Amiodaron
Amiodaron İİb sinfinə dair müdaxiləyə aiddir və VF/nəbzsiz VT zamanı defibrilyasiya və adrenalin və ya vazopressindən sonra heç bir müsbət nəticə müşahidə edilmədikdə xəstəyə verilir. Amiodaron ilkin olaraq 300 mq V/D bolus kimi verilməli, sonra isə 150 mq dozalarda təkrarlana bilər.
Lidokain
Lidokainin ürək dayanmasında istifadəsi heç bir araşdırmaya əsaslanmayıb.
Prokainamid
Prokainamid təkrarlanan VF və nəbzsiz VT zamanı verilir. VF ritmindən normal perfuziyaya imkan verən ritmə keçib, yenidən VF ritminə qayıdan xəstələr prokainamiddən bəhrələnə bilər. Aşağıdakı nəticələrdən asılı olaraq prokainamid 20-30 mq/dəqiqədə verilir:
1) Aritmiya dayandırılır, 2) qan təzyiqinin düşməsi müşahidə edilir, 3) QRS kompleks əvvəlki ilə müqayisədə 50%-ə qədər genişlənir, 4) prokainamidin 17 mq/kq maksimal dozası verildikdə o dayandırılır və vəziyyətin yenidə qiymətləndirilir.
Asistola
Asistola EKQ-də müəyyən edildikdə, ilk öncə 1 mq VD Adrenalin verilir və ritm dəyişməyənədək 3-5 dəqiqədən bir təkrarlanır. Əgər intubasiya bundan əvvəlki mərhələdə edilməyibsə, dərhal intubasiya edilir. Atropin də yanaşı olaraq 1 mq VD verilməli və 3-5 dəqiqədən bir 3 mq cəmi maksimal dozayadək təkrar verilir. Asistola zamanı reanimasion tədbirlər adətən aşağıdakılardan biri mövcud olduqda dayandırılır:
- reanimasion tədbirlər 10 dəqiqədən artıq davam etdikdə,
- korreksiyası/müalicəsi mümkün olan vəziyyət müəyyən edilmədikdə.
Asistola ritmi müəyyən edilmiş xəstələrin həyata qayıtma ehtimalı sıfıra bərabərdir.
----------------------------------------------------------------------
Copyright@Dr.Nabil Seyidov, MD, PhD, 2011.
Copyright@"Daxili Xəstəliklər və İntensiv Terapiya üzrə Ciblik", Dr.Nabil Seyidov, MD, PhD, 2011.
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.