UptodateİnMedicine - tələbələr, həkimlər, elmi tibb işçiləri, interna və rezident həkimlər üçün Azərbaycan dilində kliniki tibbi məlumat bloqudur və həmin mütəxəssislərin professional bilik və bacarıqlarının artırılması üçün nəzərdə tutulub. Burada əksini tapmış məlumat heç də həkimin və ya digər mütəxəssislərin müayinəsini və təlimatını əvəz etməməlidir.
Saturday, August 27, 2011
Antikoaqulasiya: RIVAROXABAN insult və ürək qulaqcıqlarının fibrilyasiyası nəticəsində yaranan sistemik embolizmin profilaktikası baxımından WARFARIN-den (kumadin) heç də geri qalmır.
Antikoaqulasiya:
RIVAROXABAN insult və ürək qulaqcıqlarının fibrilyasiyası nəticəsində yaranan sistemik embolizmin profilaktikası baxımından WARFARIN-den (kumadin) heç də geri qalmır.
Araşdırmanı təhlil edən mütəxəssislərin qənayətinə görə "Atrial Fibrilyasiyanın müalicəsi üçün Varfarinə alternativ olan PO (per os) dərman preparatları artıq istifadəyə verildi. Onların istifadəsinin asanlığı, və varfarinlə müqayisədə eyni efektə malik olduğu artıq təsdiq edilib."
Lakin eyni zamanda "Narahatedici məqam ondan ibarətdir ki, bütün aparılmış kliniki araşdırmalar həmin yeni antikoaqulantların efektini geriyə döndərə biləcək Antidotlar barəsində məlumat vermir. Yəni ehtiyac yarandıqda, həyata təhlükəli qanaxmalar və ya cərrahi əməliyyatlar zamanı rivaroxaban və dabigatran-ın antikoaqulant efektlərini geriyə döndərə biləcək antidotların axtarılması çox vacibdir."
Tədqiqatlar zamanı istifadə edilmiş dozalar aşağıdakı kimi olub:
- Rivaroxaban: 20 mq gündə bir dəfə və ya Kreatinin klirensi 30-49 ml/dəq olan xəstələrdə isə 15 mq gündə bir dəfə
- Varfarin isə İNR 2.0-3.0 saxlamaq üçün tələb olunan dozalarda olub.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.