Tuesday, January 24, 2012

Ürəyin dayanması zamanı təcili Kardio-Pulmonar Reanimasiya Tədbirləri üzrə Protokol. (yenilənmiş, 2010)

Ümumiləşdirmə:

·  Ürəyin dayanmasını və ya kollaps keçirmiş xəstələrin hamısında kardio-pulmonar (ürək-ağ ciyər) reanimasiya (KPR) tədbirləri təxirə salınmadan başlanmalıdır. KPR aşağıda daha ətraflı təsvir edilib.
·  Xəstələrə, əgər əlçatandırsa, əlavə oksiqen verilməli və xəstə telemetrik monitora/defibrilyatorun monitoruna qosulmalıdır (əgər əlçatandırsa)
·  Defibrilyatorla şok oluna bilən ürək ritmi olduqda, yəni ventrikulyar fibrilyasiya və ventrikulyar taxikardiya (mədəciklərin səyriməsi və  titrəməsi): 
o 1 dəfə defibrilyatorla şok verilir və ardınca dərhal 5 dövrə KPR (KPR aşağıda daha ətraflı təsvir edilib) həyata keçirilir, ardınca ritm yenidən yoxlanılır
o Venadaxili/İntraosseos kateter qoyulubsa (yəni venaya çıxış varsa), bu zaman böyüklərdə aşağıdakı dozalarda preparatlar başlanılır:
§  defibrilyatorun şokundan əvvəl və ya ikinci şokdan sonra 1 mq Adrenalin hər 3-5 dəqiqədən bir (və ya adrenalinin ilk və ya ikinci dozası əvəzində 40 vahid vazopressin) verilir;
§  üçüncü dəfə edilən defibrilyator şokundan əvvəl və ya sonra antiaritmik dərmanlar verilir (amiodaron 300 mq və ya lidokain 1-1.5 mq/kq dozada) və ya əgər torsad-de-puant ritmi varsa maqnezium 1-2 qm venadaxili verilir.
·   Əgər şok oluna biləcək ritm müşahidə edilmirsə (asistoliya və ya nəbzsiz elektrik aktivlik), bu zaman:
o KPR davam etdirilməli və KPR-in hər 5 dövrəsindən bir ritm yenidən yoxlanmalıdır (hər 2 dəqiqədən bir),
o venadaxili/İntraosseos kateter qoyulubsa (yəni venaya çıxış varsa), bu zaman böyüklərdə 1 mq Adrenalin hər 3-5 dəqiqədən bir (və ya adrenalinin ilk və ya ikinci dozası əvəzində 40 vahid vazopressin) verilir;


İlkin yanaşma:

Xəstənin küçədə və ya xəstəxanadan kənar yerdə kollaps olduğunu və ya ürəyin dayanmasını müşahidə etdikdə, ilk öncə yardım çağırmaq və defibrilyator əldə etmək (əgər yaxında varsa), sonradan dərhal kardio-pulmonar reanimasiya tədbirlərinə başlamaq lazımdır.
Əgər defibrilyator yaxında varsa və xəstənin kollapsını müşahidə edən şəxs təkdirsə, bu zaman ilk öncə yardım çağırmaq və defibrilyator əldə etmək daha vacibdir. Əgər xəstənin kollapsını iki və daha çox şəxs müşahidə edirsə, bu zaman bir nəfər yardım çağırmalı və defibrilyator dalınca getməli, o biri isə KPR-a başlamalıdır (KPR aşağıda daha ətraflı təsvir edilib).
·  xəstəyə əgər varsa əlavə oksiqen verilməlidir
·  aşağıda təsvir edilən protokol üzrə tədbirlər görülməlidir:
o monitor və ya defibrilyator xəstəyə qoşulmalıdır
o xəstənin ürəyinin ritmi öyrənilməlidir:
o şok oluna bilməyən ritmlərə isə asistoliya və nəbzsiz elektrik aktivlik aiddir:
§  əgər elektrik aktivlik varsa, nəbz yoxlanmalıdır
§  əgər nəbz varsa, reanimasion tədbirlərdən sonrakı qayğı protokolu işə salınmalıdır.

Şok edilə bilən ritmlər
·  KPR həyata keçirilməlidir.
·  1 dəfə şok verilməlidir: 
o Əllə idarə olunan iki-fazalı cihazlarda - təklif olunan spesifik enerjidən istifadə edilir (adətən 120-200 C (coul)). Cihazın istehsalçısı tərəfindən təklif olunan enerji miqdarı məlum deyilsə, əksər hallarda 200 Coul istifadə edilir.
o Avtomatlaşdırılmış xarici defibrilyator - cihazın özü avtomatik lazım olunan enerji ilə şok verir
o Təkfazalı cihazlarda isə 360 Coul istifadə edilir.
·  KPR dərhal şokdan sonra yenidən davam etdirilməlidir
·  KPR 5 dövr edilməlidir (təxminən 2 dəqiqə) (aşağıda daha ətraflı təsvir edilib)
·  Ritm təhlil edilməlidir - əgər asistoliya və ya nəbzsiz elektrik aktivlik müşahidə edilirsə, bu zaman şok edilə bilməyən ritmdə olduğu kimi müalicə tədbirləri aparılmalıdır;
·  Defibrilyator şoku endirmək üçün enerji yığana qədər KPR davam etdirilməlidir;
·  1 dəfə şok verilməlidir:
o Əllə idarə olunan iki-fazalı cihazlarda - təklif olunan spesifik enerjidən istifadə edilir (adətən 120-200 C (coul)). Cihazın istehsalçısı tərəfindən təklif olunan enerji miqdarı məlum deyilsə, əksər hallarda 200 Coul istifadə edilir.
o Avtomatlaşdırılmış xarici defibrilyator - cihazın özü avtomatik lazım olunan enerji ilə şok verir
o Təkfazalı cihazlarda isə 360 Coul istifadə edilir.
·  Ardınca dərhal KPR davam etdirilməlidir.
·  Əgər venadaxili və ya intraosseos çıxış əldə edilibsə, KPR zamanı (şokdan əvvəl və ya sonra vazopressor (böyüklər üçün nəzərdə tutulan dozada) verilməlidir;
o Adrenalin 1 mq. Bu hər 3-5 dəqiqədən bir təkrarlana bilər.
o Tək dozada 40 vahid vasopressin adrenalinin ilk və ya ikinci dozası əvəzində verilə bilər. epinephrine 1 mg, repeat every 3-5 minutes
·  5 dövrə KPR aparılmalıdır
·  Ritm təhlil edilməlidir - əgər asistoliya və ya nəbzsiz elektrik aktivlik müşahidə edilirsə, bu zaman şok edilə bilməyən ritmdə olduğu kimi müalicə tədbirləri aparılmalıdır;
·  Defibrilyator şoku endirmək üçün enerji yığana qədər KPR davam etdirilməlidir;
·  1 dəfə şok verilməlidir:
o Əllə idarə olunan iki-fazalı cihazlarda - təklif olunan spesifik enerjidən istifadə edilir (adətən 120-200 C (coul)). Cihazın istehsalçısı tərəfindən təklif olunan enerji miqdarı məlum deyilsə, əksər hallarda 200 Coul istifadə edilir.
o Avtomatlaşdırılmış xarici defibrilyator - cihazın özü avtomatik lazım olunan enerji ilə şok verir
o Təkfazalı cihazlarda isə 360 Coul istifadə edilir.
·  Ardınca dərhal KPR davam etdirilməlidir.
·  Anti-aritmik preparatlar (böyüklər üçün olan dozada) KPR zamanı (şokdan əvvəl və ya sonar) verilə bilər:
o amiodaron 300 mq VD/intraosseos bir dəfə, sonradan isə əlavə olaraq 150 mq VD/intraosseos verilə bilər bir dəfə.
o əgər amiodaron əlçatan deyilsə, ilkin olaraq 1-1.5 mq/kq venadaxili/intraosseos lidokain verilir. Sonra isə maksimal cəmi doza 3 mq/kq olmaq şərtilə, hər 5-10 dəqiqədən bir 0.5-0.75 mq/kq venadaxili/intraosseos verilə bilər.
·  Torsade de points ritmi müşahidə edildikdə 1-2 qm maqnezium venadaxili/intraosseos verilə bilər.
·  Adətən tələb olunmur, lakin əgər hiperkalemiya, hipokalsemiya və ya kalsium kanallarının blokatorları nəticəsində toksikliyə şübhə varsa, 2-4 ml/dəqiqə sürətilə 5-20 ml 10% kalsium qlukonat vurulur.
·  5 dövrə KPR aparılmalıdır
·  Ritm təhlil edilməlidir - əgər asistoliya və ya nəbzsiz elektrik aktivlik müşahidə edilirsə, bu zaman şok edilə bilməyən ritmdə olduğu kimi müalicə tədbirləri aparılmalıdır;
·  Əgər ritm şok oluna biləndirsə, yuxarıda təsvir edilən addımlar davam etdirilir – yəni KPR, defibrilyatorla şok və adrenalin

Şok oluna bilməyən ritm
·  şok oluna bilməyən ritmlərə isə asistoliya və nəbzsiz elektrik aktivlik aiddir
·  KPR 5 dövriyyə davam etdirilməlidir
·  venadaxili/İntraosseos kateter qoyulubsa (yəni venaya çıxış varsa), bu zaman böyüklərdə 
    • 1 mq Adrenalin hər 3-5 dəqiqədən bir vurulur,
    • və ya adrenalinin ilk və ya ikinci dozası əvəzində bir dəfə 40 vahid vazopressin verilir;
·  KPR 5 dövriyyə davam etdirilir
·  Ürəyin ritmi təhlil edilir - əgər mədəciklərin fibrilyasiya və ya taxikardiyası müşahidə edilirsə - bu zaman “şok oluna bilən ritmə” dair protokola müraciət edilir və defibrilyator şoku yuxarıda təsvir edilən addımlara əsasən tətbiq edilir.
·  Əgər yenə də şok oluna bilməyən ritm müşahidə edilirsə, burada təsvir edilən “şok oluna bilməyən ritm” əsasında tədbirlər seriyası davam etdirilir.

Kardio-Pulmonar Reanimasiya (Ürək-Ağ ciyər reanimasiya tədbirləri) protokolu
·  Ilk öncə xəstədə aşağıdakı əlamətlər qiymətləndirilməlidir:
    • Huşu
    • Nəfəs alıb almaması və ya qeyri-normal nəfəsalmanın mövcudluğu
·  Yardım çağrılmalı və defibrilyatorun əldə edilməsi üçün tədbirlər görülməlidir
·  Xəstənin nəbzi yoxlanmalıdır və bu proses 10 saniyədən artıq vaxt aparmamalıdır
·  Ilk öncə döş qəfəsi üzərində kompressiyalar (döş qəfəsinin iki əllə aşağıya sıxılması) başlanmalı, sonra isə tənəffüs yollarının vəziyyəti qiymətləndirilməli və tələb olunursa tənəffüsün bərpa edilməsi üçün tədbirlər görülməlidir (o cümlədən, ağız boşluğunun təmizlənməsi, əlavə oksiqenin verilməsi, ağızdan-ağıza və ya ağızdan-buruna nəfəs verilməsi təmin edilməlidir. 
    • Döş qəfəsinin sıxılması ilə ürəyin xarici masajı məqsədilə kompressiyalar güclü və tezliyi dəqiqədə 100 olmalı,
    • Hər bir kompressiyadan sonra döş qəfəsinin normal vəziyyətə qayıtması üçün imkan verilməli və növbəti kompressiya başlamalıdır
    • Hər bir kompressiya ən azı 5 sm dərinliyinədək olmalıdır, yəni döş qəfəsi 5 sm dərinliyinə basılmalıdır
    • Döş qəfəsinin kompressiyaları zamanı fasilələr minimuma endirilməli və tələb olunduqda <10 saniyədən az müddətə olmalıdır.
·  KPR-in 1 dövriyyəsi 30 kompressiya, sonra ise 2 nəfəsvermədən ibarətdir
·  KPR-in 5 dövriyyəsi təxminən 2 dəqiqə davam edir.
·  Nəfəsin verilməsi zamanı ağızdan-ağıza və ya ağızdan-buruna və ya Ambu ilə hava 1 saniyə ərzində verilməlidir.
·  Tələb olunandan artıq ventilyasiyadan çəkinmək lazımdır
·  Əgər əlçatandırsa və ya mümkündürsə, daha mütərəqqi tənəffüs yolu (intubasiya, larinqeal maska, orofarinqeal tənəffüs yolu, ağız boşluğu (oral) vasitəsilə tənəffüs yolu və s.) təmin edilməlidir.
·  Əgər endotraxeal boru qoyulubsa, kapnoqrafiya (verilən tənəffüs zamanı CO2-nun yoxlanması) ilə borunun düzgün qoyulması təsdiq və monitorinq edilməli və KPR-in keyfiyyətini yaxşılaşdırmaq məqsədilə arteriyal dammar vasitəsilə qan təzyiqinə nəzarət təmin edilməlidir.
·  Daha mütərəqqi tənəffüs yolu təmin edildikdə, ilk tibbi yardım göstərən komanda döş qəfəsi üzərində kompressiyaları nəfəsvermə üçün fasilə vermədən davam etdirməlidir. Bu zaman hər dəqiqədə 8-10 nəfəs verilməli, ürəyin ritmi hər 2 dəqiqədən bir yoxlanmalıdır.
·  Döş qəfəsi üzərində kompressiyanı həyata keçirən şəxslər hər 2 dəqiqədən bir dəyişdirilməlidir ki, əzələlərin yorğunluğu nəticəsində kompressiyaların keyifiyyəti (ən azı dəqiqədə 100 dəfə və 5 sm dərinliyinə) pisləşməsin.
·  KPR zamanı xəstənin ürəyinin dayanmasına səbəb olan amillərin müəyyən edilməsi üçün tədbirlər görülməli və aşağıdakılar müəyyən edildikdə mütləq müalicə edilməlidir:
o hipovolemiya
o hipoksiya
o hidroqen ionları (asidoz)
o hipokalemiya və ya hiperkalemiya
o hipoqlikemiya
o hipotermiya
o toksinlər
o ürəyin tamponadası
o klapanlı və ya gərginli pnevmotoraks
o tromboz (koronar və ya ağ ciyər arteriyaların)


Daha mütərəqqi tənəffüs yolları

Şəkil 1. Larinqeal maska ilə intubasiya və xəstənin tənəffüs yollarının ventilyasiyası













Şəkil 2.












Şəkil 3. Endotraxeal intubasiya 
























No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.