Stabil Ağ ciyərlərin Xroniki obstruktiv Xəstəliyinin (ACXOX) müalicəsinə dair təlimatlar yenilənmişdir:
(Amerika Həkimlər Cəmiyyəti, Amerika Döş Qəfəsi (Thoracic) Cəmiyyəti və Avropa Respirator Cəmiyyəti tərəfindən)
- Spirometriya: respirator (tənəffüs) simptomları olan xəstələrin hamısınında hava axının obstruksiyasının diaqnostikası üçün edilməlidir (mühüm tövsiyyə, kliniki tədqiqatlar zamanı sübuta yetirilib. Lakin spirometriya respirator və ya nəfəsalma ilə bağlı simptomları olmayan xəstələrin ümumi "profilaktik" müayinəsi və hava axının müəyyən edilməsi üçün istifadə edilməməlidir.
- Stabil ACXOX-dən əziyyət çəkən və respirator (nəfəsalma ilə bağlı problemlər) simptomları olan, habelə FEV1 60-80% olan xəstələrdə inhalasiyalı bronxolitiklər (bronxları genişləndirən preparatlar) istifadə etmək mümkündür və təklif edilir. lakin mütləq tövsiyyə deyildir.
- Stabil ACXOX-dən əziyyət çəkən və respirator (nəfəsalma ilə bağlı problemlər) simptomları olan, habelə FEV1 60%-dan az olan xəstələrdə, inhalasiyon bronxolitiklər (bronxları genişləndirən preparatlar) istifadə etmək tövsiyyə edilir.
- Həkimlər çalışmalıdır ki, respirator simptomları olan və FEV1 60%-dan az olan ACXOX-dan əziyyət çəkən xəstələrdə ya uzun-müddətli inhalasiyon anti-xolinerji preparatlar və ya uzun-müddətli inhalasiyalı β-aqonistlərdən ibarət monoterapiya tətbiq edilsin (xüsusi tövsiyyədir). Monoterapiya ilə bağlı seçim isə xəstənin istəyi, preparatın qiyməti və əks təsirlərindən asılı olaraq edilməlidir.
- Həkimlər həmçinin respirator simptomları olan və FEV1 60%-dan az olan ACXOX-dan əziyyət çəkən xəstələrdə kombinə edilmiş terapiya da tətbiq edə bilər ki, burada uzun-müddətli inhalasiyon anti-xolinerji preparatlar, uzun-müddətli inhalasiyalı β-aqonistlər və ya inhalasiyon kortikosteroidlər daxildir (zəif tövisyyədir).
- Həkimlər həmçinin respirator simptomları olan və FEV1 50%-dan az olan ACXOX-dan əziyyət çəkən xəstələrə Pulmonoloji Reabilitasiya (bərpa) üçün göndəriş verməlidir. Həmçinin bəzi hallarda FEV1 50%-dan çox olan, lakin fiziki fəaliyyəti xeyli aşağı olan və respirator simptomları olan xəstələrə də Pulmonoloji Bərpa Proqramına göndəriş verilə bilər.
- Ciddi hipoksemiyası (qanda oksigenin azlığı, PaO2 ≤55 mm Hq və ya SpO2 ≤88%) olan ACXOX-dan əziyyət çəkən xəstələrə mütləq olaraq davamlı Oksigen Terapiyası evə yazılmalıdır (xüsusi tövsiyyə).
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.