Travmaya məruz qalmış xəstənin ilkin müayinəsi və reanimasiyası
Xəstəxanaya gətirilənədək yardım (ilk tibbi yardım)
Travmaya məruz qalmış xəstəyə yardım və qayğı onun xəstəxananın təcili tibbi yardım məntəqəsinə qəbul edilməsindən xeyli əvvəl başlayır. Kliniki araşdırmalar göstərib ki, travmaya məruz qalan xəstələrin ixtisaslaşmış travma mərkəzlərinə yönəldilməsi və bu mərkəzlərə nəql edilməsi üçün efektiv nəqliyyat sisteminin təsis edilməsi mortaliteni (ölüm halları) xeyli azaldır. Qayğı travmanın baş verdiyi yerdə başlayır və xəstənin sağ qalması travma zamanı həmin yerdə olan şəxslərin ilk tibbi yardımından, paramediklərin (və ya təcili tibbi yardım mütəxəssislərinin) və texniki personalın fəaliyyətindən asılıdır. Təcili tibbi yardım personalı nəfəs yolların keçiriciliyinin təmin edilməsi, qanaxmanın dayandırılması, və xəstənin cəld nəql edilməsi sahəsində mütəşəkkil təlimdən keçməlidir. Eyni zamanda xəstənin nəql edildiyi zamanı travmanın mexanizmi və detalları barədə, (məsələn, avtomaşının sükanın əyilməsi, avtomaşınların ciddi əzilməsi, səpələnmiş ön şüşə ("padpres")) məlumat xəstəni qəbul etməyə hazırlaşan xəstəxanaya yol üstü verilməlidir. Bu xəstənin qəlişinədək xəstəxana tərəfindən lazımi resursların mobilizasiyası və tələb olunan mütəxəssislərin, o cümlədən, neyrocərrah, ortopedik cərrah, intervension radioloq və əməliyyat otağının əməkdaşlarının hazır vəziyyətə gətirilməsinə yardım etmiş olacaq.
Xəstəxanada
Pasiyent xəstəxanaya qəbul olunan kimi müvafiq şəraitdə müxtəlif tələb olunan avadanlıqların istifadəsilə müayinə edilməli və müalicəyə başlanmalıdır. Ən azı, nəfəsalma və intubasiya üçün avadanlıq, isidilmiş venadaxili mayelər və hemodinamikanın monitorinqi, habelə ilkin görütüləmə (radioloji) tədbirləri üçün də imkanlar olmalıdır. Xəstə ilə kontakta girən bütün personal xüsusi mühafizəedici xalatlar geyinilməlidir.
İlkin müayinə və araşdırma
Həyata təhlükə törədən vəziyyətlər ilkin müayinə və qiymətləndirmə mərhələsində müəyyən edilməli və müalicə edilməlidir. Müalicənin prioritetləri xəstənin sağ qalması şansını maksimal edən ardıcıllıqda qurulmalıdır. Ölümlə nəticələnə bilən problemlər ilk olaraq ünvanlanmalıdır. Travma zamanı ardıcıllıq - Nəfəs yolları, Tənəffüs, Ürək fəaliyyəti və Qan dövranı və Ekspozisiyadan ibarətdir.
Nəfəs yolları
Əgər xəstə danışa bilirsə deməli nəfəs yolları açıqdır və çox guman ki, təxirəsalınmaz müdaxilə tələb etmir. Lakin bu bir çox hallarda aldadıcı da ola bilər. Travmaya məruz qalan xəstələrdə nəfəs yolları tez-tez nəzərdən keçirilməli və keçiriciliyi yoxlanılmalıdır. Xüsusilə də, baş beyin travmaları olan xəstələrdə huşun tədricən itməsi nəfəs yollarını təhlükədə qoya bilər. Əgər xəstənin huşu və ya əqli cəhətdən vəziyyəti yaxşı deyilsə və ya Qlazqo Koma Qiyməti 8 və ya daha azdırsa, bu zaman intubasiya üçün dərhal tədbirlər görülməlidir. Servikal Onurğa sütununa və ya boyunun zədələnməsi travmalarda tez-tez rast gəlindiyini nəzərə alaraq, intubasiya mütləq şəkildə xəstənin və onun boyun hissəsinin immobilizasiya ilə yanaşı aparılmalıdır. Çənənin önə çəkilməsi üsulu ilə nəfəs yollarının açılması həyata keçirilməli və bu zaman onurğa sütunun C1/C2 nayihəsinin həddən artıq uzadılması (extension) və C5/C6 nayihəsinin isə həddən artıq bükülməsinə imkan verilməməlidir. Kəllənin bazilyar sınığına şübhə çox az olduğu hallarda Nazo-farinqeal və ya Oro-farinqeal boru və hətta endotraxeal boru vasitəsilə yerləşdirilməlidir. Travmaya məruz qalmış xəstələrdə dolu mədə nəticəsində aspirasiya riskinin böyük olmasını nəzərə alaraq cəld ardıcıl intubasiya metodu geniş tətbiq edilir. Suksinilxolin və etomidat çox geniş istifadə edilən preparatlardı. Bəzi hallarda endotraxeal intubasiya mümkün olmadığı halda cərrahi müdaxilə ilə nəfəs yolu yaradılır. Krikotiroidotomiya krikotiroid membranası (qişası) üzərindən qalxanabənzər və krikoid qığırdaqları arasında vertikal kəsik aparılmaqla həyata keçirilir. Kəsik piy qatı, fassiya və krikotiroid membrandan keçir və 6.00 mm0lik endotraxeal boru yaradılmış dəlikdən traxeyaya yerləşdirilir.
Tənəffüsün təmin edilməsi
Süni nəfəsyolunun (endotraxeal) qoyulması adekvat ventilyasiyanı heç də özü özlüyündə təmin etmir. Adekvat nəfəsalmanın mövcudluğu xəstənin döş qəfəsinin qalxıb enməsi, habelə bu hərəkətlərin sayı və dərinliyinin izlənilməsi ilə qiymətləndirilə bilər. Döş qəfəsinin auskultasiyası, perkussiyası və palpasiyası boyun venalarının müşahidəsi gərginlik (qapaqlı) pnevmotoraksı, açıq pnevmotoraksı və döş qəfəsi travmasında qabırğanın sınaraq bütöv döş qəfəsindən ayrılmasını diaqnostika etməyə imkan verir. Zəifləmiş tənəffüs səsləri, traxeyanın əkstərəfə təmayülü (gec baş verir) və genişlənmiş boyun venaları qapaqlı (gərginlik) pnevmotoraksın diaqnozunu qoymağa imkan verir. Gərginlik (qapaqlı) və açıq pnevmotoraks təcili şəkildə torakostomiya borusu qoyulmaqla müalicə edilməlidir. Əgər qapaqlı pnevmotoraksa sübhə varsa və döş qəfəsinə torakostomiya borusunun qoyulması təcili şəkildə mümkün deyilsə, bu zaman iri diametrli iynə 2-ci qabırğaarası sahəyə midklavikulyar (orta körpücük xətti) xətt üzrə yerləşdirilməlidir.
Hemotoraksı olan xəstələrdə isə torakostomiya borusu ilə dərhal 1.500 ml qan evakuasiya edildikdə, xəstə dərhal əməliyyat otağına təcili torakotomiyaya götürülməli və qanaxmanın yeri və mənbəyi müəyyən edilməli və aradan qaldırılmalıdır. 2-4 saat ərzində saatda 200 ml yaxın qanın torakostomiya borusu ilə ifrazı da təcili torakotomiyanın aparılmasına göstərişdir.
Ürək fəaliyyəti və Qan dövranı
Travmadan sonra qanaxmanın qarşısı alına bilən ölüm səbəbi olduğundan, xarici qanaxmanın ilkin müayinə protokolu zamanı vaxtında müəyyən edilməsi və kontrol edilməsi mühüm məsələdir. Sürətli qanaxma birbaşa kompressiya ilə dayandırılmalıdır. Birbaşa kompressiya ilə yanaşı kaolin (kleydən alınmış maddə) və ya xitosanla (karidesin qabığından alınan məddə) hemostatik sarğılar tətbiq edilə bilər. Birbaşa kompressiya və ya hemostatik sarğı ilə dayandırılması mümkün olmayan aşağı ətraf qanaxması zamanı xəstənin əməliyyat otağına götürənədək qanaxmanın müvəqqəti kontrolu üçün qanaxma yerindən yuxarıya turniket qoyulur.
Xəstənin adekvat qan həcminə malik olması və orqanların perfuziyasını təmin etmə vəziyyətini təyin etmək vasitəsilə qan dövranı qiymətləndirilə bilər. İki iri həcmli venadaxili kateterlər təcili qoyulmalı və venadaxili çıxış təmin edilməlidir. Hipotenziya, hipotermiya, zəif və ya palpasiya edilməyən nəbz, habelə huşun tədricən zəifləməsi hipovolemik şokun əlamətləridir. Venadaxili verilən məhlulların həcmi perfuziyanı təmin etmək üçün yetərli olmalıdır. Qanaxmanın yaxşı kontrol edilməsindən əvvəl xeyli həcmdə kristalloid məhlulların xəstəyə verilməsi qanaxma yerlərində artıq mövcud olan laxtaların yuyulması, laxtalanma faktorlarının nisbi konsentrasiyasının azalması, hipotermiya, qeyri-normal iltihab prosesinin aktivləşməsi, abdominal kompartment sindromy, çoxsaylı orqan çatışmazlığı və artmış mortalite (ölüm) ilə müşahidə edilir. Aparılmış tədqiqatlar əsasında təklif olunur ki, massiv yəni iri həcmdə transfuziya tələb edən xəstələrdə erkən dövrdə paketləşdirilmiş eritrositlər kütləsi ilə plazma və trombositar kütlənin transfuziyası çox böyük fayda verir.
Əlillik
İlkin müayinə zamanı sürətli nevroloji qiymətləndirmə aparılmalıdır. Bəbəklərin ölçüləri və reaksiyası öyrənilməli və qeyd edilməlidir. Xəstənin spontan hərəkətləri və müxtəlif stimullara, xüsusilə də, verbal (səsləmə) və ağrıverici stimullara reaksiyası və Qlazqo Koma Şkalası üzrə balı qeyd edilməlidir. Huşun depressiyası müxtəlif səbəblərdən ilgili ola bilər, o cümlədən, oxiqenasiyanın və ya perfuziyanın azalması, beyin zədələnməsi, hipoqlikemiya və ya hiperqlikemiya, narkotik preparatlar və ya spirtli içkilərin qəbulu nəticəsində də mümkündür.
Gözlərin reaksiyası | Bal | Verbal reaksiya | Bal | Motor reaksiya | Bal |
---|---|---|---|---|---|
Spontan açır | 4 | Səsə yönümlüdür | 5 | Komandalara riayət edir | 6 |
Səsləyəndə açır | 3 | Çaşqın | 4 | Məqsədyönlü hərəkətlər | 5 |
Ağrı hiss etdikdə açır | 2 | Yersiz olan sözlər | 3 | Ağrıya reaksiya kimi ətrafları çəkir | 4 |
Açmır | 1 | Başa düşülməyən sözlər | 2 | Ağrıya reaksiya kimi əzələləri yığır | 3 |
Danışmır | 1 | Ağrıya reaksiya kimi əzələləri bükür | 2 | ||
Reaksiyası yoxdur | 1 |
Ekspozisiya (təftiş olunma)
Xəstənin daha dürüst müayinəsi üçün xəstə soyundurulmalıdır. Xəstənin kürəyini müyinə etmək üçün onurğa sütunun mühafizəsi tədbirləri tətbiq edilməklə, onu yana çevirmək lazımdır.
Reanimasiya
Həyata təhlükə yaradan zədələr və ya travmaların müalicəsi ilə yanaşı reanimasiya tədbirləri ilkin qiymətləndirmə zamanı başlanır. Əgər xəstənin huşu getdikcə zəifləyirsə və ya onun nəfəs yollarını açıq saxlamaqda problemi olacağı düşünülürsə, bu zaman intubasiya edilməli və ya cərrahi yollar traxeostoma qoyulmalıdır. Bütün travmaya məruz qalmış xəstələr əlavə oksigen almalıdır. Hipotenziyası olan və tənəffüs səsləri zəif eşidilən və pnevmotoraks olması şübhəli bilinən xəstələrə dərhal döş qəfəsinə torakostomiya borusu və ya bu mümkün olmadıqda 2-ci qabırğaarası sahəyə iri həcmli iynə yeridilməlidir.
Xəstəyə iki iri diametrli periferal vena daxili kateterlər qoyulmalıdır. Travma alan xəstələrdə ilkin olaraq 1-2 L isidilmiş kristalloid məhlulun verilməsi tövsiyyə edilir. Bu dövrdə həm də eritorsit kütləsi istənilməlidir ki, kristalloid məhlulla xəstənin hemodinamikası normallaşmadıqda, eritrosit kütləsi verilsin. Kristalloid məhlullarından Rinqer Laktar məhluluna üstünlük verilir ki, bu məhlul balanslaşdırılmış duz məhluludur və asidozu pisləşdirmir. Ümumiyyətlə, travma almış xəstələrə reanimasiya tədbirləri zamanı venadaxili məhlullar adekvat həcmdə verilməli və perfuziyanı təmin edən həcmdən artıq olmamalıdır. Söhbət ondan gedir ki, əgər lazım olandan artıq kirstalloid məhlul verilərsə bu ilk növbədə xəstənin arteriyal təzyiqini qaldıra bilər və həmçinin qanaxma yerlərində artıq yaranmış laxtaları yerindən tərpədə və yuyub apara bilər ki, bu da qanaxma riskini artırmış olar. Hərbi əməliyyatlarda zədə almış hərbçilərin, məsələn, huşu yerində olanda və nəbzi normal olduqda, venadaxili məhlulların verilməsi məsləhət deyil. Lakin, əgər nəbz zəifdirsə və palpasiya edilmirsə, və ya beyin travması almayan xəstənin huşu tam yerində deyilsə, bu zaman 500 ml bolus şəklində venadaxili məhlul verilir və reaksiya izlənilir.
Növbəti addım isə aşağıdakı 3 addımdan birinin seçilməsi ilə nəticələnməlidir:
- xəstə intensiv terapiya və ya reanimasiya şöbəsinə göndərilməli və orada reanimasiya tədbirləri davam etdirilməlidir,
- xəstə əməliyyat otağına götürülməli və orada vəziyyət qiymətləndirilməli və müalicə almalıdır.
- xəstə görüntüləmə üçün radioloji müayinəyə göndərilməlidir.
İkincili müayinı
İlkin müayinə bitdikdə və reanimasiya tədbirləri başladıqdan sonra, başdan dırnağa qədər daha detallı fiziki müayinə aparılmalıdır. Bu dövrdə Foli sidik kateteri və mədədaxili zondun qoyulması, habelə döş qəfəsi və çanağın rentgenoqrafiyasına ehtiyac və göstərişlər nəzərdən keçirilməlidir. İkincili müayinə zamanı Travma zamanı Ultrasəslə Fokuslu Müayinə (TUFM) vasitəsilə qarın boşluğu, çanaq və perikard boşluğunda azad mayenin olub olmaması araşdırılmalıdır.
Əgər ikincili müayinənin hər hansı etapında xəstənin vəziyyəti pisləşərsə və ya hemodinamik cəhətdən qeyri-stabil olarsa, bu zaman birincili müayinə təkrar edilməlidir.
Əgər ikincili müayinənin hər hansı etapında xəstənin vəziyyəti pisləşərsə və ya hemodinamik cəhətdən qeyri-stabil olarsa, bu zaman birincili müayinə təkrar edilməlidir.
Anamnez
Xəstənin anamnezi yığılmalı, onun nəyə allergiyası olduğu, keçmiş tibbi və cərrahi tarixçəsi, sonuncu qida qəbulu və qəbul etdiyi dərmanlar barədə məlumat əldə edilməlidir. Habelə, travmaya gətirib çıxaran tədbirlər və ya ətraf mühit barədə məlumat da əldə edilməlidir.
Kəllə
Kəllə inspeksiya və palpasiya edilməli, saçların altında gizlənə bilən əzilmələr, cırıq yaralar və hematomalar baxımından müayinə edilməlidir. Sifət və çənə də palpasiya edilməli və stabilliyi yoxlanılmalıdır. Bu zonada olan sınıqlar tənəffüs yollarının pozulmasına səbəb ola bilər. Bəbəklər və qulaqların timpanik membranaları da müayinə edilməlidir ki, mümkün ola bilən kəllədaxili hipertenziya və ya kəllənin bazilyar sınıqlarının olub olmaması nəzərdən keçirilsin.
Boyun
Boyunun müayinəsi zamanı onun immobilizasiya mütləqdir. Əgər varsa, boyun yaxalığı (Philadelphia Collar) müvəqqəti olaraq çıxarılmalıdır ki, boyunun tam müayinəsinə maneə olmasın. Təcrübə göstərib ki, boyun yaxalığı ola-ola müayinə edilən xəstələrdə bir çox hallarda zədələr və hətta penetrasiyalı atəşli silah yaraları belə vaxtında müəyyən edilməmiş və xeyli problemlə üzrə çıxmışdır.
Boyunun müayinəsi zamanı vidaci venaların genişlənməsi, klapanlı pnevmotoraksa işarə edən traxeyanın deviasiyası (bir yana yönəlməsi), hematoma və ya ekximoz (damarların zədələnməsini göstərən) mühüm tapıntılar ola bilər. Əgər küt serebro-vaskulyar (beyin-damar) zədəsinə şübhə varsa, ultrasəs və ya anqioqrafiyalı kompüter tomoqrafiyası həyata keçirilməlidir. Əgər müayinə zamanı çənə-sifət (maxillo-facial) nayihəsində qeyri-sabitlik müəyyən edilirsə, bu zaman onurğa sütunun boyun hissəsinin travmasının olduğu ehtimal edilməlidir. Onurğanıb boyun hissəsinin travması ehtimal edilən bütün xəstələrdə boyunun KT-si edilməlidir. Nəzərdə saxlamaq lazımdır ki, onurğanın boyun hissəsinin travması olan xəstələrin heç də hamısın nevroloji defisiti olmur. Boyunda penetrasiya edilmiş zədələrin lokalizasiyası zonalar üzrə xarakterizə edilir - zonalar İ, İİ və İİİ. Zona İ korpücük sümüyündən krikoid qığırdağa qədər olan horizontal sahəni əhatə edir. Zona İİ krikoid qığırdaqdan aşağı çənənin (mandibular angle) bucağına qədər sahəni əhatə edir. Zona İİİ isə aşağı çənənin bucağından kəllənin əsasına qədər olan sahədir. Boyunda olan zədənin müalicəsi boyunun zonası və xəstənin stabilliyindən asılıdır. Zona İİ zədələri cərrahi yolla müalicə edilə bilər, çünki bu zonada yerləşən həyati vacib strukturlara asanlıqla çıxış əldə edilə bilir. Zona İ zədələri orta sternotomiya (median sternotomy) tələb edir və bəzi hallarda bu kəsik sternokleydomastoid əzələsinin kəsiyi ilə uzadıla bilər. Zona İİİ zədələri zamanı omohioyid, diqastrik əzələlərinin ayrılması, sternokleydomastoid əzələsinin kəllənin əsasından ayrılmasını tələb edə bilər. Zona İİİ-də yerləşən damar zədələrinin müayinəsi bir çox hallarda xeyli çətinlik törədir ki, bu da damarların kəllə daxili yerləşməsi ilə əlaqəlidir. Məhz buna görə də, Zona İ və Zona İİİ zədələri zamanı müayinə ezofaqoskopiya və Zona İİİ zədələrinin müayinəsi isə larinqoskopiya ilə bronxoskopiya istifadə etməklə aparılır.
Döş qəfəsi
Boyunun müayinəsi zamanı vidaci venaların genişlənməsi, klapanlı pnevmotoraksa işarə edən traxeyanın deviasiyası (bir yana yönəlməsi), hematoma və ya ekximoz (damarların zədələnməsini göstərən) mühüm tapıntılar ola bilər. Əgər küt serebro-vaskulyar (beyin-damar) zədəsinə şübhə varsa, ultrasəs və ya anqioqrafiyalı kompüter tomoqrafiyası həyata keçirilməlidir. Əgər müayinə zamanı çənə-sifət (maxillo-facial) nayihəsində qeyri-sabitlik müəyyən edilirsə, bu zaman onurğa sütunun boyun hissəsinin travmasının olduğu ehtimal edilməlidir. Onurğanıb boyun hissəsinin travması ehtimal edilən bütün xəstələrdə boyunun KT-si edilməlidir. Nəzərdə saxlamaq lazımdır ki, onurğanın boyun hissəsinin travması olan xəstələrin heç də hamısın nevroloji defisiti olmur. Boyunda penetrasiya edilmiş zədələrin lokalizasiyası zonalar üzrə xarakterizə edilir - zonalar İ, İİ və İİİ. Zona İ korpücük sümüyündən krikoid qığırdağa qədər olan horizontal sahəni əhatə edir. Zona İİ krikoid qığırdaqdan aşağı çənənin (mandibular angle) bucağına qədər sahəni əhatə edir. Zona İİİ isə aşağı çənənin bucağından kəllənin əsasına qədər olan sahədir. Boyunda olan zədənin müalicəsi boyunun zonası və xəstənin stabilliyindən asılıdır. Zona İİ zədələri cərrahi yolla müalicə edilə bilər, çünki bu zonada yerləşən həyati vacib strukturlara asanlıqla çıxış əldə edilə bilir. Zona İ zədələri orta sternotomiya (median sternotomy) tələb edir və bəzi hallarda bu kəsik sternokleydomastoid əzələsinin kəsiyi ilə uzadıla bilər. Zona İİİ zədələri zamanı omohioyid, diqastrik əzələlərinin ayrılması, sternokleydomastoid əzələsinin kəllənin əsasından ayrılmasını tələb edə bilər. Zona İİİ-də yerləşən damar zədələrinin müayinəsi bir çox hallarda xeyli çətinlik törədir ki, bu da damarların kəllə daxili yerləşməsi ilə əlaqəlidir. Məhz buna görə də, Zona İ və Zona İİİ zədələri zamanı müayinə ezofaqoskopiya və Zona İİİ zədələrinin müayinəsi isə larinqoskopiya ilə bronxoskopiya istifadə etməklə aparılır.
Döş qəfəsi
Döş qəfəsinin müxtəlif zədələri, o cümlədən, qabırğaların sınıqları, pnevmotoraks, penetrasiya edilmiş yaralar, sadə inspeksiyas, palpasiya və auskultasiya ilə aşkar edilə blər. Döş qəfəsinin rentgenoqrafiyası yardımçı diaqnostik metod olaraq, aortanın zədələnməsini (genişlənmiş mediastinum), ağ ciyər kontuziyasının diaqnostikası, həmçinin endotraxeal borunun, torakostomiya borusunun və mərkəzi venoz kateterin yerləşdirilməsinin təsdiq edilməsi üçün geniş istifadə edilir. Travama zamanı Ultrasəslə Fokuslu Müayinə (TUFM) vasitəsilə ürəyin zədələnməsi və mümkün tamponadanın diaqnostikasını aparmaq olar. Döş qəfəsi zədələrinin diaqnostikası üçün KT qızıl standart hesab edilir. Aorta, ürək, ağ ciyər və əzələ-sümük strukturlarının zədələrinin düzgün diaqnostikasında KT-nin həssaslığı daha yüksəkdir.
Qarın
Yadda saxlamaq lazımdır ki, ilkin müayinə zamanı qarında kəskin prosesin olmaması heç də ciddi zədəni istisna etmir. Diqqəti yayındıra travmaların olması (aşağı ətraf, qabırğa, çanaq sınıxları) və ya beyin travması və ya intoksikasiya nəticəsində huşun zəifləməsi, dəqiq və sərrast abdominal müayinənin aparılmasını xeyli çətinləşdirir.
Əgər peritonun qıcıqlanması (peritonit) əlamətləri qarının müayinəsi zamanı aşkar edilirsə, xəstə dərhal əməliyyat otağına götürülməli və araşdırıcı (kəşfiyyat, eksplorativ) laparotomiya aparılmalıdır. Əgər peritonit yoxdursa və xəstə hemodinamik cəhətdən stabildirsə, onda qarının kompüter tomoqrafiyası və ya müvafiq intervallarla qarının müayinələri aparılmalıdır. Hemodinamik cəhətdən stabil olmayan və travma zamanı ultrasəslə fokuslu müayinə zamanı və ya diaqnostik peritondaxili lavaj vasitəsilə qarın boşluğunda maye, qan və digər qeyri-normal tapıntılar aşkar edilibsə, xəstə dərhal əməliyyata götürülməli və araşdırıcı laparotomoya aparılmalı və qarındaxili qanaxmanın mənbəyi tapılmalı və fiksə edilməlidir.
Kürək
Onurğa sütunu ilə kürəyin qiymətləndirilməsi ən azı 4 adamın köməyi ilə aparılmalıdır: bir nəfər başı və boyunu düz saxlamalı, ikisi - xəstəni yana çevirməli, və dördüncü adam isə onurğa sütununu tam şəkildə palpasiya etməli, və hər hansı ağrı hissiyatı, şişkinlik, deformasiya və s. baxımdan müayinə etməlidir. Bu zaman həmçinin barmaqla rektal müayinə aparılmalı, düz bağırsaq zədələri, çanaq zədələri və düz bağırsağın əzələ tonusu da yoxlanılmalıdır.
Çanaq
Çanağın zədələrinin vaxtında və sürətli müəyyən edilməsi böyük əhəmiyyət kəsb edir, çünki çanaq sınıqları və digər zədələri əhəmiyyətli dərəcədə qanaxma mənbəyi ola bilər. Fiziki müayinə zamanı ön qalça qabarının ön və arxa kompressiyası nəticəsində ağrı və qeyri-normal hərəkətlilik aşkar edilirsə, bu çanağın tamlığının pozulmasından xəbər verir. Çanağın sınıqları həmçinin ekximoz və aşağı ətrafların fərqli uzunluğu müşahidə edildikdə də düşünülməlidir. Çanağın rentgenoqrafiyası dərhal edilməlidir. Çanağın "açıq kitab" adlanan sınığı rentgenoqrafiya vasitəsilə müəyyən edildikdə və xəstənin hemodinamik cəhətdən qeyri-stabil olduğu halda, çanağın xarici kompressiyası (xüsusi kompressiya edici aparat və ya material və ya xüsusi sıxıcı korsetlə) faydalı ola bilər. Bu xəstələrdə kəskin qanaxmanın dayandırılması üçün anqioembolizasiya tələb oluna bilər. Ümumiyyətlə travmanın mexanizmindən asılı olaraq, habelə çanağın travması şübhə altındadırsa, mütləq şəkildə uşaqlıq yolu və perineum fiziki müayinədən keçirilməlidir. Stabil olan xəstələr isə KT vasitəsilə abdominal-çanaq müayinəsindən keçirilə bilər.
Əzələ-sümük sistemi
Bütün ətraflar əllənməli və nəzərdən keçirilməlidir, penetrasiya edilmiş zədələrin olub olmaması yoxlanmalıdır. Stabil olmayan sınıqlar immobilizasiya edilməli və qips qoyulmalıdır, neyrovaskulyar sistemin bütövlüyü qiymətləndirilməlidir. Ciddi zədə almış ətraflar kompartment sindromun əlamətləri baxımından yoxlanılmalıdır. Bu zaman şiddətli ağrının olması, asimetriya və əzələlərin passiv uzadılması zamanı xeyli ağrının olmasına diqqət yetirilməlidir. Hemodinamik cəhətdən stabil olan xəstənin zədə almış ətrafları radioloji müayinədən keçirilməlidir.
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.