Wednesday, January 11, 2012

KUŞİNQ Sindromu: diaqnostika, müalicə və proqnoz (Hissə 1. ardı növbəti sayda)

Kuşinq sindromu qanda dövran edən azad qlukokortikoid hormonun normadan artıq konsentrasiyasına qeyri-müvafiq və uzun müddət ərzində orqanizmə təsiri nəticəsində əmələ gəlir.
  • Kuşinq xəstəliyi
    • Kuşinq sindromunun ən çox rast gəlinən formasıdır
    • Hipofizin adenoması nəticəsində adrenal vəz tərəfindən artıq kortizolun ifrazı nəticəsində yaranır
  • Psevdo-Kuşinq vəziyyəti
    • Kortikotropin ifrazedici hormonun neyronlarının artmış aktivliyi nəticəsində kortizolun artıq ifrazı
    • Bu müxtəlif xəstəlik prosesləri zamanı baş verə bilir:
      • Spirtli içkilərə aludəçilik
      • Nəzarət tam götürülməyən şəkərli diabet
      • Köklük
      • Psixi xəstəliklər, məsələn, depressiya və həyacan

Ümumi baxış:

  • Hiperkortizolizmin təyin edilməsi
    • Kuşinq sindromu diaqnozunu qoymaq üçün bir sıra müxtəlif testing keçirilməsi tələb olunur.
    • Qeyri-düzgün müsbət test nəticələrin mümkünlüyünü minimuma endirmək üçün testlər kəskin xəstəlik olmayan zaman aparılmalıdır
    • Təklikdə və ya kombinasiyada tətbiq edilən testlərə aşağıdakılar aiddir:
      • Sidikdə azad kortizolun səviyyəsi (24 saat ərzində sidikdə azad kortizol)
      • Aşağı dozada (gecə 1mq və ya 48 saata (2mq/24 saatda) deksametazon supressiya testi
      • Gecəyarı qanda kortizolun səviyyəsi
      • Gecə tüpürcəkdə kortizolun səviyyəsi
      • Deksametazon-Kortikotropin ifrazedici hormon testi:
        • Ikinci dərəcəli testdir
        • Adətən psevdo-Kuşinq vəziyyətini Kuşinq xəstəliyindən ayırmaq məqsədilə tətbiq edilir
  • Adrenokortikotropinin qanda səviyyəsi ölçülərək Kuşinq sindromunun AKTH-dan asılı olub olmadığı müəyyən edilir
  • Əgər AKTH-dan asılı olmayan Kuşinq sindromu müəyyən edilirsə, bu zaman Adrenal vəzlərin (böyrəküstü endokrin vəzlər) Kompüter tomoqrafiyası aparılır.
  • Əgər AKTH-dan asılı Kuşinq sindromu müəyyən edilirsə, aşağıdakı alqoritm tətbiq edilir:
    • Pituitar (Hipofiz) adenomanın olub olmadığının müəyyən edilməsi
      • Hipofiz vəzinin görüntüləməsi
      • Kortikotropin ifrazedici hormon testi
      • Yüksək dozalı deksametazon supressiya testi
      • İki tərəfli petrosal sinusdan toxuma nümunəsinin götürülməsi
    • Əgər hipofizin adenoması istisna edilirsə, bu zaman aşağıdakı görüntüləmə metodları ilə ektopik AKTH-ifrazedici şişin lokalizasiyasını təyin etmək üçün tədbirlər görülür:
      • Döş qəfəsi və qarının KT/MRT-si
      • Somatostatin ssintiqrafiyası
  • Kuşinq xəstəliyi (hipofizin adenoması) diaqnozu həkimlər tərəfindən adətən aşağıdakı əlamətlər müşahidə edildikdə qoyulur:
    • Kortikotropin ifrazedici hormone və həmçinin deksametazon supressiya testi zamanı əldə edilən nəticə hipofiz vəzinin xəstəliyinə dəlalət edirsə;
    • Hipofiz vəzinin MRT-si ≥ 6 mm olan şiş göstərirsə.

Endokrinoloqlar cəmiyyətinin tövsiyyələri:

  • Testlərin aparılmasına olan tövsiyyələr:
    • Kuşinq xəstəliyinə işarə edən əlamətlər, xüsusilə də, xəstənin yaş qrupuna normal vəziyyətdə xas olmayan əlamətlər (məsələn, osteoporoz və ya hipertoniya xəstəliyi)
    • Bəzi hallarda naməlum səbəblərdən osteoporozu olan kişilər, həmçinin hipertoniya xəstəliyi ilə yanaşı control edilməsi xeyli çətin olan şəkərli diabeti olan xəstələrdə də Kuşinq sindromuna dair müayinə aparıla bilər
    • Kuşinq sindromuna işarə edən çoxsaylı və proqressiv xüsusiyyətlə
    • Uşaqlarda artan bədən çəkisi fonunda boyun uzunluğunun azalması
    • Adenomaya bənzər böyürəküstü (adrenal) vəzin xəstəliyi
  • Digər xəstə qruplarında testlərin geniş tətbiqi məsləhət görülmür.
  • İlkin test olaraq aşağıdakı testlərdən biri istifadə edilə bilər:
      • Sidikdə azad kortizolun səviyyəsi (24 saat ərzində sidikdə azad kortizol)
      • Aşağı dozada (gecə 1mq və ya 48 saata (2mq/24 saatda) deksametazon supressiya testi
      • Gecə tüpürcəkdə kortizolun səviyyəsi
  • Aşağıdakı testlərdən heç biri Kuşinq sindromunun ilkin diaqnostikası məqsədilə tövsiyyə edilmir:
    • Qanda kortizol və ya AKTH səviyyəsi
    • Sidikdə 17-ketosteroidlər
    • Insulinə tolerantlıq testi
    • Loperamid testi
    • Kuşinq sindromunun mövcudluğu sübuta yetirilənədək onun səbəbini müəyyən etmək tövsiyyə edilmir (yəni, birbaşa hipofiz və ya adrenal vəzin görüntüləməsinin edilməsi)
  • Əhalinin xüsusi qrupları:
    • Hamilə qadınlarda ilkin müayinə üçün sidikdə azad kortizolun 24 saat ərzində təyini (hamilə qadınlarda deksametazon testi istifadə edilməməlidir)
    • Deksametazonun qandan təmizlənməsini sürətləndirən antiepileptik dərmanlar qəbul edən epilepsiyası olan xəstələrdə qanda, tüpürcəkdə, və ya sidikdə  supressiya edilməmiş kortizolun səviyyəsi ölçülür (bu xəstələrdə deksametazon testi tətbiq edilməməlidir).
    • Ağır böyrək çatışmazlığından əziyyət çəkən xəstələrdə Sidikdə Azad Kortizol əvəzinə gecə 1 mq verilməklə aşağı dozada deksametazon supressiya testi istifadə edilir.

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.