Xoralı koliti olan xəstələrin hospitalizasiyası.
Parenteral (venadaxili) kortikosteroidlər nəticəsində yaxşılaşma qeyd olunmayan ağır xoralı koliti olan xəstələrə venadaxili Siklosporin və ya bioloji preparatlar verilməli və təcili cərrahi əməliyyat planlaşdırılmalıdır.
Rezistent və ya dayanıqlı xoralı koliti olan və kliniki cəhətdən toksik görünən xəstələr hospitalizasiya edilməlidir.
- Aşağıdakı meyarlara cavab verən xəstələr hospitalizasiya edilir:
- Ağızla qəbul eidlən kortikosteroidlər və digər preparatlara rezistent qalan orta-ağır və ağır dərəcəli xoralı kolit
- Fulminant xoralı kolit
- Təsdiqlənmiş və ya ciddi şübhəli bilinən toksik meqakolon olduqda
- Xəstələrdə infeksiyanın olduğunu istisna etmək lazımdır, lakin antibiotiklər yalnız kliniki cəhətdən toksik görünən xəstələrə və qarındaxili infeksiyaya ciddi şübhə olduqda verilir.
- Xəstənin hospitalizasiyası zamanı siqmoidoskopiya edilir ki, xəstəliyin aktivliyi müəyyən edilsin və mümkün olan digər xəstəliklər istisna edilsin.
- Bağırsağın dilatasiyası (genişlənməsi) və ya toksik meqakolona şübhə olduqda, qarının sadə rentqenoqrafiyası aparılır. Xəstədə yüksək hərarət olduqda və abses nəzərdən keçirildikdə, qarının KT-ı aparılır.
- Venadaxili 300 mq/günə hidrokortizon və ya 40-60 mq/günə VD metilprednizolon verilir.
- Xəstələrə dəstəkləyici terapiya da verilir:
- Venadaxili infuziyalar
- Ağır anemiyası olan halda qan köçürülməsi
- Ciddi malnutrisionlu (xeyli zəif olan) xəstələrə isə parenteral qidalanma.
- Yaşlı xəstələr ac saxlanılır və nəzik bağırsağın ileusu nəzərdən keçirilirsə, nazoqastrik zond da qoyulur.
- Ağır xəstəlik, fulminant xəstəlik və ya toksik meqakolon olduğu halda cərrahi müayinə istənilməlidir.
- Fulminant kolit və ya toksik meqakolonu olan xəstələr bu bölmədə yuxarıda təsvir edilmiş terapiya tətbiq edilir və venadaxili antibiotiklər əlavə edilir. Xəstələr ac saxlanılır və nəzik bağırsağın ileusu nəzərdən keçirilirsə, nazoqastrik zond da qoyulur.
- Fulminant kolit və hətta ağır koliti olan əksər xəstələrdə anti-xolinerqik və ya narkotik preparatların istifadəsi məsləhət deyil, çünki bu dərmanlar toksik meqakolon törədə bilər.
- Venoz tromboembolizmin profilaktikası üçün Aşğı Molekulya Çəkisi olan Heparin nəzərdən keçirilməlidir.
Parenteral (venadaxili) kortikosteroidlər nəticəsində yaxşılaşma qeyd olunmayan ağır xoralı koliti olan xəstələrə venadaxili Siklosporin və ya bioloji preparatlar verilməli və təcili cərrahi əməliyyat planlaşdırılmalıdır.
- Ağır koliti olan xəstələrin vəziyyəti 7-10 ərzində davam edən parenteral kortikosteroidlər nəticəsində yaxşılaşmadıqda, siklosporin və ya bioloji preparatlar nəzərdən keçirilməli və təcili kolektomiyaya ehtiyac yenidən qiymətləndirilməlidir.
- Venadaxili siklosporin nəticəsində vəziyyəti yaxşılaşan xəstələrə siklosporin tabletka şəkilində başlanmalı və həmçinin azatioprin və ya 6-merkaptopurin başlamalıdır.
- Bioloji preparat olan, infliksimabla müalicə nəticəsində yaxşılaşan xəstələrə infliksimab 2-ci və 6-cı həftə, və sonradan hər 8 həftədən bir verilməlidir.
- Venadaxili siklosporin və ya bioloji preparatlarla müalicənin nəticəsiz olduğu xəstələr kolektomiya əməliyyatı üçün cərrahi müdaxiləyə yönəldilməlidir.
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.