3 ay davam edən köp və diskomfort
65 yaşlı kişi xeylağı bir neçə ay davam edən köp və epiqastrik nahiyədə olan diskomfortdan əziyyət çəkdiyinə, habelə həmin dövrdə 6.8 kq çəki itirdiyinə görə həkimin müayinəsinə gəlib. Xəstə heç bir digər xəstəlikdən əziyyət çəkmir və dərmanlar qəbul etmir. Fiziki müayinə zamanı yeganə müsbət nəticə epiqastrik nahiyədə olan diskomfort olub.
Laborator müayinələr:
- AST: 55
- ALT: 67
- Amilaza: 180
- Lipaza: 390
Helikal KT müayinəsi mədəaltı vəzin cismində 2.8 sm ölçüsü olan törəmə müəyyən edib. Həmin törəmənin ətrafdakı iri damarlara invaziyası müəyyən edilməyib və qara ciyərdə törəmələr aşkar edilməyib. Aparılmış endoskopik USM 3 sm ölçüsündə olan və vaskular (damar) invaziyası olmayan törəmənin olduğu təsdiqlənib. İynə ilə aparılmış törəmənin aspirasiyası Adenokarsinoma olduğunu təsdiqləyib.
Verilmiş məlumata əsasən ən düzgün növbəti addımın hansı olduğunu müəyyən edin:
A) Kombinə şüa və kimyəvi terapiya
B) Distal mədəaltı vəzin rezeksiyası (pancreatectomy)
C) Paliativ qayğı ilə bağlı məsləhətləşmə
D) Mədəaltı vəzin ifraz etdiyi fermentlərin əlavə qəbulu
Düzgün cavab B) Distal pankreatektomiya (mədəaltı vəzin rezeksiyası).
ReplyDeleteÜmumiyyətlə, diaqnozun qoyulduğu zaman pankreatik şişlərin təxminən 80%-85% rezeksiya edilə bilməyən vəziyyətdə olduğu müəyyən edilir ki, bunun da səbəbi uzaq metastazların və ya ətraf toxumaların, damarların invaziyasıdır.
Metastaz verməmiş və ya ətraf damarlara invaziya etməmiş pankreatik şişlərin müalicə metodu - cərrahi rezeksiyadır. Bu zaman mədəaltı vəzin cisminin şişlərində distal pankreatektomiyaya üstünlük verilir.
Şişin rezeksiyaya münasib olub olmadığını müəyyən etmək üçün əməliyyatdan əvvəl abdominal helikal KT və Endoskopik USM-nin aparılmasına üstünlük verilir.
Hətta tam cərrahi rezeksiya ilə belə 5 illik sağ qalma ehtimalı cəmisi 10-30% təşkil edir.
Cərrahiyə rezeksiya edilmədən yalnız şüa terapiyası və kimyəvi terapiya xəstəliyin proqres etməsini ləngidir və lokal xəstəliyi olan lakin rezeksiyası mümkün olmayan xəstələrin yaşam müddətini artıra bilər. Lakin rezeksiyası mümkün olan hallarda bu cür yanaşma xəstələrin sağalması baxımından mənfi nəticələr verir.
Pankreatik fermentlər xroniki pankreatiti olan və ya mədəaltı vəz üzərində aparılmış müəyyən əməliyyatlardan sonra baş verən malabsorbsiyanın (gidanın pis sovrulması) müalicəsi üçün istifadə edilir.
Qeyd: rezeksiyası mümkün olan pankreatik şişi olan xəstələrdə Cərrahi Rezeksiya yaşam müddətini artıran və şişi tam müalicə edə biləcək yeganə yanaşmadır. Düzdür, əməliyyatdan sonra 5 illik yaşam müddəti (survival) cəmisi 10-30% təşkil edir.