Reanimasiya və İntensiv terapiya şöbəsində olan Xəstələrin müalicəsi prinsipləri
- Süni tənəffüs aparatı nəticəsində yaranan pnevmoniyanın profilaktikası:
- Yatağın başı 30 dərəcə qaldırılmalıdır
- Ağız boşluğu xlorheksidinlə yuyula bilər
- Endotraxeal borular subqlottik vakumla çəkilməlidir.
- Ekstubasiyadan sonra spirometriya xəstəyə təklif edilməli və tənəffüsün aktivləşdirilməsi və ağ ciyərlərin daha yaxşı açılması üçün aparılmalıdır
- Dərin Venaların trombozunun profilaktikası:
- Erkən ambulasiya yəni xəstənin erkən ayağa durması, yeriməsi və ümumiyyətlə aktivləşməsi
- Dərialtı Heparinin vurulmasına əks göstərişin olmadığını mütləq yoxlamaq lazımdır (məsələn, əvvəl heparinə reaksiya - Heparin nəticəsində Trombositopeniya, və ya neyrocərrahi xəstələrində)
- Aşağı ətraflar üçün Pnevmatik kompressiya edici aparatın qoşulması və ya kompressiya edici corabların xəstə tərəfindən geyilməsi
- Dərialtı heparin 5.000 vahid gündə 2 dəfə və ya
- Dərialtı Lovenoks (Enoksoparin) 40 mq gündə 1 dəfə
- Risk altında olan və heparin və ya lovenoksa əks göstərişi olan xəstələrə Aşağı Boş Venaya filtirin qoyulması nəzərdən keçirilməlidir.
- Diabetli xəstələr, habelə hiperqlikemiyanın profilaktikası üçün dərialtı insulin:
- Reanimasiya xəstələrində şəkərin səviyyəsi 150 mq/dL-dən aşağı saxlanması məqsədə uyğundur.
- Şəkərin səviyyəsini bundan daha aşağı salınması məsləhət görülmür ki, bu hipoqlikemiya epizodların sayını artırır
- Venadaxili insulin davamlı şəkildə xəstəyə verilirsə (məsələn, Diabetik ketoasidozlu və ya Hiperosmolar Qeyri-ketotik sindromu olan xəstələrdə), mütləq şəkildə Dextroza 5%/ Natrium Xlorid və ya Dextroz 5%/Rinqer Laktat məhlulu da yanaşı olaraq xəstəyə verilməlidir.
- Yüksək hərarətin profilaktikası:
- Asetomenofen 650 mq PO və ya Per Rectum q6saat (6 saatdan bir)
- Elektrolitlərin mütamadi yoxlanılması və tələb olunanda bərpası:
- Maqnezium sulfate 2 q venadaxili PRN, əgər qanda Mq <2.0
- KCl 20-40 mEq venadaxili və ya tabletka kimi, əgər K<4.0 (böyrək çatışmazlığı olan xəstələr istisna olmaqla)
- Fosfatın bərpasını PRN yazmaq olmaz, çünki fosfatın verilməsi üçün mütləq Potassium və Sodiumun səviyyəsini də bilmək gərəkdir ki, fosfat aşağı olanda onu ya Sodium Fosfat ya da Potassium Fosfatla bərpa etmək mümkün olsun.
- Arteriya qan təzyiqin müalicəsi:
- Metoprolol 5 mq VD q2hr (hər 2 saatdan bir). Əgər Sistolik QT<90 mmcs və ya Ürəyin döymə tezliyi <60 dəqiqədədirsə, onda metoprololun dozası saxlanmalıdır.
- Labetalol 10 mq VD q30dəq. Əgər Sistolik QT<90 mm cs və ya Ürəyin döymə tezliyi <60 dəqiqədədirsə, onda labetalolun dozası saxlanmalıdır.
- Hidralazin 10-20 mq VD q30dəq. Əgər Sistolik QT<90 mm c.s., onda dozanı saxla.
- Mədə xorasının və stress nəticəsində xoraların reanimasiyon xəstələrdə profilaktikası:
- Lansaprozol 30 mq PO və ya VD gündə 1 dəfə və ya
- Pantaprozol 40 mq PO və ya VD gündə 1 dəfə.
- Enteral qidalanmanın mümkün qədər erkən başlanması bağırsağı selikli gişasının bərpa olunmasına xeyli müsbət təsir edir.
- Cərrahi müdaxilədən əvvəl əks göstərişi olmayan xəstələrə Beta blokatorların (atenolol, metoprolol, karvedilol) istifadəsi
- Ağrıkəsici preparatların verilməsi və ağrının idarə edilməsi:
- Epidural kateterlər
- Fentanil venadaxili damcı ilə: 25-100 mkq/saatda. İntubasiya edilməmiş xəstələrdə istifadə edilməməlidir.
- Morfin Pasiyent tərəfindən İdarə edilən Anesteziya üçün 1 mq hər bir 6-15 dəqiqədən bir istifadə edilir.
- Morfin VD 2-4 mq 4saatdan bir verilə bilər.
- Sedasiya edilmiş xəstələrdə sedasiyanın səviyyəsinin qiymətləndirilməsi:
- Sedasiya səviyyəsi Rayker və ya Ramzi şkalası əsasında ölçülür
- Modifikasiya edilmiş Ramzi şkalası:
- mərhələ 1: həyacanlı, agitasiyalı və ya rahatsız xəstə
- mərhələ 2: əməkdaşlıq edən, ətrafa, şəxsə və vaxta yönəlmiş xəstə. Süni tənəffüs aparatına qoşulmanı qəbul edən xəstə.
- mərhələ 3: yalnız komandalara cavab verir
- mərhələ 4: yüksək səsə və ya alının yüngül tıqqıldadılmasına cəld reaksiya
- mərhələ 5: yüksək səsə və ya alının yüngül tıqqıldadılmasına ləng reaksiya
- mərhələ 6: cavabsız
- Reanimasiyada sedasiya üçün geniş istifadə edilən preparatlar:
- Propofol VD damcı: xəstənin sedasiya səviyyəsi xəstənin mərhələ 3 Ramzi şkalası üzrə sedasiya səviyyəsinə uyğun titrasiya edilir
- Lorazepam 1 mq q6-8saat VD və ya Tabletka şəkilində. Bəzi hallarda davamlı infuziya kimi də istifadə edilə bilər.
- Haloperidol 5 mq İV q6saat tələb olunduqda PRN
- Dexmedetomidin maksimum 24 saat ərzində istifadə edilməlidir.
- Fentanil 25-100 mkq/saat dozasında istifadə edilə bilər
- Reanimasiya xəstələrdinə Multi-orqan çatışmazlığının qiymətləndirilməsi Şkalası:
- Multi-orqan çatışmazlığı Şkalası01234Tənəffüs
PaO2/FIO2 (mm cs)
SaO2/FIO2>400<400221–301<300142–220<20067–141<100<67KoaqulasiyaTrombositlər 103/mm3>150<150<100<50<20Qara ciyərBilirubin (mq/dL)<1.21.2–1.92.0–5.96.0–11.9>12.0Ürək Damar sistemiHipotenziyaHipotenziya yoxdurOrta Arteriya Təzyiq <70Dofamin infusiyası </=5 və yadobutamin (hər hansı dozada)Dofamin >5 və yanorepinefrin</=0.1Dofamin >15 və yanorepinefrin>0.1Mərkəzi Sinir SistemiQlazqo Koma Şkalası1513–1410–126–9<6BöyrəklərKreatinin (mq/dL)və ya sidik ifrazı(mL/gündə)<1.21.2–1.92.0–3.43.5–4.9 or <500>5.0 or <200
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.