Karotid Arteriyaların Dupleks USM-nin tətbiqi.
Asimptomatik (simptomları olmayan) əhali karotid arteriyaların stenozu baxımından planlı şəkildə müayinədən keçirilməməlidir.
- Ümumi əhali arasında asimptomatik şəxslərdə karotid arteriyaların stenozunu müəyyən etmək məqsədilə Ultrasəs müayinəsi edilməməlidir.
Servikal (boğaz nayihəsində) küy müəyyən edilən xəstələrdə karotid arteriyalarının stenozunun olub olmadığını və olduqda onun dərəcəsini müəyyən etmək məqsədilə USM aparılır.
- Boğaz nayihəsində (yuxu arteriyaları sahəsində) küy olan xəstələrdə dupleks USM aparılmalı və karotid arteriyaların stenozu dəqiqləşdirilməli, habelə stenoz olduğu halda onun dərəcəsi müəyyən edilməlidir.
Planlı şəkildə aorto-koronar şuntlama əməliyyatına hazırlaşan seçilmiş xəstələrdə karotid arteriyalarının USM nəzərdən keçirilə bilər.
- Yanaşı asimptomatik karotid arteriyalarının stenozu baxımından yüksək risk qrupuna aid olan və planlı Aorto-koronar şuntlama əməliyyatına hazırlaşan xəstələrdə əməliyyatdan öncə Karotid dupleks USM aparılır:
- 65 yaşdan yuxarı olan
- Sol əsas koronar arteriyanın stenozu olan xəstələr
- Siqaretdən istifadə edən və ya etmiş xəstələr
- Əvvəl insult keçirmiş və ya Keçib gedən beyin qan dövranın pozulmasından əziyyət çəkən xəstələr
- Fiziki müayinə zamanı boğaz nayihəsində küy müəyyən edilmiş xəstələr.
- Aorto-koronar şuntlama əməliyyatı alacaq xəstələrdə asimptomatik karotid arteriyal stenozun müalicəsi məqsədilə 4 seçimdən biri tətbiq edilə bilər:
- Karotid endarterektomiya (KEA) və 1-5 gündən sonra Aorto-koronar şuntlama əməliyyatı.
- Kombinə edilmiş AKŞ və Karotid Endoarterektomiya (KEA)
- AKŞ əməliyyatından sonra KEA əməliyyatı
- Karotid arteriyaya stentin qoyulması və 2-4 həftə sonra AKŞ əməliyyatı
Periferik Arteriyaların Xəstəliyi olanlarda Karotid arteriyaların USM də nəzərdən keçirilməlidir.
- Aşağıdakı xəstə qruplarında karotid USM nəzərdən keçirilir:
- Tipik növbələşən axsaqlıq
- Azalmış Topuq/Braxial İndeks
- Əvvəl aparılmış damarların şuntlama əməliyyatı
- Abdominal aortanın anevrizması
Karotid arteriyaların stenozu baxımından çoxsaylı risk faktorları olan xəstələrdə karotid USM nəzərdən keçirilir.
- Aşağıdakı qrup xəstələrdə Karotid USM aparılması zəruridir:
- 65 yaşdan yuxarı olan xəstələrdə
- Hazırda siqaret çəkənlər
- Koronar arteriyaların xəstəliyi və ya Ürəyin işemik xəstəliyindən əziyyət çəkənlərdə
- Dislipidemiyası olanlarda.
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.