Hissə 1. Karotid (Yuxu) Arteriyaların xəstəliyi: profilaktik tədbirlər.
Diabeti olan xəstələrdə karotid arteriyaları xəstəliyinin inkişafını ləngitmək üçün sağlam həyat tərzinə riayət etmək və Arteriyal Qan Təzyiqinin intesiv kontrol etmək xüsusi əhəmiyyət kəsb edir.
- Diabeti olan xəstələrdə aşağıdakılar vasitəsilə riskin azaldılmasına nail olma olar:
- Kalori qəbulunun modifikasiyası
- Mütamadi idman və ya fiziki hərəkət
- Bədənin çəkisinin azaldılması
- Aerobik idman və duzun qəbulunun məhdudlaşdırılması yolu ilə Sistolik AQT-nin aşağı salınması
Hipertenziyası olan xəstələrdə Arteriyal QT-nin normallaşdırılmasına nail olma çox vacibdir.
- Karotid arteriyaların xəstəliyi olan insanlarda Yüksək qan təzyiqinin kontrol edilməsi üçün diuretiklər və β-blokatorların əvəzinə daha üstün olan Kalsium-kanallarının blokatolarl, Anqiotenzini çevirən fermentin inhibitorları və ya Anqiotenzin İİ reseptorların blokatorları istifadə edilməlidir.
- Nəzərdən saxlamaq lazımdır ki, Kalsium kanallarının blokatorları karotid arteriyasının intimal qalınlığının azaldılmasına daha çox təsirə malikdir.
- Həyat tərzinin dəyişdirilməsi və müvafiq dərman preparatlarının istifadəsi ilə LDL xolesterolun səviyyəsi kontrol edilməlidir.
- Karotid arteriyaların xəstəliyi olan şəxslər siqaret çəkməkdən çəkindirilməli və onlarda nikotin-əvəzləyici terapiya və digər vasitələrin istifadəsilə siqaretin tərgidilməsi stimullaşdırılmalıdır.
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.