Qastroezofageal Reflüks Xəstəliyi: Laparoskopik Reflüks Cərrahi Əməliyyatı vs Proton Nasosun Blokatorları |
Qida qəbul etdiyimiz zaman mədəmiz HCl turşusu ifraz edir ki, həmin turşu qidanın həzmində iştirak edəcək fermentləri aktivləşdirir, habelə qidada olan mikrobların əksəriyyətini zərərləşdirir. Mədənin özünü həmin turşunun aqressivliyindən müdafiə etmək üçün təbiyət xüsusi selik gişası yaradıb ki, bu gişa da mədəni içəridən örtür və turşunun mədəni dağıtmasına və zədələməsinə imkan vermir. Lakin, qida borusunda (esophagus) mədədə olan selikli gişadan yoxdur və nəticədə mədədə olan turşunun qida borusuna düşməsi zaman qida borusunun xeyli zədələnməsi mümkündür. Məsələ burasındadır ki, mədədə olan turşunun və qidanın qida borusuna düşməməsi üçün qida borusu ilə mədə arasında xüsusi qapaq mexanizmi, daha doğrusu bu rolu oynayan aşağı ezofagial sfinkter var. Bəzi hallarda həmin sfinkterin funksiyası pozulduqda və ya həmin sfinkterin orqanik zədələnmələri nəticəsində mədədə olan turşu və ümumiyyətlə mədə möhtəviyyatı qida borusuna geri qayıdır. Bu cür hal baş verdikdə buna Qastroezofageal Reflüks Xəstəliyi (QERX) deyilir. QERX-in müalicəsi QERX-in müalicəsində iki əsas yanaşma mövcuddur - dərman preparatları və cərrahi üsülla (açıq və ya laparoskopik) fundoplikasiya (məsələn, Nissen üsulu ilə). Araşdırmalar göstərir ki, GERX xəstəliyindən əziyyəş çəkən xəstələrdə Proton Nasosun Blokatorlarının istifadəsi ilə əldə edilən nəticələr Laparoskopik cərrahi nəticəsində əldə edilmiş nəticələrdən çox da fərqlənmir. Avropanın bir neçə ölkəsində və ABŞ-da 500-dən artıq xəstənin iştirakı ilə aparılmış kliniki tədqiqat göstərdi ki, 40 mq gündə Nexium (esomeprazol) preparatı ilə müalicə edilən pasientlərdə GERX xəstəliyinin remissiyası laparoskopik üsulla müalicə edilən pasientlərdə əldə edilən remissiya ilə müqayisədə fərqlənməyib. Lakin aparılan araşdırmalarda Nexium alan xəstələrin kliniki araşdırmaya seçimi üçün şərtlərdən biri 1-2 ay ərzində qəbul etdikləri PNB (proton nasosun blokatorlarına) nəticəsində simptomlarının azalması olub. Düzdür, müalicədən 5 il sonrakı dövrdə epiqastrik və ya döş sümüyünün arxasında yandırıcı ağrı Nexium alan xəstələrin 16%-da olmuş, laparoskopik cərrahi əməliyyat almış xəstələrin isə 8%-da aşkar edilmişdir. |
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.