Saturday, August 27, 2011

Zolinger-Ellison Sindromu: Qastrinomalar

Qastrinomaların diaqnostikası üçün alqoritm

Addım 1. Ən azı 72 saat Proton Nasosun İnhibitorları (pantaprozol, omeprazol və s.) istifadə etməyən xəstədə ac qarına Qastrin hormonun miqdarının müəyyən edilməsi.
Addım 2. Normaldırsa, onda Qastrinoma yoxdur.
Addım 3. Yuxarıdırsa, onda Mədənin turşuluğu öyrənilə bilər ki, Axlorhidriyanın olub olmadığı müəyyən edilsin. Məsələ bundadır ki, axlorhidriya, vaqotomiya və PPİ istifadəsi qastrinin miqdarını artırmış olur.
Addım 4. Sekretin hormonun 0.4mq/kq VD vurulması nəticəsində Qastrinin miqdarının ölçülməsi:
- əgər >110 pq/ml, onda Qastrinoma vardır.
- əgər <110 pq/ml, onda Qastrinoma yoxdur.
Addım 5. Qastrinoma diaqnozu qoyulduqda isə aşağıdakı əlavə testlər keçirilə bilər:
- Somatostatin Ssintiqrafiya
- Kompüter tomoqrafiyası və ya MRT
- Endoskopik USM
- MEN 1 (3P sindromu: pituitar, pankreatik və paratiroid vəzlərin şiş törəmələri) müayinə: Kalsiumum miqdarı, PTH, PP, Prolaktin, Qenetik müayinə.

Qastrinomanın müalicəsi:

Konservativ müalicə: yuxarı dozalarda Proton Nasosun İnhibitorları (pantaprozol, omeprazole və s.). ZES-da uzun müddət ərzində PPİ preparatlarının istifadəsi riskli deyil. Lakin, bu zaman mütamadi olaraq Vitamin B12-nin səviyyəsi yoxlanılmalıdır.

Cərrahi müdaxilə: 
Ümumiyyətlə, cərrahi müdaxilə müasir dövrdə az hallarda istifadə edilir. Burada distal pankreatektomiya, Vipple (Whipple) Əməliyyatı, lateral duodenektomiya və s. tətbiq edilə bilər. Qara ciyərə metastazlar olan zaman isə onların kəsilib götürülməsi, hepatik arteriyanın embolizasiyası və həmçinin radioaktiv somatostatin terapiyası geniş istifadə edilir. 2 sm-dan böyük olan və mədəaltı vəzin axarını da əhatə edən qastrinomalarda adətən Pankreatoduodenektomi həyata keçirilir.
Təəssüflə qeyd etmək lazımdır ki, cərrahi müdaxilə nəticəsində tam olaraq müalicə 60-80% hallarda mümkün olur. Əməliyyat zamanı isə Endoskopik USM istifadə edilir ki, bütün mümkün şişləri tapmaq olsun.
ZES olan və həmçinin MEN1 qenetik sindromun daşıyıcısı olan xəstələrdə cərrahi müdaxilə müxtəlif instrumental diaqnostik müayinələr vasitəsilə qastrinomanın görünüb görünməməsindən asılıdır. Konsensus ondan ibarətdir ki, KT, MRT və ya EUS vasitəsilə qastrinomalar müəyyən edildikdə və distant metastazlar olmadıqda cərrahi rezeksiyaya göstəriş var. Bəzi mütəxəssislər törəmənin 2.5 sm böyük olduğu zaman rezeksiyaya üstünlük verirlər.

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.