Dərman Preparatlarının istifadəsi
Xoralı kolitin bağırsaqda lokalizasiyasından asılı olaraq aminosalisilat və kortikosteroid terapiyasının seçilməsi.
- Aminosalisilat terapiyası xoralı kolitin bağırsaqda lokalizasiyasından və ağırlığından asılı olaraq seçilməlidir.
- Distal (siqmoid və düz bağırsaq) xəstəliyi olan pasiyentlərdə remissiyanın əldə edilməsi üçün topic bağırsaq daxili topic kortikosteroidlər istifadə edilir.
- Xüsusilə də, ağızdan qəbul edilən kortikosteroidlərdən istifadə edən xəstələrdə, osteoporozun riski qiymətləndirilməli, DEXA testinin aparılması və osteoporozun profilaktikası nəzərdən keçirilməlidir.
Xoralı proktitin müalicəsi üçün aşağıdakı ilkin terapiyadan istifadə edilir.
- Yoğun bağırsağın distal 15-20 sm hissəsində aşkar edilmiş xoralı kolitin müalicəsi aşağıdakılardan ibarətdir:
- Bağırsaqdaxili mesalamin, 500 mq gündə 2 dəfə və ya 1.000 mq/günə və/və ya
- Aminosalisilat tabletka formasında ağızdan qəbul etmək üçün (sulfasalazin 4-6 qm/günə və ya mesalamin 2.4-4.8 qm/günə) və/və ya
- Bağırsaqdaxili kortikosteroidlər (hidrokortizon suppozitoriyaları və ya köpüyü)
- Yuxarıda qeyd edilmiş preparatların maksimal dozaları ilə müalicə nəticəsində yaxşılaşma olmadığı halda sistemik (ağızla qəbul edilən tabletka formasında) kortikosteroidlər, məsələn, prednizon 40-60 mq/günə, verilir.
- Terapiya remissiya əldə edilənədək 4-12 həftə ərzində davam etdirilməlidir.
Xoralı proktitin müalicəsi zamanı davamlı remissiyanın əldə edilməsi üçün aşağıdakı terapiya istifadə edilir.
- Xoralı proktiti olan xəstələrdə remissiyanın saxlanılması məqsədilə ağızla qəbul edilən (per os) aminosalisilatlar (sulfasalazin 4-6 qm/günə və ya mesalamin 2.4-4.8 qm/günə) və/və ya bağırsaq daxili mesalamin (500 mq gündə iki dəfə və ya 1.000 mq gündə bir dəfə) istifadə edilməlidir.
- Remissiyanın saxlanılması üçün bağırsaqdaxili kortikosteroidlərdən istifadə edilməməlidir.
- Nəzərdə saxlamaq lazımdır ki, steroiddən asılı olan xoralı proktitli xəstələr steroidləri əvəzləyici terapiyaya ehtiyac duyur ki, burada immunomodulyatorlardan istifadə edilir.
- Uşaq atası olmaq istəyən istənilən kişi xeylağına və ya sulfa-tərkibli maddələrə allerqiyası olanlara Sulfasalazinin verilməsindən qaçmaq lazımdır.
Sol tərəfli xoralı kolitin ilkin müalicəsi üçün aşağıdakı terapiyadan istifadə etmək tövsiyyə edilir.
- Mülayim və orta dərəcəli sol-tərəfli xoralı kolitin (dalaq döngəsinədək davam edən kolit) müalicəsi üçün aşağıdakılar istifadə edilə bilər:
- 4 qm 5-aminosalisilik turşu ilə enema (imalə) gecələr
- Ağızdan qəbul edilən Aminosalisilat tabletkaları
- 4 qm 5-aminosalisilik turşu ilə imalə gecələr və əlavə olaraq ağızla qəbul edilən aminosalisilat preparatı
- Hidrokortizonla imalə (60 ml məhlulda 100 mq hidrokortizon) gecələr
- Ağızla qəbul edilən 5-aminosalisilik turşu və əlavə olaraq hidrokortizonla imalə gecələr
- Yuxarıda qeyd edilmiş preparatların maksimal dozaları ilə müalicə nəticəsində yaxşılaşma olmadığı halda sistemik (ağızla qəbul edilən tabletka formasında) kortikosteroidlər, məsələn, prednizon 40-60 mq/günə, verilir.
- Nəzərdə saxlamaq lazımdır ki, terapiyanın müddəti dərmanların qəbuluna reaksiyadan və simptomların ağırlığından asılı olaraq tam remissiyanın əldə edilməsinədək davam etdirilir və bəzi hallarda 4-12 həftə davam edə bilər.
- Steroidlər nəticəsində yaxşılaşma əldə edilməyən və ya steroidlərə rezistent xəstəliyi olan pasiyentlərə azatioprin və ya 6-merkaptopurin verilməlidir.
- Orta-ağır və ağır steroidlərə rezistent xoralı kolitin ambulator müalicəsi üçün infliksimab azatioprin və ya 6-merkaptopurinə alternativ kimi istifadə edilə bilər.
- Uşaq atası olmaq istəyən istənilən kişi xeylağına və ya sulfa-tərkibli maddələrə allerqiyası olanlara Sulfasalazinin verilməsindən qaçmaq lazımdır.
Sol-tərəfli xoralı kolitin müalicəsində remissiyanın saxlanılması üçün aşağıdakı terapevtik imkanlardan istifadə edilə bilər.
- Distal xoralı kolitin remissiyasının saxlanılması məqsədilə ağızla qəbul edilən və ya bağırsaqdaxili 5-aminosalisilik turşu istifadə edilir.
- Ağızla qəbul edilən və bağırsaqdaxili mesalamin kombinasiyası remissiyanın saxlanılması baxımından tək başına ağızla qəbul edilən mesalamin və ya azo-birləşməsi olan 5-aminosalisilik turşusundan törəmə preparatlardan daha üstündür.
- Distal xoralı kolitin remissiyasının saxlanılması üçün steroidlər istifadə edilməməlidir.
- Steroiddən asılı xoralı kolit zamanı 6-merkaptopurin və ya azatioprin istifadə edilir.
- Steroidlərə rezistent xoralı kolitin ambulator müalicəsi və sonradan remissiyanın saxlanılması üçün infliksimab azatioprin və ya 6-merkaptopurinə alternativ kimi istifadə edilə bilər.
Geniş yayılmış xoralı kolit və pankolitin müalicəsi üçün aşağıdakı terapevtik imkanlardan istifadə edilir.
- Mülayim dərəcədə aktiv olan geniş yayılmış kolit (dalaq döngəsindən proksimal istiqamətə yayılmış, yəni köndələn və ya enən yoğun bağırsağın da cəlb edilməsilə) və pankolit ağızla qəbul edilən aminosalisilatla (sulfasalazin 4-6 qm/günə və ya mesalamin 2.4-4.8 qm\günə) mesalamin imaləsi (4 qm/günə) və ya imaləsiz müalicə edilir.
- Orta dərəcəli aktiv yayılmış kolit və ya pankolit ağızla qəbul eidlən və bağırsaqdaxili aminosalisilat preparatların kombinasiyası (sulfasalazin 4-6 qm/günə və ya mesalamin 2.4-4.8 qm\günə) və mesalamin (4 qm/günə) imaləsilə müalicə edilir.
- Xəstədə kliniki remissiya əldə edilənədək, adətən 4-12 həftə ərzində, 5-aminosalisilik turşusunun verilməsi davam etdirilməlidir.
- Ağızla və bağırsaqdaxili aminosalisilat preparatların kombinasiyasının tətbiqinə müsbət cavab verməyən pankolitin müalicəsi üçün 40-60 mq/günə tədricən dozası azaldılan prednizon preparatı istifadə edilir.
- Steroid preparatlarından asılı olan xəstəliyi olan pasiyentlərə azatioprin 2.0-2.5 mq/kq gündə və ya 6-merkaptopurin 1.0-1.5 mq/kq gündə verilir.
- Ağızla qəbul edilən steroidlərin təsiri olmadıqda və xəstənin stasionara yatızdırılmasına ehtiyac duyulmadıqda, ambulator müalicə üçün azatioprin 2.0-2.5 mq/kq günə və ya 6-merkaptopurin 1.0-1.5 mq/kq günə istifadə edilir. Alternativ olaraq 5 mq/kq dozada infkliksimabın infuziyası 0, 2 və 6-cı həftədə müalicənin başlanğıcı üçün, sonradan isə hər 8 həftədən bir remissiyanın saxlanılması üçün istifadə edilir.
- Uşaq atası olmaq istəyən istənilən kişi xeylağına və ya sulfa-tərkibli maddələrə allerqiyası olanlara Sulfasalazinin verilməsindən qaçmaq lazımdır.
- Ağır pankoliti olan xəstələrə hospitalizasiya edilməlidir.
Yayılmış xoralı kolitin müalicəsi nəticəsində əldə edilmiş remissiyanın saxlanılması üçün aşağıdakı terapevtik imkanlar istifadə edilir.
- Yayılmış xoralı kolitin müalicəsində remissiyanın saxlanılması məqsədilə ağızla qəbul edilən mesalamin ilkin terapevtik seçim kimi istifadə edilir.
- Azatioprin və ya 6-merkaptopurin steroiddən asılı olan xəstələrdə, habelə aminosalisilatların istifadəsilə adekvat kontrol edilməyən xəstələrdə nəzərdən keçirilir.
- Remissiyanın saxlanılması üçün steroidlərdən istifadə edilməməlidir.
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.