Qeyri-alkoqollu (yəni spirtli içkilərin qəbulu ilə əlaqəsi olmayan) Qara Ciyərin piylənməsi (Steatozu).
Profilaktika: Qara ciyərin qeyri-alkoqollu piylənməsi xəstəliyini törədən amillərin, xüsusilə də, metabolik sindrom və köklüyün (artıq bədən çəkisi), aradan qaldırılması üçün tədbirlər görülməlidir.
- Xəstələrə çəkinin azaldılması, pəhriz, idman və fiziki hərəkət məsləhət edilməlidir.
- Diabeti və ya ac qarına qanda şəkəri qeyri-normal olan xəstələr, abdominal (qarın nayihəsinin) köklük, dislipidemiya (yüksək xolesterol, triqliseridlər və LDL) və yüksək arteriyal qan təzyiqi olan xəstələrdə profilaktik tədbirlər daha ciddi şəkildə tövsiyyə edilməlidir.
Diaqnostik müayinələr:
Qeyri-alkoqollu qara ciyər piylənməsi xəstəliyinin kliniki müayinəsi zamanı bunları öyrənmək lazımdır:
- Halsızlıq və tez yorulma
- Sağ yuxarı qarın nayihəsində diskomfort və ya doluluq hissi
- Köklük, xüsusilə də, abdominal köklük
- Diabet və ya ac qarına qanda şəkərin qeyri-normal səviyyəsi
- Dislipidemiya
- Yüksək AQT
- Çəki artımı dinamikasının qeyri-normal olması
- Polisistik Yumurtalıqlar Sindromu
- Hipotalamus-Hipofiz oxunun disfunksiyası
- Lipodistrofiya
- Dərman preparatlarından istifadə:
- Steroidlər
- Tamoksifen
- Amiodaron
- Valproik turşusu
- Ailədə aşağıdakı xəstəliklərin mövcudluğu:
- qara ciyər xəstəliyi
- Diabet
- köklük
- Lipid metabolizmin pozulması
- Aşağıdakı xəstələri istisna etmək gərəkdir:
- gündəlik 1 istəkandan artıq spirtli içki içən qadın və ya 2 istəkandan (butılka və ya bardak) artıq spirtli içki içən kişilər
- Çox miqdarda spirtli içkilərdən istifadəyə işarə edən kliniki əlamətlər:
- Xəstə və ya onun qohumları ilə söhbət zamanı spirtli içkilərə aludəçilik və ya gündəlik müxtəlif növ alkoqollu içkilərdən istifadəyə dair məlumatın əldə edilməsi
- Alkoqolla bağlı hüquqi müstəvidə olan problemlər və ya alqokolun təsiri altında baş vermiş zədələrə dair məlumat və ya ailə daxili və ya iş yerində içkili olduğu üçün və ya spirtli içkilərdən istifadəyə görə problemlər
- Alkoqol səbəbindən pankreatitin anamnezdə olması
Fiziki müayinə: Aşağıdakı simptomlara diqqət yetirmək lazımdır:
- köklük, xüsusilə də, abdominal nayihənin köklüyü
- Hepatomeqaliya
- Dorso-servikal lipohipertrofiya
- Hipertrixoz
- Qara ciyərin sirrozu ilə əlaqədar tapıntılar
Laborator analizlər:
Kliniki müayinəyə əlavə olaraq aşağıdakı laborator analizlər aparılmalıdır:
- Qanda AST, ALT, ALP
- Ac qarına qanda şəkər
- Mövcud olan qara ciyər xəstəliyinin mərhələsinin öyrənilməsi üçün testlər: albumin, trombositlərin miqdarı, PT/İNR, bilirubin
Qara ciyər panelinə daxil olan testlərin qeyri-normal olduqları zaman digər mümkün xəstəliklərin istisna edilməsi üçün aşağıdakı testlər edilə bilər:
- Viruslu hepatitə dair seroloji müayinə
- Qanda dəmirin miqdarı, ferritin, transferrin
- α1-Antitripsinin səviyyəsi
- Ümumi zulal
- ANA, anti-mitoxondrial anticismlər (AMA), ASMA
- Serruloplazminin gənc xəstələrdə səviyyəsi
Aşağıdakı diaqnostik görüntüləmə müayinələri aparıla bilər: |
- USM, KT və ya MRT vasitəsilə steatozun əlamətlərini müəyyən etmək olar
- Qara ciyər fibrozunu müayinə etmək üçün Fibroskandan istifadə etmək olar
- Spirtli içkilərin qəbulu ilə əlaqəsi olmayan Qara ciyər piylənməsi xəstəliyindən əziyyət çəkən şəxslərdə qara ciyər fibrozunun səviyyəsinin müəyyən edilməsində qeyri-invaziv diaqnostika metodlarının imkanları məhduddur.
Aşağıdakı kliniki parametrlərin aşkar edildiyi xəstələrdə qara ciyər fibrozunun olması ehtimalı çoxdur:
- Diabet
- Yuxar yaş qrupu
- İnsulinə rezistentliyin artması
- Yüksək AST/ALT nisbəti
- Trombositlərin sayının azalması
- Artmış hiyaluronik turşusu
- Bədənin Çəki İndeksinin >30 kq/kv.m
Xəstədə qeyri-alkoqollu steatohepatit və ya fibrozun mövcudluğuna işarə edən əlamətlər aşkar edilirsə, bu zaman qara ciyər biopsiyasının aparılması nəzərdən keçirilməlidir.
- Əgər xəstədə ALT>40 BV/L və aşağıdakı kliniki parametrlərdən bir və daha çox mövcuddursa, qara ciyər biopsiyasının aparılması nəzərdən keçirilməlidir:
- Hiperqlikemiya (ac qarına şəkərin qanda miqdarı >110 mq/dL) və ya artıq diaqnostika edilmiş 2-ci tip diabet xəstəliyi
- Köklük (Bədənin çəki indeksi>30 kq/m2 və Asiyalılarda 25 kq/m2)
- 45 yaşdan yuxarı yaş qrupu
- Hipertoniya xəstəliyi
- AST/ALT nisbəyi >1
- Trombositlərin sayı < 230.000/µL
- Albuminin miqdarının aşağı olması
Kök olan xəstələrdə aşağıdakı dərmansız müalicə tədbirləri tətbiq edilməlidir:
- İlkin mərhələdə hazırki çəkinin 10% azalmasını hədəfə almaq
- Hər ay çəkinin 0.5-1 kq azalmasına çalışmaq
- Həftədə ən azı 5 gün ərzində gündə 30-60 dəqiqəlik idman və ya fiziki hərəkət etmək
- Nəzərdə saxlamaq lazımdır ki, çox qısa müddət ərzində çəkinin birdən-birə azalması steatozun (qara ciyər piylənməsinin) pisləşməsinə gətirib çıxara bilər. Buna görə 0 kalori pəhriz məsləhət görülmür.
2-ci növ diabeti və yanaşı qeyri-alkoqollu qara ciyər piylənməsi xəstəliyi olan şəxslərdə insulinə bədən toxumalarının həssaslığını artıran preparatlar istifadə edilir.
- Məsələn, pioqlitazon/roziqlitazon və/və ya metformin geniş istifadə edilir.
Aşağıdakı preparatlar hələ ki, kliniki təcrübələrdən tam şəkildə keçməyib. Ona görə onların istifadəsi zamanı ehtiyyatlı olmaq və həkimin nəzarəti altında istifadəsi məsləhət görülür.
- Vitamin E (400 mq/günə)
- Pentoksifillin
- Probukol
- Atorvastatin
- Probiotiklər
- Orlistat
- Rimonabant
- Losartan
- Omeqa-3 uzun-zəncirli təmizlənmiş yağ turşuları
|
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.