Qadınlarda Papa Nikolayın yaxması nə zaman və nə üçün aparılmalıdır
ABŞ-ın aparıcı kliniki təşkilatları Uşaqlıq Boynu Xərçənginin erkən diaqnostikası ilə bağlı təlimatlara mühüm dəyişikliklər etmişdir. Bu dəyişikliklər xüsusilə yetkinlik yaşına çatmışlar, yeniyetmələr, yaşlı qadınlar və uşaqlıqları rezeksiya edilmiş (histerektomiya) qadınlarda aparılan profilaktik və dövrü müayinələrin keçirilməsinə təsir edəcəkdir.
Bu günə mövcud olan müasir təlimatlara əsasən Papa Nikolayın yaxmasına dair aşağıdakılara riayət edilməlidir:
- Yoxlamanın (ilkin müayinənin) başlanması. Qaydalar görə Papa Nikolayın yaxması ilə uşaqlıq boynundan götürülmüş toxuma nümunələrinin sitoloji təhlili ilə birlikdə ilk dəfə yoxlanış cinsi əlaqənin başladığı andan 3 il ərzində və ya 21 yaşında aparılmalıdır.
- Yoxlanışların intervalı və dövrülüyü. İlkin yoxlanışdan sonra qadınlar 30 yaşınadək hər il yoxlamadan keçirilməlidir. Əgər son 2-3 il ərzində dalbadal alınmış cavablar normal olarsa və xəstənin digər risk faktorları yoxdursa, bu zaman sonrakı yoxlamalar hər 2-3 ildən bir aparıla bilər.
- Histerektomiya (uşaqlığı rezeksiya edilmiş pasiyentlər) olunmuş xəstələrdə. Uşaqlığın rezeksiyası zamanı uşaqlıq boynu da kəsilərək götürülmüş qadınlarda Papa Nikolayın yaxmasının və ümumiyyətlə həmin qadınların dövrü yoxlanışına ehtiyac yoxdur. Yalnız histerektomiyadan sonra uşaqlıq boynu qalan xəstələrdə (1% qadınlarda) Pap Nikolayın yaxması vasitəsilə yoxlamalar davam etdirilməlidir.
- Dövrü yoxlanışların (müayinələrin) dayandırılması. Əvvəllər mütamadi olaraq yoxlamadan keçən, habelə son 3 dövrü yaxmanın neqativ nəticələr verdiyi və 65-70 yaşdan yuxarı olan qadınlarda profilaktik yoxlamalara ehtiyac yoxdur. Lakin. 65 yaşdan yuxarı olan və uşaqlıq boynu xərçənginin yaranması riski yuxarı olan (məsələn, HİV/AİDS xəstələri, immun sistemin pozğunluqları) və ya əvvəllər yuxarı-səviyyəli hiperplaziyası olmuş qadınlarda dövrü Papa Nikolayın yaxması davam etdirilməlidir.
- Yeni texnologiyalar. Hal-hazırda Papa Nikolayın yaxması testinin 2 növü mövcuddur: maye-əsaslı və ənənəvi Papa Nikolayın yaxması. Amerikan Xərçəng Cəmiyyəti 2 testdən hər hansının istifadəsinə üstünlük vermir. Düzdür, maye-əsaslı Papa Nikolayın yaxmasının həssaslığı daha yüksək olsa da belə, hal-hazırda bu yeni texnologiyanın istifadəsinə üstünlüyün verilməsi üçün heç bir sübut yoxdur. Araşdırmalar göstərir ki, maye-əsaslı test daha çox doğru olmayan nəticələr verir.
- İnsanın (Human) Papilloma Virusuna müayinə (İPV). Uşaqlıq boynun xərçənginə dair profilaktik müayinə məqsədilə HPV DNT-nin (insanın papilloma virusu) yoxlanılmasının ilkin müayinə metodu kimi istifadəsi məsləhət görülmür.
Beləliklə, Azərbaycan əhalisi üçün tövsiyyələr bu cür olmalıdır:
- Hər bir qadın cinsi əlaqəyə başladığı tarixdən 3 il ərzində və ya 21 yaşı tama olduqda ilk dəfə Papa Nikolayın Yaxması testi üçün həkimə müraciət etməlidir.
- Sonrakı 2-3 il dalbadal aparılan illik yaxmalar neqativ olarsa və digər risk faktorları mövcud olmazsa, həkimin göstərişi ilə Papa Nikolayın yaxmaları 2-3 ildən bir keçirilə bilər.
- Papa Nikolayın yaxması nəticəsində əgər hiperplaziya və ya digər şübhəli dəyişikliklər aşkar edilərsə, həkimin göstərişi ilə həmin nəticələrin sitoloji analizindən asılı olaraq xüsusi instrumental diaqnostik testlər tətbiq edilə bilər.
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.