Friday, September 2, 2011

Daxili Xəstəliklər: Sual #1. Mammoqrafiyaya göstərişlər


29 yaşlı xanım iki tərəfli süd vəzilərinin ağrısından şikayətlənir. Bu ağrılar 6 aya yaxındır ki, davam edir. Ağrı diffuzdur, və yuxarı ətraflara və qoltuq altına radiasiya edir. Ağrı adətən menstrual dövrün sonuna yaxın başlayır və ya daha da pisləşir. Xanım döş giləsindən hər hansı bir axının olmadığını, habelə lokallaşmış ağrının olmadığını və heç bir törəmə hiss etmədiyini qeyd edir. Ailəsi və özünün tibbi anamnezində hər hansı əlamətdar xəstəliklər yoxdur. Allergiyası yoxdur və heç bir dərman preparatları qəbul etmir. Xəstə bu günədək mammoqram etməyib. 
Fiziki müayinə zamanı həyati göstəriciləri normaldır. Xanım bir qədər kökdür və Bədənin Kütlə İndeksi 30-dur. Süd vəziləri bir qədər ağrılıdır hər iki tərəfdə. Döş vəzlərində törəmə və ya düyünlər qeyd edilmir, dəri dəyişiklikləri və gilədən axma yoxdur və limfoadenopatiya da yoxdur. 

Xəstəyə onun ağrılarının çox guman ki, süd vəzinin xərçənginə görə olmadığı barədə məlumat verildikdən sonra, növbəti tədbir hansı olmalıdır?

A. İki tərəfli mammoqrafiya
B. Süd vəzisinin ultrasəs müayinəsi
C. Danazol
D. Tamoksifen
E. Süd vəzilərini yaxşı saxlayan lifçik 

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.