Saturday, February 4, 2012

Neyrokardioqen bayılma (sinkop).


Neyrokardioqenik bayılmaya işarə edən tipik anamnezə diqqət yetirilməlidir. 
  • Aşağıdakılara dair suallar verməklə, anamnez əldə edilməlidir:
    • Bayılma hadisələlərinin təsviri zamanı huşun qısa müddətə itiriməsi və ya bayılmanın uzun müddətli ayaq üstə durma ilə əlaqəsi və ya yüksək adrenerqik stimul yaradan vəziyyətlərlə əlaqəsinə dair məlumat əldə edilməlidir.
    • Bayılma zamanı baş gicəllənməsi, ürək bulanması, istilik, tərləmə və ya görmənin bulanlıq olması kimi simptomların baş verməsi
    • Təkrar bayılma (sinkop) hadisələrinin indiyədək baş verməsi
    • Xəstə tərəfindən qan təzyiqini aşağı salan damar genişləndirici və ya diuretik və ya nitrat preparatlarının istifadəsi
Neyrokardioqen bayılma ilə daxil olan bütün xəstələrdə tam fiziki müayinə aparılmalıdır. Nəzərdə saxlanılmalıdır ki, bayılmanı törədə bilən digər səbəblərin müəyyən edilməsi, xəstədə neyrokardioqen bayılmanın olmasını istisna etmir. 
  • Neyrokardioqenik bayılmanın əsas səbəblərini müəyyən etmək məqsədilə fiziki müayinin daha çox ürək damar və nevroloji komponentlərinə diqqət yetirilməlidir. 
  • Bayılma ilə daxil olan bütün xəstələrdə, hətta ürəyin struktur xəstəliyi olan xəstələrdə belə, neyrokardioqen səbəb nəzərdən keçirilməlidir. 
Səbəbi məlum olmayan bayılmanın araşdırılması və ya neyro-kardioqenik bayılmanın kliniki diaqnostikası üçün Əyilmiş Masa (tilt testi) Testinin aparılması nəzərdən keçirilir. 
- Tilt  testi.  Sizin uzanmış vəziyyətdən ayaqüstü vəziyyətə keçirərkən xəstənin ürəyindəki impulsların ötürülməsini və “ürəyin sinir sisteminin” impulsları necə idarə etməsini yoxlayır.
Tilt testi bayılmanın səbəblərini araşdırmaq üçün keçirilir. Bayılmanın müxtəlif səbəbləri ola bilər. Bəzi insanlarda bayılma sinir sisteminin fəaliyyəti zamanı mühüm rol oynayan reflekslərin qeyri-normal fəaliyyəti nəticəsində ürək döyüntülərinin zəifləməsi, qan damarların genişlənməsi və/və ya nəticədə qan təzyiqinin aşağı düşməsi ilə əlaqədardır. Bunun nəticəsində baş beyinə qan axını zəifləyir və bayılma baş verir. Bu cür bayılmalara vazo-vaqal bayılmalar deyilir. Tilt testi məhz vazo-vaqal bayılmanın diaqnostikası üçün istifadə edilir. 
  • Tilt-testi aşağıdakı hallarda istifadə edilir:
    • yüksək riskli xəstələrdə bir dəfə baş vermiş bayılma epizodu və ya təkrarlanan bayılmaların müayinəsində. 
    • Bayılmanın səbəbləri bəlli olan (məsələn, asistoliya, atrioventrikulyat blok), lakin sinir sistemi tərəfindən bayılmanın baş verməsinə olan təsirinin öyrənilməsinin müalicə ilə bağlı planın hazırlanmasına təsir edəcəyi hallarda. 
    • Fiziki gərginlik və ya fiziki fəaliyyətlə əlaqəli olan bayılmanın müayinəsi üçün.
  • Nəzərə almaq lazımdır ki, neyrokardioqen bayılmanın yüksək dərəcədə ehtimal olunan xəstədə passiv tilt testi mənfi nəticə verdiyi halda, həmin test farmakoloji preparatın (venadaxili izoproterenol və ya dilaltı nitroqliserin) verilməsilə bir daha təkrarlanmalıdır. 
  • Tilt-masa testi yalnız o zaman müsbət hesab edilir ki, test nəticəsində xəstənin şikayət etdiyi tipik simptomlar müşahidə edilir və ya aşağıda üç hemodinamilk pozulmalardan bir baş vermiş olur:
    • Qarışıq vazovaqal bayılma (növ I) zamanı AQT kəskin şəkildə azalması və ürək döyüntülərinin sayının azalması baş verir. 
    • Kardioinhibisiyaya gətirən vazovaqal bayılma zamanı əhəmiyyətli dərəcədə bradikardiya (10 saniyəyə yaxın davam edən yəni ürək döyüntülərinin sayının <40 aşağı düşməsi və ya 3 saniyədən çox davam edən asistola) baş verir və ya bundan dərhal sonra (növ İ) və ya eyni zamanda (növ İİ) AQT-nin azalması baş verir.
    • Vazodepressiya nəticəsində bayılma (növ İİİ) bradikardiyasız müşahidə edilən hipotenziya ilə müşahidə edilir.
  • Tilt testi zamanı xəstələrdə aşağıdakı reaksiyalar baş verə bilər:
    • Veqetativ sinir sisteminin pozulmasına dəlalət edən tədricən  və proqressiv şəkildə qan təzyiqinin düşməsi və əlaqəli şəkildə ürəyin vurma tezliyinin azacıq artması.
    • Postural Ortostatik taxikardiya sindromu adətən qan təzyiqinin düşməsi ilə əlaqəli olan erkən və davamlı şəkildə ürəyin vurma tezliyinin artmasıdır. 
Neyrokardioqenik bayılması olan xəstələrdə səbəb kimi aritmiyanın istisna edilməsi üçün EKQ monitorinq nəzərdən keçirilməlidir.  
  • Təhrikedici hadisə olmadan baş verən və neyrokardioqenik bayılmaya işarə edən simptomlar olduğu halda, EKQ monitorinqin uzun müddət ərzində aparılması vacib olduğu üçün daha çox eksternal və ya implantasiya edilən “aritmiya hadisəsinin davamlı-ilmə çəkəni (loop recorder)” istifadə edilir. Bu cür ilmə çəkən aparatlar uzun müddət ərzində xəstə tərəfindən daşına bilər və aritmiya hadisəsi baş verdikdə dərhal işə düşərək onu öz yaddaşına yazır və qeyd edir. Geniş yayılmış Holter monitorinqin isə bu cür hadisələr zamanı faydası çox azdır, çünki Holter monitorinq zamanı EKQ cəmisi 24 saat ərzində yazılır. Aritmiyalar isə bir çox xəstələrdə həftədə, ayda və ya ildə cəmisi bir neçə dəfə baş verə bilər. 
  • Səbəbi qeyri-müəyyən olan və ya aydın olmayan bayılma hallarında EKQ monitorinqin aparılması nəzərdən keçirilməlidir. 
Bayılmanın digər daha ciddi səbəblərini araşdırmaq məqsədilə əlavə testlərin həyata keçirilməsi nəzərdə tutula bilər.  
Lakin bu zaman aparılmış fiziki müayinə və anamnez əlavə testlərin aparılmasına olan ehtiyacı əsaslandırmalı və lazım olan testin seçilməsinə yardım etməlidir.

Neyrokardioqenik bayılmanın diferensial diaqnozu
Xəstəlik
Xüsusiyyətlər
Qeydlər
Karotid sinusun hiperhəssaslığı
Karotid sinusun sıxılması nəticəsində baş verən bayılma (məsələn, boğazı sıxan köynək, başın cəld yana çevrilməsi)
Baş verməsi baxımından fizioloji reaksiyanın oxşarlığına görə neyrokardioqen bayılma ilə əlaqəsi ola bilər. Anamnez vasitəsilə adətən diaqnostika mümkündür. Karotid masaj (həkim nəzarəti altında) diaqnozu təsdiq etmiş olur. 

Vəziyyətdən asılı (situasion) bayılma

Müvafiq fəaliyyətlərdən asılı olaraq baş verir (məsələn, sidiyə getmə,öskürək, udma, böyük bayıra getmə (defekasiya))

Neyrokardioqen bayılmada olduğu kimi, situasion bayılma zamanı da mexanoreseptorların (məsələn, sidik kisəsi, bağırsaq, öskürək) tez aktivasiyası nəticəsində oxşar reaksiya baş verə bilər.  Anamnez vasitəsilə adətən diaqnostika mümkündür.

Psixi pozuntu (məsələn, həyacan, depressiya, konversiya mexanizmi əsasında psixi pozuntu)

Bir çox digər simptomlarla yanaşı baş verən təkrarlanan bayılmalar 

Psixi pozuntular zamanı bayılmaların baş verməsi araşdırmalarla təsdiq edilmişdir. Bu xəstələrdə bayılma epizodları daha tez-tez təkrar olunur. Baş gicəllənməsi, huşundan getmənin baş verməsindən əvvəl hiss etmə və s. əlamətlər daha çox psixi xəstəlikləri olan xəstələrdə və həmçinin gənc və qadın xəstələrdə baş verir. 

Ortostatik hipotenziya

Ayaqa durduqda bayılma baş verir

Hipovolemiya, farmakoloji preparatlar və ya veqetativ sinir sisteminin pozuntuları (idiopatik hipotenziya və ya Şay-Draqen sindromu) nəticəsində baş verə bilər. 

Beyin damar xəstəliyi

Nevroloji simptomlar və əlamətlərlə müşahidə edilə bilər

Görüntüləmə metodları (KT, MRT) və ya nevropatoloqun müayinəsi nəzərdən keçirilməlidir. Yuxu arteriyalarının Dopler müayinəsinin faydası aydın deyildir, çünki ön beyin qan dövranın işemiyası çox nadir hallarda sinkopenin səbəbi kimi çıxış edir. 

Miqren

Baş ağrıları tez-tez olan xəstələrdə baş verir.

Anamnez vasitəsilə adətən diaqnostika mümkündür.
Nevropatoloqun müayinəsi tövsiyyə edilməlidir. 

Qıcolma 

Adətən epilepsiya diaqnozu olan xəstələrdə baş verir və baş verdiyi zaman şahidlər tərəfindən qıcolmaya dair əlamətlərin olduğu söylənilir. 

Qıcolmaya işarə edən fiziki müayinə və müşahidə edilmiş tapıntılara aşağıdakılar aiddir: göyərmiş sifət, ağızdan köpüyün gəlməsi, dilin dişlənməsi, dizoriyentasiya, qıcolmadan sonra baş verən əzələ ağrısı, yuxululuq, yaşın 45-dən aşağı olması. Diaforez (tərləmə) və ya ürək bulanmanın epizoddan əvvəl baş verməsi, epizoddan sonra huşun tam yerində olması və yaşın 4-dən yuxarı olması qıcolma diaqnozuna qarşı olan tapıntılardı. EEQ və ya nevroptaoloqun konsultasiyası nəzərdən keçirilə bilər. 

Sol mədəciyin obstruksiyası

İdman və ya fiziki hərəkətlə əlaqəli ola bilər, döş qəfəsində ağrı ola bilər və ya durğunlu ürək çatışmazlığı əlamətləri ilə müşahidə edilə bilər.

EXOKQ və ya fiziki müayinə ilə diaqnostika oluna bilər. Can be diagnosed by physical exam or echocardiogram. Specific causes include outflow (e.g., aortic stenosis, hypertrophic cardiomyopathy, mitral stenosis, myxoma) or right ventricular outflow (e.g., pulmonic stenosis, pulmonary embolism, pulmonary hypertension)

Mİ və ya işemiya

Adətən döş qəfəsində ağrı ilə əlaqəlidir.

Anamnez, EKQ və kardiopanel testləri ilə diaqnostika oluna bilər. Təcili müalicə tədbirləri tələb edir.

Perikardın tamponadası

Bədxassəli şiş və ya perikarditi olan xəstələrdə müşahidə edilir. 

Hipotenziya və paradoksal nəbzlə əlaqəlidir. Təcili müalicə tədbirləri tələb edir.

Bradiaritmiya

Bayılmaya yaxın simptomlar (keçici) və ya ürəyin vurma həcmi aşağı düşməsi (davam edən) ilə əlaqəlidir

EKQ, ambulator müşahidə və elektrofizioloji müayinə (EFM) ilə diaqnostika oluna bilər. Buraya sinoatrial və atrioventrikulyar düyünlərin disfunksiyası aiddir. Bu cür hallar həm də dərmanlar (β-blokatorlar, kalsium-kanallarının blokatorları, antiaritmik preparatlar) tərəfindən də törədilə bilər. 

Taxiaritmiya

Palpitasiyalarla əlaqəlidir. Bayılma törədən mədəciklərin aritmiyaları adətən ürəyin orqanik (struktur) patologiyası ilə əlaqəli olur və ya ailədə qəfl ürək səbəbindən ölüm halları olan şəxslərdə baş verir (uzun QT sindromy, Bruqada sindromu) 

Ambulator monitorinq və ya elektrofizioloji tədqiqat nəticəsində aritmiyanın baş verməsini təsdiq etmək və səbəbini müəyyən etmək olur. Torzad de puant adətən anadan gəlmə və ya qazanılmış (məsələn, bəzi dərmanların qəbulu nəticəsind) uzun QT sindromu olan xəstələrdə baş verir.

Peysmekerin disfunksiyası

Daim peysmeykeri olan xəstələrdə baş verir. 

Peysmeykerin fəaliyyətini yoxlamaqla müəyyən edilə bilər. 


Bayılmanın səbəbi bəlli olmayanda və ya həyata təhlükə törədə bilən ürək və nevroloji pozuntular səbəbindən ciddi xəstəlik və ölüm halları riski istisna etmək üçün, xəstənin hospitalizasiya edilməsi nəzərdən keçirilməlidir.  
  • Fiziki müayinə, EKQ və ya anamnez bayılmanın ürək və ya nevroloji səbəblərdən baş verdiyinə işarə edirsə. 
  • Həmçinin, aşağıdakı hallarda hospitalizasiya nəzərdən keçirilir:
    • Xəstə ahıldır (yaşı 70-dən yuxarı olduqda) 
    • Bayılma tez-tez baş verir və ya fiziki gərginliklə əlaqədardı
    • Travma baş verirsə 
    • Fiziki müayinədə orta və ciddi səviyyədə ortostatik hipotenziyanın olduğu müəyyən edilirsə.

Nevroloji səbəblərdən baş vermiş bayılma amanı xəstənin ağızla qəbul etdiyi maye və sodium xloridin (NaCl) həcmini artırılması nəzərdən keçirilməlidir.
  • Gün ərzində qəbul edilən mayenin həcmi təxminən 3.5-4.0 L-dək artırılmalıdır. 
  • Qida ilə qəbul edilən duzun miqdarı artırılmalıdır; əgər bu mümkün deyilsə, onda günə 120 mmol həcmində NaCl məhlulu venadaxili verilə bilər. 
  • Hipertenziyanın baş verməsi riski olan xəstələrdə qan təzyiqi mütamadi olaraq ölçülməlidir. 


Neyrokardioqen bayılması olan xəstələrdə kompression corabların tətbiqi nəzərdən keçirilə bilər. 
  • Kompression corablar (dizədək və ya buda qədər) adətən əlavə maye və duzun qəbuluna baxmayaraq bayılmanın tez-tez baş verdiyi xəstələrdən nəzərdən keçirilir. 

Nəzərdə saxlamaq lazımdır ki, neyrokardioqen bayılması olan seçilmiş xəstələrdə daimi peysmeykerin qoyulması faydası ziddiyətlidir.  
  • Koservatik terapiyaya cavabsız olan və refraktor (təkrarlanan) neyrokardioqen bayılma və müsbət tilt-masası testi olan xəstələrdə peysmeykerin qoyulması nəzərdən keçirilə bilər. 

Neyrokardioqen bayılmanın müalicəsi zamanı birincili preparatlara aşağıdakılar aiddir. 
    • Beta blokatorlar
      • Atenolol, 25-100 mq, gündə 1 dəfə və ya 
      • Metoprolol, 50-400 mq, gündə bölünmüş eyni dozada
      • Propanolol, 40-320 mq, gündə 1 dəfə
    • Fludrokortizon 0.1-0.4 mq, gündə 1 dəfə
    • Midodrin (α-adrenerqik reseptorlarının aqonisti): oyaq olan saatlarda 10 mq hər 4 saatdan bir (böyrək çatışmazlığı olan xəstələrdə doza 2.5 mq gündə 3 dəfə olmalıdır).

Neyrokardioqen bayılmanın müalicəsi zamanı ikincili preparatlara aşağıdakılar aiddir. 
    • serotoninin intraneyronal udulmasının seçici inhibitorları ikinci xətt dərmanlar kimi istifadə edilir. Paroksetin 20 mq gündə 1 dəfə (böyrək çatışmazlığı olan xəstələrdə doza gündə 10 mq dozaya endirilir). 
    • enalapril: 5 mq gündə 2 dəfə (böyrək çatışmazlığı zamanı doza gündə 2.5 mq endirilir).  
Bəzi xəstələrdə aşağıdakı preparlardan istifadə oluna bilər
    • Dizopiramid 200 mq, po, qid (böyrək çatışmazlığı olduqda doza gündə 400 mq olmalıdır).
    • Skopolamin 0.5 mq, transdermal plastır kimi hər 3 gündən bir yapışdırılır. 
    • Teofillin gündə 6-12 mq/kq dozada iki dəfə eyni bölünmüş dozalarda hər 6-8 saatdan bir qəbul edilir
    • Klonidin 0.1-0.3 mq gündə 2 dəfə.
Əgər bir dərman preparatı ilə müalicə nəticə vermirsə, kombinasiyadan istifadə edilə bilər: 
  • β-adrenerqik reseptorların antaqonisti ilə fludrokortizon kombinasiyada tez-tez istifadə edilir.

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.