Sual: 2 ay ərzində artan halsızlıq
60 yaşlı kişi xeylağı 2 ay davam edən halsızlıqla bağlı həkimə müraciət edib. Xəstənin yüksək arteriyal təzyiqi və hiperlipidemiyası (yüksək xolesterol) olduğundan, o lizinopril və atorvastatinlə müalicə alır. Bacısının isə hipotiroidizm xəstəliyi var (qalxanabənzər vəzin hipotireozu, hormonların ifrazının azalması, funksiyasının zəifləməsi).
Fiziki müayinə zamanı Hərarəti normal, AQT 134/78 civə sütunu, nəbzi 73, Tənəffüsün tezliyi 17/dəqiqədə. Xəstədə limfa düyünlərinin boyüməsi və ya periferik ödem qeyd edilmir. Dalaq sol qabırğa altından 4 sm aşağı əllənir.
Laborator müayinələr:
- Hemoqlobin: 12.0 q/dL (121 q/L)
- Leykositlər: 55,000/µL (55.2 × 109/L)
- Trombositlər: 105,000/µL (105 × 109/L)
Periferal qan yaxmasının müayinəsi inkişafın bütün mərhələlərində olan qranulositlərin çox sayda olduğunu göstərib. Lakin Auer çöpləri qeyd edilməyib. Sümük iliyinin müayinəsi hiperhüceyrəlidir (80% hüceyrəlilik var, hüceyrələrin sayı artıb) və qranulositlərin hiperplaziyası, habelə 3% miyeloblastlar da qeyd edilir. Sitoqenetik müayinə BCR/ABL translokasiyasını müəyyən edib.
Xəstənin müalicəsi baxımından növbəti atılmalı addım hansı olmalıdır?
A) İmatinib preparatının verilməsi
B) Xəstənin və bacısının HLA tipinin müəyyən edilməsi
C) Leykaferez
D) Aylıq müayinələr etməklə xəstənin müşahidəsi
CAVAB növbəti sayda olacaq İZAHLI!!!
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.