Sunday, August 28, 2011

İnfeksiyon xəstəliklər: kliniki məsələ #1

İnfeksiyon xəstəliklər: Kliniki Məsələ #1

21 yaşlı inşaat universitetinin yataqxanasında qalan universitet tələbəsi dekabr ayında həkimə gələrək 12 saatdır ki, davam edən myalqiya, yüksək hərarət, baş ağrısı və səpgidən şikayətlənir. Hərarəti 38.8 °C, AQT 90/45 mm cs, nəbzi 112/dəqiqədə, və Tənəffüsün tezliyi 24/dəqiqədədir. Petexial səpgi tələbənin əsasən aşağı ətraflarında müşahidə edilir. Boyunun passiv hərəkətliyi diskomfort yaradır. Laborator müayinələrin nəticələri belədir: 

Leykositlər10,500/µL (80% polimorflar (PMNs) və 20% bandemiya
Trombositlər105,000/µL (105 × 109/L)


Kreatinin2.5 mq/dL (221 µmol/L)
Bicarbonate15 meq/L (15 mmol/L)

Lumbar punksiya zamanı açılma təzyiqi 300 mm H2O olub. Serebrospinal mayede leykositlərin sayı 1250/µL (1250 × 106/L) və 95% PMN hüceyrələr aşkar edilib. Zülal 100 mq/dL (1000 mq/L) aşkar edilib. Qram yaxması heç bir mikroorqanizm aşkar etməyib, lakin çoxsaylı PMN hüceyrələr aşkar edib. 
Ən uyğun diaqnoz hansıdır? 
A) Listeria monocytogenes tərəfindən törədilən meninqit
B) Neisseria meningitidis tərəfindən törədilən meninqit
C) Virus meninqiti






No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.