Qonorreyanın müalicəsində dəyişikliklər:
ABŞ-ın Xəstəliklər üzərində Nəzarət Mərkəzi (CDC) qonorreyanın müalicəsi, müşahidəsinə dair tövsiyyələrini yenilədi.
Sefalosporinlər qonorreyanın müalicəsi üçün birincili preparatlar hesab edilir. Lakin Avropa və Asiyada N.Qonorreyanın sefalosporinlərə həssaslığı aşağı düşmüş və müalicəsində uğursuzluqlar artmışdır. CDC tərəfindən aparılan tədqiqat ABŞ-da da qonorreyanın sefalosporinlərə, o cümlədən, cefixime və ceftriaxona, rezistentliyi artmaqdadır.
Bunları nəzərə alaraq, aşağıdakı tövsiyyələr verilib:
- Ağırlaşmaları olmayan Qonorreyanın müalicəsi üçün 250 mq ceftriaxon ə/d (əzələ daxili) vahid dozada və 1 qm Azithromycin PO tabletka vahid dozada hələ də efektiv sayılır.
- Cefixime qəbul edən və müalicənin uğursuzluğu qeyd edilən xəstələr isə 250 mq Ceftriaxon ə/d və 2 qm Azithromycin PO tabletka qəbul etməlidir.
- Yuxarıdakı müalicələrə baxmayaraq simptomlar davam edərsə, və ceftriaxonla müalicə uğursuz sayılarsa, bu zaman əkmə və ya Nukleik Turşusunun Amplifikasiyası Testi keçirilir.
"CDC-nin məlumatına görə, Cefalosporinlərə rezistentlik gec-tez geniş müşahidə ediləcək. Lakin, yuxarıda qeyd edilmiş tədbirlərin aparılması həmin rezistentliyin yaranması vaxtını gecikdirə bilər."
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.