Terminologiya.
Qeyri-normal qaraciyər funksional testləri aşağıda verilmiş terminlərlə təsvir edilə bilər:
- yüksəlmiş aminotransferaza səviyyəsi
- qalxmış qaraciyər funksional testləri
- yüksəlmiş Aspartat Aminotransaminazının (AST) səviyyəsi
- yüksəlmiş Alanin Aminotransaminazanın (ALT) səviyyəsi
Ümumiyyətlə, nəzərə almaq lazımdır ki, AST və ALT reallıqda hepatosellular (qaraciyər hüceyrələrinin) zədəni göstərir. Bu fermentlərin artması və ya azalması əslində qaraciyərin funksional vəziyyətini göstərmir. Qaraciyərin funksional vəziyyəti albumin və protrombin vaxtı ilə daha yaxşı müəyyən edilir. Məhz albumin və protrombin qaraciyərdə sintez edildiyindən, onların ölçülməsi qaraciyərin funksional vəziyyətindən xəbər verə bilər.
Həmçinin, Alkalin (Qələvi) Fosfataza, Bilirubin və QQT(qamma qlumatil-transpeptidaza) artması isə daha çox xolestatik zədələnmənin baş verdiyindən xəbər verir.
AST və ALT fermentlərinin artması:
AST fermenti həm qaraciyərdə, həm də ürək, əzələ, böyrək, beyin, qırmızı qan hüceyrələrində istehsal edilir. ALT isə demək olar ki, yalnız qaraciyərdə istehsal olunduğundan, ALT daha spesifik ferment hesab edilir və onun artması qaraciyərin zədələnməsinin baş verməsindən xəbər verir.
Kliniki əhəmiyyəti.
Kəskin zədələnmə ALT və AST-nin əhəmiyyətli dərəcədə (normanın yuxarı hüdudundan 5-10 dəfə çox) artması ilə özünü təzahür edir. Həmin fermentlərin qanda >1000 vahid/L olan səviyyəsi ağır qaraciyər nekrozu və ya fulminant qaraciyər çatışmazlığına dəlalət edir.
Araşdırmalara görə qanda ALT-nin artması qaraciyər xəstəliyi səbəbindən mortalite və ya ölümlə bir başa əlaqələndirilir.
Qaraciyər səbəbləri.
Geniş yayılmış səbəblərə aşağıdakılar aiddir:
- Spirtli içkilərdən istifadə (AST/ALT nisbəti >2-dən çox olur və adətən AST<300 vahid/L və QQT normadan 2 dəfə yüksək olur.
- alkoqollu hepatit
- alkoqollu sirroz
- Qaraciyərin sirrozu
- viruslu hepatit (aminotrasferazaların səviyyəsi sarılıq müşahidə ediləndən əvvəl yüksək həddə çatır):
- Hepatit A
- Hepatit B
- Hepatit C (qaraciyər fermentlərinin daha çox artımı ilə müşahidə edilir)
- Hepatit D
- Hepatit E
- Ebşteyn-Bar virusu (infeksion mononukleoz)
- Sitomeqalovirus infeksiyası
- Qeyri-alkoqollu qaraciyərin piylənmə xəstəliyi (steatoz/steatohepatit)
- əksər hallarda köklük və ya diabetlə əlaqəlidir
- araşdırmalar göstərmişdir ki, yüksək bədən çəkisi indeksi (BMİ) olan yaşlılarda izah edilməyən aminotransferazaların artımı müşahidə edilir.
- Az müşahidə edilən səbəblər:
- autoimmun hepatit
- hemoxromatoz
- alfa-1 antitripsin çatışmazlığı
- Vilson xəstəliyi
- Qaraciyərin (Hepatik) metastaz xəstəliyi
- Reye sindromu
Qaraciyərdən kənar (Ekstrahepatik) səbəblər:
- Seliak xəstəliyi
- Hemoliz
- Əzələ zədələnməsi - AST-nin qalxması ilə nəticələnir
- gərgin fiziki hərəkət (idman)
- miopatiya
- idiopatik iltihablı miopatiya
- Dyuşenin əzələ distrofiyası
- Beker əzələ distrofiyası
- hipertiroidizm
- makro-AST (normal AST ilə immunqlobulin arasında birləşmə)
Dərman preparatları:
- Aminotransferazaların səviyyəsinin artması ilə əlaqələndirilən dərmanlar
- asetaminofen
- allopurinol
- amiodaron
- amoksisillin-klavulanat
- aztioprin
- karbamazepin (teqretol)
- siproheptadin
- dantrolen sodium (dantrium)
- flukonazol (diflukan)
- flutamid (euleksin)
- qliburid (mikronaz)
- heparin
- izoniazid (İNH)
- ketokonazol (nizoral)
- HMQ-CoA reduktaz inhibitorları (statinlər)
- labetalol
- metotreksat
- metildopa
- nitrofurantoin
- QSİƏP-lar
- fenitoin (dilantin)
- propiltiorurasil
- proteaz inhibitorları
- sulfonamidlər
- tetrasiklin
- trazodon
- valproat və ya divaloproeks
Otlar və qida əlavələri:
- otlar və qida əlavələri də aminotransferazaların səviyyəsinin artması ilə əlaqəli ola bilər
- çaparral yarpaqları (Larrea tridentata)
- epfedra
- qentian
- qermander (Teucrium chamaedrys)
- jin bu huan
- kava
- ma huanq
- ökseotu (Viscum album)
- senna (Cassia angustifolia)
- akula qığırdağı
- vitamin A
Toksinlər:
- toksinlər aminotransferazaların səviyyəsinin artması ilə əlaqəli ola bilər
- sənaye həllediciləri
- dimetilformamid
- 2-nitropropan
- 1,1,1-trixloroetan
- trixloroetilen
- berilium - qranulomatoz hepatit
- mis - qranulomatoz hepatit
Körpə uşaqlarda qanda transaminazaların təcrid olunmuş halda qalxması
- yenidoğulmuş və kiçik yaşlı uşaqlarda qanda aminotransferazaların qalxması adətən xoşxassəli olur və 1 il ərzində özü özülüyündə aradan qalxmış olur
Qələvi fosfataza, bilirubin və QQT-nin qaxlması
Mənbələr:
- qələvi fosfataza qaraciyər və sümüklər tərəfindən istehsal edilir. Eyni zamanda onun digər mənbələrinə bağırsaq, plasenta, böyrəklər, mədəaltı vəz və leykositlər də aiddir.
- Bilirubin isə qaraciyər tərəfindən istehsal və ifraz edilir - qırmızı qan hüceyrələrinin parçalanması nəticəsində əmələ gələn hemin parçalanmasında sərbəst bilirubin formalaşır. Həmin sərbəst bilirubin qaraciyərdə qlukuronik turşusu ilə birləşərək birləşmiş bilirubin əmələ gətirir. Bu birləşmiş bilirubin isə ödlə ifraz edilir.
- bilirubinin istehsalının artması və ya qaraciyər hüceyrələri tərəfindən sərbəst bilirubinin qandan alınmasının, onun birləşdirilməsi (konyuqasiyası) və ya bu proseslərin hər ikisinin azalması nəticəsində sərbəst bilirubinin səviyyəsi artmış olur.
- lakin, birləşmiş bilirubinin artması əksər hallarda məhz qaraciyər xəstəliyilə bağlıdır.
- Qamma-qlutamil-transpeptidazae (QQT) qaraciyərdə istehsal olunur. Lakin, bu ferment həmçinin böyrəklər, mədəaltı vəz və bağırsaqlarda da olur.
- Qələvi fosfataza, bilirubin və QQT-nin səviyyəsinin artması daha çox xolestatik zədələnmənin baş verməsindən xəbər verir.
Hepatobiliar səbəblər:
- spirtli içkilərin qəbulu nəticəsində qaraciyərin funksiyasının pozulması - xeyli miqdarda və ya xroniki cəhətdən çoxlu miqdarda spirtli içkilərin istifadəsi QQT-nin səvviyəsini artması və 2-3 gün müddətinə ən yüksək pik həddinə çatması ilə müşahidə edilir.
- kəskin xolesistit
- öd yollarının obstruksiyas
- xoledoxolitiaz - ümumi öd axarında daşlar
- bədxassəli proses nəticəsind (törəmə) öd yollarının obstruksiyası
- pankreatik kanser
- xolanqiokarsinoma
- qeyri-alkoqollu qaraciyərin piylənmə xəstəliyi (steatoz/steatohepatit)
- Jilbert xəstəliyi - sərbəst bilirubinin mülayim dərəcədə səviyyəsinin artması
- birincili biliar (öd) sirrozu
- birincili sklerozlu xolanqit
- qaraciyərin metastatik xərçəng xəstəliyi
- inflitrativ xəstəliklər, məs., sarkoidoz
- qranulomatoz xəstəliklər
- "itən öd axarı sindromu" - bəzi dərmanların qəbulu ilə əlaqəlidir, həmçinin ortotopik qaraciyər transplantasiyasından sonra baş verir.
- Alaqil sindromu
- irinli qaraciyər absesi - qələvi fosfatazanın qalxması ilə müşahidə edilir
- parenteral qidalandırma
Ekstrahepatik (qaraciyərdən xaric) səbəblər:
- fizioloji:
- yetkinlik yaşına çatmayanlarda - sümüklərin normal inkişaf nəticəsində qələvi fosfatazanın səviyyəsi böyüklərlə müqayisədə təxminən 2 dəfə yüksək olur.
- hamiləliyin 3-cü trimestri - plasental qələvi fosfatazanın da istehsalı nəticəsində qanda ümumi səviyyəsi qalxmış olur
- sümük xəstəliyi bone disease - elevation of alkaline phosphatase without elevation of gamma-glutamyl-transpeptidase
- yaxınlarda baş vermiş sümük sınığı
- sümüyün Pejet xəstəliyi
- sepsis
- xroniki iltihablı vəziyyətlər, məs. bağırsağın iltihablı xəstəliyi
- ürək çatışmazlığı
- sərbəst hiperbilirubinemiyanın hematoloji səbəbləri
- hemoliz
- hematomanın sovrulması (reabsorbsiyası)
- səmərəsiz eritropoyez
Dərmanlar və toksinlər:
- allopurinol (Aloprim, Zyloprim)
- androqen anabolik steroidlər
- Amoksisillin-klavulanat - dərmanın qəbulunu dayandırdıqda belə xolestaz bəzən bir neçə ay davam edə bilər
- Kaptopril (Capoten)
- karbamazepin
- xlorpropamid (Diabinese)
- diltiazem
- eritromisin
- estroqen steroidlər
- floksuride (FUDR)
- flukloksasillin - dərmanın qəbulunu dayandırdıqda belə xolestaz bəzən bir neçə ay davam edə bilər
- flutamid (Eulexin)
- qızıl duzları
- metimazol (Tapazole)
- ağızla qəbul edilən kontraseptivlər
- fenotiazinlər
- fenitoin
- kinidin
- rifampisin
- sulfonamidlər
- tolazamid (Tolinase)
- tobutamid (Orinase)
- trimetoprim-sulfametoksazol (Bactrim, ko-trimoksazol)
- valproat və ya divalproeks
Protrombin Vaxtının uzanması və Aşağı Albumin
Protrombin vaxtı:
- protrombin vaxtı qaraciyər tərəfindən sintez olunan I, II, V, VII and X koaqulyasiya faktorlarından asılıdır
- protrombin vaxtı aşağıdakı hallarda uzanmış olur
- varfarin terapiyası
- vitamin K çatışmazlığı
- tükənmə koaqulopatiyası (disseminə edilmiş damadaxili laxtalanma)
- qaraciyərin funksiyasının əhəmiyyətli dərəcədə azalmasınadək protrombin vaxtı normal da qala bilər
Albumin:
- qaraciyər xəstəliyinin son mərhələsinda albuminin sintezi azalmış olur
- aşağı albuminin digər səbəblərinə aşağıdakılar aiddir
- nefrotik sindrom
- malabsorbsiya və ya qidanın sovrulmasının azalması
- zülallın itirilməsilə nəticələnən enteropatiya
- zəif qidalanma
YARDIMÇI TESTLƏR:
Qandan əldə edilən laborator analizlər
- viruslu hepatitlərə dair testlər
- hepatit A virusuna qarşı İgM
- hepatit B virusunun səthi antigeni (HBsAg)
- hepatit C virusuna qarşı anticism
- Epsteyn-Barr virusu (EBV) və sitomeqalovirusa (CMV) dair serologiya
- hematoloji müayinələr
- sirroz və ya portal hipertenziya varsa qanın analizi trombositopeniya göstərə bilər
- eritrositlərin orta korpuskulyar həcminin artması alkoqol istifadəsindən və ya hemolizdən xəbər verə bilər
- ac qarına şəkər, HbA1c
- ac qarına lipid profili
- əgər hemolizin baş verməzi düşünülürsə, onda - qanda haptoqlobinlər, Kumbs testi, laktat dehidroqenaza, retikulositlərin sayı, qanın ümumi analizi - edilməlidir
- Kreatinin kinaza – əgər əzələ zədəsi düşünülürsə (təcrid edilmiş şəkildə AST-nin qalxması)
- qanda ferritin, dəmir, zərdabın ümumi dəmir birləşdirmə qabiliyyəti, HFE mutasiyasını müəyyən etmək üçün genetik testlər
- seruloplazmin, sidikdə və ya qaraciyərdə misin həcmi – əgər Vilson xəstəliyi düşünülürsə
- auto-immun anticismlər
- antinuklear anticismlər və hamar əzələ anticismləri - əgər autoimmun hepatit şübhəlidirsə
- anti-mitoxondrial anticismlər – əgər birincili biliar sirroz düşünülürsə
- anti-endomizial anticismlər – əgər seliak xəstəliyinə şübhə varsa
- alfa fetoprotein - əgər sirroz və ya hepatosellular karsinoma düşünülürsə
Aparılması tövsiyə edilən görüntüləmə testləri:
- qaraciyərin ultrasəs müayinəsi
- qaraciyər-öd kisəsi sistemini müayinə etmək və öd kisəsi daşlarını görüntüləmək üçün faydalıdır
- qaraciyərin qeyri-alkoqollu piylənməsi xəstəliyini müəyyən etməyə yardım edir
- endoskopik retroqrad xolanqiopankreatoqrafiya (ERCP)
- maqnetik rezonans xolanqiopankreatoqrafiyası (MRCP) - qaraciyərdaxili və qaraciyərxarici öd yollarını müayinə etmək üçün faydalıdır
- Kompüter tomoqrafiyası - qaraciyərin parenximasının xəstəliyini müayinə etmək üçün geniş istifadə edilir
Digər faydalı spesifik testlər:
- Qaraciyərin biopsiyası aşağıdakı hallarda aparıla bilər
- qeyri-müəyyən səbəblərdən qaraciyərin funksional testlərinin davamlı qalxması
- qeyri-müəyyən səbəbdən və ya izah edilə bilməyən hepatomeqaliya (dalağın böyüməsilə və ya splenomeqaliyasız)
- qaraciyər xəstəliyinin mərhələsinin təyin edilməsi üçün
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.