Tərifi:
Dalağın böyüməsi və ya splenomeqaliya adətən dalaqdan xaric səbəblərdən baş verir.
Növləri:
- splenomeqaliya - aşağıdakılardan biri müşahidə edildikdə təyin edilir:
- ən azı iki müxtəlif vaxtlarda və ən azı iki həkim tərəfindən abdominal müayinədə palpasiya edildikdə
- görüntüləmədə uzunluğu >12 sm olduqda
- cərrahi və ya autopsiyada dalağın >250 qram-dan çox təmiz çəkisi olduqda
- massiv (çox böyük) splenomeqaliya - aşağıdakılardan biri müşahidə edildikdə təyin edilir:
- fiziki müayinədə sol qabırğa hüdudundan 15 sm aşağıda və ya göbəkdən aşağıda palpasiya edilən dalaq
- görüntüləmədə uzunluğu >18 sm olduqda
- cərrahi və ya autopsiyada dalağın >1.500 qram-dan çox təmiz çəkisi olduqda
Səbəblər:
- Tədqiqatlar göstərmişdir ki, infeksiya riski olmayan və splenomeqaliyası olan xəstələrin 83% və massiv (çox böyük) splenomeqaliyası olan xəstələrin 85%-də hər hansı bədxassəli hematoloji törəmələr aşkar edilmişdir.
- bədxassəli törəmələr
- lymfomalar (ən çox rast gəlinən törəmələr)
- xronik miyeloqen leykemiya (CML)
- kəskin leykemiyalar / pre-leykemiya
- miyelodisplastik sindrom (MDS)
- miyeloproliferativ xəstəliklər, məsələn:
- polisetemiya vera
- miyelofibroz
- hemoqlobinopatiyalar
- talassemiyalar
- hemoqlobin SC xəstəliyi
- hemolitik anemiyalar
- pernisioz anemiya
- qaraciyərlə əlaqəli səbəblər:
- xroniki qaraciyər xəstəliyi
- alkoqollu qaraciyər xəstəliyi (sirroz)
- viruslu hepatit
- portal venanın trombozu
- hepatosellular karsinoma (qaraciyər xərçəngi, hepatoma)
- durğunlu ürək çatışmazlığı
- pankreatit
- iltihablı/autoimmun/ revmatoloji
- sarkoidoz
- Felti sindromu
- tirotoksikoz
- kollaqen-damar xəstəliyi
- iltihablı bağırsaq xəstəliyi
- amiloidoz
- dalaqla bağlı birincili səbəblər
- dalaq venasının trombozu
- infarkt və hematoma
- abses və kista
- metabolik depolanma xəstəlikləri (məs., Qoşer xəstəliyi)
- AIDS (QİÇS)-lə bağlı infeksion xəstəliklər
- AIDS (QİÇS) (ağırlaşdırıcı infeksiyasız)
- mikobakterium avium kompleksi infeksiyası
- histoplasmoz
- digər oportunist infeksiyalar
- AIDS (QİÇS)-lə əlaqəsi olmayan infeksion xəstəliklər
- endokardit
- sepsis
- peritonit
- sidik yollarının infeksiyası (SYİ)
- infeksion mononukleoz
- malariya
- vərəm
- sifilis
- yatalaq
- bruselyoz
- amyobiaz
- koksidioidomikoz
- kriptokokkoz
- şistosomiaz
- hərarət araşdırma üçün.
Patogenez:
- dalaqda qırmızı qan hüceyrələrinin depolanması və/və ya dağıdılması
Əlaqəli xəstəliklər:
- idiopatik trombositopenik purpura
- xroniki qaraciyər xəstəliyi
- pankreatit
- viruslu hepatit
- bədxassəli proseslə, xüsusilə də, xroniki leykemiyalar (xroniki limfositik leykemiya [CLL] və xroniki miyelositik leykemiya [CML])
- hemoqlobinopatiyalar
- AIDS
- venadaxili narkotik maddələr istifadəçilərində endokardit
- aşağıdakı triada ilə müşahidə edilən dalaq venasının trombozu
- çox boyük splenomeqaliya
- mədə-bağırsaq qanaxması
- qaraciyərin normal funksional testləri
Xəstənin Xəstəlik tarixi:
Əsas şikayətlər:
- bəzən asimptomatik (yəni heç bir simptom olmadan) olur
- sol yuxarı kvadratda ağrı, dolğunluq hissi və ya gərginlik
Xəstəlik tarixçəsi:
- splenomeqaliyanın qəfldən başlaması daha çox iltihablı xəstəlikləri olan xəstələrdə müşahidə edilir (məs., proqressiv sistemli sklerozda)
- sürətlə inkişaf edən dalaq böyüməsi disseminə etmiş (yayılmış) M.avium və ya histoplazmozu olan AİDS-li xəstələrdə müşahidə edilir
- xroniki inkişaf edən dalaq böyüməsi daha çox hematoloji bədxassəli proseslərdə müşahidə edilir.
Keçmiş xəstəlik tarixçəsi:
- xəstədən xərçəng və ya keçirdiyi infeksiyalar barədə məlumat toplamaq gərəkdir.
Ailə üzvlərinin xəstəlik tarixçəsi:
- aildə (nəsildə) metabolik depolanma xəstəlikləri varmı (məs., Qauşer xəstəliyi)
Sosial durumun tarixçəsi:
- əhəmiyyətli dərəcədə alkoqollu içkilərdən istifadə (sirroza işarə ola bilər)
- venadaxili narkotik maddələrdən istifadə (viruslu hepatit, endokardit və ya HİV infeksiyası/AİDS-ə işarə ola bilər)
- qorunmamış cinsi əlaqə, xüsisilə də bir neçə partnyorla (history of unprotected sex, especially with multiple partners (viruslu hepatit və ya HİV infeksiyası/AİDS-ə işarə ola bilər)
- yolçuluq tarixçəsi bəzi infeksion xəstəliklərə yoluxmanın mümkünlüyünə işarə ola bilər (malyariya, vərəm, s.)
Fiziki müayinə:
Ümumi müayinə:
- hərarət
- limfoadenopatiya
Qarın:
- splenomeqaliya
- palpasiya edilən dalaq
- massiv (çox böyük) splenomeqaliya aşağıdakılar olduqda təsdiq edilir
- sol qabırğa hüdudundan 15 sm aşağı palpasiya edilən dalaq
- göbək səviyyəsinə çatan dalaq
- hepatomeqaliya
- qaraciyərin ölçüləri sağ midclavicular xətt boyu ≥ 12 sm-dən çox
- epiqastrik sahədə müəyyən edilən qaraciyər
- sol yuxarı kvadrantda ağrı, gərginlik və ya doluluq hissi
- dalaqda sürtünmə küyü
- qaraciyər üzərindən sürtünmə küyü və ya qanın turbulent axını nəticəsində küy
Diaqnozun qoyulması:
- splenomeqaliya və onun səbəblərini müəyyən etmək üçün xəstənin xəstəlik tarixi və fiziki müayinənin aparılması vacibdir
- dalağın görüntülənməsi
Müvafiq testlərin ümumiləşdirilmiş siyahısı:
- qanın ümumi analizi
- differensiasiyası və retikulositlərin sayı
- trombositlərin sayı
- qaraciyəri funksional paneli testləri
- bilirubin (ümumi və birləşmiş)
- LDH
- qanın periferal yaxması
- axın sitometriyası və immunohistokimya
- nazik iynə ilə dalağın batırma ilə perkutan deşilməsi
- diaqnostika üçün limfa düyünlərinin biopsiyas
- limfoadenopatiya
- şübhəli olan infeksion xəstəlik
- düşünülən hematoloji bədxassəli proses
- hematoloji xəstəliyə şübhə varsa, sümük iliyinin biopsiyası aparılır
- qaraciyərin perkutan biopsiyası
- diaqnostik splenektomiya
- Damardaxili hemolizin istisna edilməsi üçün Kumbs testinin aparılması lazımdır.
Biopsiya və patologiya:
- idiopatik splenomeqaliyası olan xəstələrdə dalağın birincili limfoması müşahidə edilə bilər
- əgər bədxassəli proses düşünülürsə, histoloji müayinə aparılmalıdır:
- limfoadenopatiya varsa, limfa düyünün biopsiyası aparılmaldır
- sümük iliyinin aspirasiyası
- qaraciyərin perkutan biopsiyası
Cərrahi müdaxilə və prosedurlar:
- splenektomiya aşağıdakı hallarda həyata keçirilir
- xəstənin vəziyyti və simptomlarının yüngülləşdirilməsi və ya müalicəvi prosedur kimi
- diaqnostik prosedur kimi
- araşdırmalara görə bəzi hallarda uşaqlarda qismən splenektomiya da aparıa bilər.
- dalaq arteriyasının embolizasiyası splenektomiyaya alternativ kimi tətbiq edilə bilər.
Xəstənin aparılmasında digər məsələlər:
- xəstələr mütləq şəkildə kapsulası olan patogenlərə qarşı immunizasiya olunmalıdır (cərrahi əməliyyatdan 14 gün əvvəl və ya əməliyyatdan 14 gün sonra):
- pnevmokokka qarşı (pnevomokokka qarşı vaksin)
- meninqokokka qarşı (meninqokokka qarşı vaksin)
- Haemophilus influenzae qarşı (hemofilus B vaksini).
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.