Monday, August 29, 2011

60 yaşdan yuxarı şəxslərin müayinəsi üçün Təlimat: Kliniki Məsələ #1

68 yaşında olan kişi xeylağı həkimin qəbuluna ümumi fiziki müayinə və məsləhət üçün gəlib. O, əvvəllər ilə 5 paçka siqaret çəkib, lakin 12 ildir ki, siqaret çəkməyi dayandırıb. Onun şəkəri yoxdur, ürək xəstəliyindən əziyyət çəkmir, hipertoniyası yoxdur və insultu olmayıb. Xəstə hiperlipidemiyadan müalicə alır - lovastatin hər gün qəbul edir. 

Onun ailəsində ürək xəstəliyi qeyd edilmir. Böyük və kiçik bayıra normal gedir və şikayəti yoxdur. Sonuncu dəfə kolonoskopiyası 8 il əvvəl 60 yaşında aparılıb və nəticəsi normal olub. Bu dəfə  AQT 132/84, çəkisi isə normal həddədir. Ümumi xolesterolu 213 mq/dL (5.5 mmol/L) və Yüksək Sıxlıqlı Lipidlər (HDL xolesterolu) isə 48 mq/dL (1.24 mmol/L). 

Aşağıdakı müayinələrdən hansının aparılması vacibdir və tövsiyyə edilir?
A. Abdominal USM
B. Kolonoskopiya
C. Döş qəfəsinin aşağı dozalı Kompüter Tomoqrafiyası
D. Spirometriya həkimin ofisində


Cavabı növbəti məqalədə izah ediləcək!

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.