Wednesday, October 12, 2011

Neyrosifilis: profilaktika, diaqnostika və müalicə. Hissə 2. (əvvəli ötən məqaləmizdə))

Neyrosifilis: profilaktika, diaqnostika və müalicə. Hissə 2. (əvvəli ötən məqaləmizdə)

Venadaxili antibiotiklərin verilməsi üçün bütün xəstələrin hospitalizasiya məqsədə uyğundur. Lakin, əgər ambulator şəkildə venadaxili antibiotiklərin verilməsi mümkündürsə və xəstənin nevroloji və hemodinamika baxımından vəziyyəti buna imkan verirsə, xəstə ambulator müşahidə vasitəsilə də müalicəyə cəlb edilə bilər. 



  • Aşağıdakı antibiotiklərin verilməsi həyata keçirilməlidir: 
    • Benzil penisillin: 
      • 3-4 mln vahid VD h'r 4 saatdan bir. Müddət 10-14 gün
      • 24 mln vahid davamlı infuziya ilə gündə. 
    •   Seftriakson: 
      • 2 q VD və ya ƏD. Müddət:  14 gün
      • Əgər seftriakson ƏD verilirsə, bu zaman 1% lidokainlə müşaiyət edilməsi məsləhətdir. 

  • Cariş-Herkseymer Reaksiyasının baş verməsi mümkün olduğundan antibiotiklərin birinci dozasından sonra xəstələr mütləq şəkildə daha yaxından nəzarət edilməlidir. 
    • Antibiotiklər verildikdən sonra bəzi hallarda trepanemaların kütləvi şəkildə ölməsi baş verə bilər. Bunun nəticəsində ölən trepanemalardan xeyli həcmdə zəyərli zülallar və immunoloji reaksiyaya səbəb olan digər maddələr qana ifraz oluna bilər. Bu cür immunoloji reaksiyaya səbəb olan prosesə Cariş-Herkseymer Reaksiyası deyilir. 
    • Bu cür reaksiya baş verdikdə, xəstə QSİƏP, ağrı kəsicilər və s. dərmanlarla simptomatik müalicə almalıdır. Kəskin hallarda isə antibiotiklərin müvəqqəti dayandırılması məsləhət görülə bilər. 
    • Həmin reaksiya bəzi xəstələrdə müalicə boyu baş verə bilir, digərlərində yalnız 1-2 dəfə baş verir. 
    • Bütün hallarda reaksiya antibiotiklərin işləməsinə işarə verir. 
  • Xəstə üzərində müəyyən müddət ərzində nəzarət və monitorinq təmin edilməlidir. 

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.