Monday, September 12, 2011

Qeyri-spesifik Xoralı Kolit: dərmansız müalicənin tətbiqi və imkanları


Xoralı koliti olan xəstələrə balanslaşdırılmış sağlam diyeta saxlamaq məsləhət edilməlidir.
  • Xoralı koliti olan xəstələrə xüsusi məhdudiyyətlər olmayan balanslaşdırılmış sağlam diyeta və qidalanma məsləhət edilməlidir. 
  • Fulminant və ya toksik meqakolonu olan xəstələrə qida qəbul etməmək ciddi şəkildə göstəriş verilməlidir. 
Xoralı kolitin müalicəsində probiotiklərin ziddiyyətli rolu xəstələrlə müzakirə edilməlidir. 
  •   Böyüklərdə xoralı kolitin müalicəsi üçün probiotiklər tövsiyyə edilməməlidir.
Spesifik göstərişlərə əsasən cərrahi müdaxilə tövisyyə edilir.
  • Xoralı koliti olan və aşağıdakı absolyut göstərişlərə əsasən xəstələr cərrahi əməliyyata yönəldilməlidir:
    • Davam edən qanaxma
    • Perforasiya
    • Karsinoma (xərçənq)
    • Yüksək dərəcəli displaziya
    • Multifokal və ya təkrarlanan aşağı dərəcəli displaziya
  • Aşağıdakı meyarlara cavab verən xəstələrdə cərrahi əməliyyat nəzərdən keçirilə bilər:
    • Maksimal tibbi terapiyaya reaksiya verməyən, yaxşılaşmayan ağır kolit
    • Toksiki meqakolon
    • Az ağır koliti olan lakin ya simptomları müalicəyə cavabsız qalan və ya qəbul edilən dərmanların əks efektlərinə dözümsüzlük nümayiş etdirildikdə
    • Unifokal aşağı dərəcəli displaziya
  • Aşağıdakılar aşkar edildikdə, cərrahi əməliyyat nəzərdən keçirilə bilər:
    • Dərman preparatları ilə müalicəyə reaksiya verməyən ağır pioderma qanqrenozum
    • Steroidlər və splenektomiyaya cavabsız (müsbət nəticəsiz) hemolitik anemiya
  • Perioperativ dövrdə (əməliyyatdan qabaq və dərhal sonrakı dövr) steroid preparatların dozalarının <40 mq aşağı salınması məsləhətdir. 
  • Kliniki cəhətdən qeyri-toksik olan xəstələrdə planlı cərrahiyyə əməliyyatı seçildikdə qızıl standart kimi Prokto-kolektomiya və İleal kisə ilə anal anastomozun yaradılması hesab edilir. 
  • Aşağıdakı meyarlara cavab verən xəstələrdə isə subtotal kolektomiya ilə ileostoma və ya total proktokolektomiya ilə daimi ileostomanın yaradılması əməliyyatına üstünlük verilir: 
    • Fulminant kolit
    • Təcili əməliyyat tələb edən toksiki meqakolon
    • Şübhəli diaqnoz və ya Kron xəstəliyinin olmasına dair şübhə
    • Kök xəstə
    • Steroidlərin yüksək dozalarından asılılıq
    • Ciddi malnutrisiya (uzun müddətli bədənin zəif qidalanması)

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.