampisillin 2 q QİD
        • ikinci və ya üçüncü nəsil sefalosporinlər, məsələn, sefuroksim 750 mq TİD və ya seftriakson 1 q QDAY VD və ya ƏD
      • Ampisillin 2 q QİD üstəgəl qentamisin 5 mq/kq/günə TİD xəstənin hərarəti düşənədək, sonra isə
        • siprofloksasin 500 mq BİD 6 həftəyə
        • ko-trimoksazol (trimethoprim/sulfamethoxazole) 160 mq/800 mq BİD 6 həftə.
    • Əgər antibiotiklərin başlanmasından sonar hərarət 36 saat ərzində aradan qalxmayıbsa, xəstədə prostatın absesi nəzərdən keçirilməlidir.
    • Xəstə kliniki cəhətdən stabilləşdikdə, hərarəti aradan qalxdıqda, və sidiyin tutulması simptomları aradan qalxdıqda, qan və sidik əkməsinin nəticələri əsasında ağızla qəbul edilən antibiotiklərə keçid edilə bilər.

Bəzi hallarda antibiotiklərin seçimində aşağıdakılar nəzərə alına bilər:
      • Ftorkinolonlar tendonit (vətərin iltihabı) və ya vətərin cırılması (xüsusilə də, yaşı 60-dan yuxarı xəstələrdə), fototoksiklik, neyrotoksiklik törədir
      • Trimetoprim hematoloji toksiklikə əlaqələndirilir, xüsusilə də, ahıllarda və zəif qidalanan xəstələrdə
  • Vərəmli prostatit:
    • Ümumdünya Səhiyyə Təşkilatının tövsiyyəsinə görə 2 ay müddətinə 4 dərmandan ibarət müalicə aparılmalıdır:
      • izoniazid 5 mq/kq/gün ağızla və ya VD və ya ƏD (maksimum 300 mq/günə)
      • rifampin 10 mq/kq/gün ağızla və ya VD (maksimum 600 mq/günə)
      • pirazinamid 25 mq/kq/qün ağızla (maksimum 2 q/günə)
      • etambutol 15 mq/kq/gün ağızla (maksimum 1.6 q/günə)
    • streptomyisin 15 mq/kq/günə əlavə 5-ci preparat kimi və ya etambutolun əvəzində bəzi xəstələrdə istifadə edilə bilər.
    • 2 aylıq 4 dərmanla aparılan müalicə kursu bitdikdən sonar, izoniazid və rifampin həftədə 2-3 dəfə vermək şərtilə 4 ay müddətinə müalicə davam etdirilir.
    • HİV infeksiyasına yoluxmuş xəstələrdə müalicə 9-12 ay müddətinə uzadılır
  • Prostat vəzinin absesi aşağıdakı kimi müalicə edilir:
    • Prostate vəzinin absesi nəzərdən keçirilirsə, uroloqun məsləhəti əldə edilməlidir.
    • Transuretral drenaj və ya rezeksiya tələb oluna bilər.
    • prostat absesinin aradan qaldırılması məqsədilə USM ilə transrektal iynə aspirasiyası istifadə edilir. Bu prosedur araşdırmalara görə çox efektivdir və tərkara abses 1% hallarda baş verir.
  • Sidiyin tutulmasının müalicəsi
    • Qısa müddət ərzində sidik kisəsinə Foli kateterinin yerləşdirilməsi və ya vaxtaşarı kateterizasiya sidiyin tutulması probleminin aradan qaldırılmasına yardım etmiş olur.
    • Xroniki sidik tutulmasının kəskinləşməsi və ya prostat vəzinin absesi olan xəstələrdə bəzi hallarda uzun müddətli suprapubik kateterizasiya tələb oluna bilər.
  • Antibiotiklərlə müalicə başa çatdıqda 1 həftədən sonra sidikdən təkrar əkmələr ələd olunur ki, prostatiti törətmiş mikrobun təmizlənməsi təsdiq edilsin.

Profilaktika.

  • Prostatın transrektal biopsiyası zamanı antibiotiklərin istifadəsi:
    • Siprofloksasin və seftriakson prostatın transrektal biopsiyası zamanı prosedurdan əvvəl geniş istifadə edilir.
    • Tosufloksasin tosilate 300 mq dozada və ya Levofloksasin 200 mq ağız BİD 2 gün ərzində (ilk doza biopsiyadan 2 saat əvvəl verilməklə) çox efektiv hesab edilir.
    • Biopsiyadan sonra Norfloksasin 400 mq ağızla BİD 1 həftə müddətinə ağızla qəbulu eyni dozada norfloksasinin cəmisi 1 gün ərzində qəbulundan xeyli efektiv olduğu müəyyən edilmişdir.

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.