Sunday, August 28, 2011

Ürək xəstəliyindən əziyyət çəkən xəstələrin müalicəsi üçün Əsas Hədəf olan risk fatorlar


Amerika Kardioloqlar Assosiasiyası Koronar Ürək Xəstəliyi üzrə əsas faktorları və onların aradan qaldırılması üçün tələb olunan addımları yeniləyib: 
Arteriyal Qan Təzyiqin nəzarətdə saxlanması. AQT 140/90 mm cs yuxarı olan bütün xəstələrə təzyiqi aşağı salmaq üçün 2 anti-hipertenziv dərmanlar verilməlidir. 
Xolesterola nəzarət. LDL-in səviyyəsini idman və diyetanın modifikasiyası vasitəsilə aşağı salınmasına nail ola bilməyən xəstələrə Statin preparatı verilməlidir ki, LDL Xolesterolun səviyyəsi <100 mq/dL aşağı olsun.
Simptomların və fiziki gərginlik/hərəkətliliyin qiymətləndirilməsi. Fiziki gərginlik zamanı xəstələrdə ürək - stenokardiya - ağrılarının olub olmamasını nəzarətdə saxlamaq.
Siqarət istifadəsi, monitorinq, tərgitmə və müdaxilə. Siqarəti tərgitmək üçün xəstələrə məsləhət vermək və yardım etmək.
Anti-trombositar terapiya. Aspirin və ya Klopidroqel xəstələrə verilməlidir.
Beta-blokator terapiyası. Əvvəl miokardın infarktını keçirmiş və ya Sol Mədəciyin Vurma Fraksiyası (EF%) <40% olan bütün xəstələrə beta blokatorlar yazılmalıdır. 
ACE inhibitorlar/ARB terapiyası. Diabeti olan və ya Sol Mədəciyin Vurma Fraksiyası (EF%) <40% olan bütün xəstələrə Anqiotenzin fermentinin İnhibitorları və ya Anqiotenzin Reseptorları Blokatorları yazılmalıdır. 
Ürək xəstələrinin fiziki reabilitasiyasına göndəriş. Kəskin Mİ, aorto-koronar şuntlama əməliyyatı, stentləşmə, ürək klapanları üzərində cərrahiyə və ya ürək transplantasiyası keçirmiş bütün xəstələr erkən fiziki terapiyaya göndəriş almalıdır. 
Yeni təlimata görə, ürək xəstələrində hədəf AQT <140/90 mm cs olmalıdır və bu hədəfə çatmayan bütün xəstələrə 2 anti-hipertenziv dərman verilməlidir. 

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.