İnsultun ilkin profilaktikası üçün risk faktorlarının müəyyən edilməsi
|
- Aşağıdakı risk faktorları olan xəstələri müəyyən etmək vacibdir:
- Yaşı >50
- 60 yaşdan əvvəl ailəsində (yaxın qohumları da daxil olmaqla) Koronar Arteriyal Xəstəlik, Ürək-Damar Xəstəliyi və ya Periferik Arteriyal Xəstəliyi olan pasiyentlər
- Kliniki cəhətdən simptomları müşahidə edilən Koronar Arteriyal Xəstəliyi və ya Periferik Arteriyal Xəstəliyi olan pasiyentlər
- Hipertenziya (yüksək arteriyal təzyiq)
- Diabetes mellitus olan (Diabetli) xəstələr
- Yüksək xolesterolu olan xəstələr
- Siqaret çəkən xəstələr
- Hiperhomosisteinemiyalı xəstələr
- Karotid arteriyalarda (şahdamar arteriyaları) küyün auskultasiyası
- Keçib gedən beyin qan dövranın pozulması
- Paroksizmal və ya davamlı olan qulaqcıqların fibrilyasiyası (atrial fibrilyasiya)
- Xəstələrdən soruşulması vacib olan suallar:
- beyin-damar pozulmasına işarə edən simptomların aşkar edilməsi üçün xəstədə zəiflik, paresteziya, sifət, yuxarı və aşağı ətraflarda hissiyatın itməsi, danışıq bacarığının itməsi, bir gözdə və görmə sahəsinin bir hissəsində görmə qabiliyyətinin itməsi, diplopiya, disartriya, vertiqo, balansın pozulması.
- Anamnezdə varsa və ya fiziki müayinə zamanı ürəyin vurma ritminin pozğunluğu qeyd edilirsə, Atriyal fibrilyasiyanın müəyyən edilməsi və sənədləşdirilməsi üçün EKQ edilməlidir.
- Aterosklerozla bağlı risk faktorları olan, habelə karotid arteriyalarda küyü olan xəstələrdə Karotid arteriyaların dopler ultrasəs müayinəsi edilməli və onların karotid endarterektomiya əməliyyatına yararlı namizəd olub olmadıqları müəyyən edilməlidir.
|
|
İnsultun ilkin profilaktikası üçün müəyyən edilmiş risk faktorların aradan qaldırılmasına yönəlik tədbirlər. |
- Yüksək AQT kontrol edilməlidir.
- Yuxarı riskli, habelə anamnezlərində diabet və ya hipertenziya və ya əvvəl baş vermiş keçib gedən beyin qan dövranın pozulmaları olan xəstələrdə Anqiotenzin fermentin İnhibitorları və ya Anqiotenzin Reseptorların Blokatoru əlavə edilməlidir.
- Siqaretin tərgidilməsi stimullaşdırılmalıdır.
- Diabetli xəstələrdə şəkərin qanda səviyyəsi çox yaxşı kontrol edilməlidir.
- Atriyal fibrilyasiyası olan xəstələrin əksəriyyətində sinus ritminə qayıdış mümkün olmadıqda, varfarin (kumadin) preparatı ilə antikoaqulasiya başlanmalıdır. O cümlədən, aşağıdakı kateqoriyadan olan xəstələrdə:
- Əvvəllər embolizasiyası olmuş yuxarı riskli xəstələr. 75 yaşdan yuxarı qadınlar, 75 yaşdan yuxarı olan və hipertenziyası olan xəstələr, Sistolik AQT >160 olan, durğunluqlu ürək çatışmazlığı və ya sol mədəciyin funksiyasının azaldığı xəstələrdə.
- Orta riskli - diabet və ya hipertenziya ilə olan xəstələr.
- Yaşlı xəstələrdə (65-70 yaşdan yuxarı) BNN (İNR) 1.8-2.5 arası saxlanılmalıdır.
- BNN-in normal səviyyədə saxlamağa çətinlik çəkəcək, BNN-in səviyyəsini monitorinq edə bilməyən, dərmanı qəbul edə bilməyən, habelə qanaxma riski yuxarı olan (məsələn, yıxılma riski yuxarı olanlar, yüksək riskli peşələrin sahibləri, və ya qanaxmaya səbəb olan xəstəliyi olanlara) xəstələrə Varfarin vermək məsləhət deyil.
- Aşağı riskli olan, habelə yuxarı riskli olan lakin antikoaqulyasiyanı rədd edən, və ya BNN-in monitorinq etməkdə çətinlik çəkən və ya qanaxma riski yuxarı olan xəstələrdə Aspirin 50-325 mq PO gündə bir dəfə, klopidroqel 75 mq gündə bir dəfə PO və ya 25 mq Aspirinlə dipiridamol 200 mq gündə 2 dəfə başlanmalıdır.
- Sağlam postmenopauzalı xəstələrdə estroqen və proqestin kombinə preparatının qəbulu dayandırılmalıdır.
- Simptomları olmayan və 45 yaşdan yuxarı olan qadınlarda bir gündən bir tezliklə aşağı dozalı Aspirin preparatı tövsiyyə edilə bilər.
- Karotid arteriyanın >60% stenozu olan, asimptomatik və cərrahi müdaxiləyə əks göstərişi olmayan (məsələn, ağır ürək-ağ ciyər xəstəliyi), yaşı 75-dən aşağı olan və ən azı hələ 5 il yaşayacağı düşünülən xəstələrdə karotid endarterektomiya nəzərdən keçirilməlidir.
|
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.