Sunday, August 28, 2011

Vitamin D çatışmazlığı və profilaktik Vitamin D qəbulu


Vitamin D çatışmazlığı və profilaktik Vitamin D qəbulu

Vitamin D çatışmazlığının müalicəsi və profilaktikası üçün təlimatlara əsasən Vitamin D2 və ya D3 preparatları istifadə edilir. Vitamin D çatışmazlığı diaqnozu qoyulmuş böyüklərdə Vitamin D2 və ya D3 həftədə 1 dəfə 50.000 Beynəlxalq Vahid (BV) dozasında 8 həftə ərzində və ya gündə 6.000 BV dozasında qəbul edilir ki, 25(OH)D səviyyəsi >30 nq/mL olsun. Vitamin 25(OH)D-nin səviyyəsi >30 nq/ml çatdıqda xəstə davalı olaraq 1.500-2.000 BV gündəlik doza qəbul etməlidir. 

Xeyli kök olan, habelə malabsorbsiya (gidanın zəif sovrulması) sindromundan əziyyət çəkən və ya Vitamin D-nin metabolizminə təsir edən preparatlar qəbul edən xəstələr daha yüksək doza qəbul etməlidir: ən azı 6,000-10,000 BV gündə, sonra isə 3,000-6,000 BV gündə. 

70 yaşa qədər olan böyüklər ən azı gündə 600 BV dozasında Vitamin D qəbul etməlidir. 70 yaşdan yuxarı olan böyüklər isə ən azı gündə 800 BV dozasında Vitamin D qəbul etməlidir. Lakin, 25(OH)D-nin səviyyəsini >30 nq/ml saxlamaq üçün Vitamin D-nin gündəlik dozası 1,500-2,000 BV ola bilər. 

Təlimatlara əsasən, anti-epileptik, qlyukokortikoid (steroidlər), göbələk əleyhinə və AİDS-ə qarşı dərmanlar qəbul edən xəstələr isə Vitamin D-ni daha yüksək dozada qəbul etməlidir. Ümumiyyətlə, sağlam şəxslərdə Vitamin D-nin qəbulu üçün maksimum doza 4.000 BV təşkil edir. Düzdür, tələb olunduqda və həkimin nəzarəti altında Vitamin D çatışmazlığının korreksiyası üçün bu gündəlik dozanın miqdarı artırıla da bilər. 

Təlimat barəsində daha dolğun məlumat Kliniki Endokrionologiya və Metabolizm Jurnalının İyul 2011-ci il buraxılışından əldə edilə bilər. 

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.