Saturday, August 27, 2011

Demensiyadan əziyyət çəkən xəstələrdə Anti-depressant preparatlar

Demensiyadan əziyyət çəkən xəstələrdə depressiyanın müalicəsi üçün tətbiq edilən Anti-depressant preparatların təsiri plasebo efektindən fərqlənmir

Kliniki araşdırmalar göstərib ki, demensiyadan (o cümlədən, xüsusilə, Alzheimer demensiyası) əziyyət çəkən xəstələrə verilən antidepressantlar - zoloft (sertralin) və mirtazapin (remeron) - plasebo ilə müqayisədə heç bir efektə malik olmayıb. Araşdırmada zoloft 150 mq/günə və mirtazapin 45 mq/günə dozalarda istifadə edilib.

Bu deməyə əsas verir ki, Alzheimer demensiasından əziyyət çəkən xəstələrdə depressiyanın müalicəsi üçün indiyədək birinci dərəcəli terapevtik preparatlar sayılan zoloft və remeron plasebo ilə müqayisədə heç bir təsirə malik olmayıb. Beləliklə, həkimlər demensiyadan əziyyət çəkən xəstələrdə depressiyanın müalicəsi üçün istifadə edilən dərmanlara yenidən baxmalıdır.

Tövsiyyə edilir ki, demensialı xəstələrdə müəyyən edilmiş depressiya ilk növbədə psixo-sosial müdaxilələr vasitəsilə ilk öncə müalicə edilməlidir. Anti-depressantlar isə 3 ay ərzində aparılan psixo-sosial müdaxilələr nəticə vermədikdə müalicəyə əlavə edilə bilər.

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.