Tuesday, September 20, 2011

Hipertoniya xəstəliyi. Hipertonik böhran: müalicə, diaqnostika və profilaktika

Hipertoniya xəstəliyi. Hipertonik böhran: müalicə, diaqnostika və profilaktika

Fiziki Müayinə: 
  • İlk öncə xəstənin AQT-ni ölçmək və Sistolik və Diastolik AQT müəyyən etmək vacibdir. 
  • Böyüklərdə Arteriyal Hipertoniya xəstəliyinin mərhələsini xüsusi klassifikasiyaya əsasən təyin etmək vacibdir. 
  • 18 yaşdan aşağı olan xəstələrdə isə AQT mərhələsi uşaq və yeniyetmələr üçün hazırlanmış xüsusi cədvələ əsasən təyin edirlər. 
  • Xəstədə əlavə ürək damar xəstəliyi risk faktorları olduqda onlar müəyyən edilməlidir. 
Laborator müayinələr: 
Hipertoniyası (yuxarı AQT) olan xəstələrdə aşağıdakı laborator analizlər aparılır: 

  • Hematokrit
  • Qanda şəkər, kreatinin, elektrolitlər
  • Sidiyin analizi
  • Lipid profili (ümumi, LDL, HDL xolesterol və triqliseridlər)


Yüksək AQT-nin təcili təxirəsalınmaz müdaxilə tələb etdiyini müəyyən etmək vacibdir. 
  • AQT-i təkrar olaraq bir neçə dəfə ölçülməli, habelə hər hansı orqan çatışmazlığı və zədələnməsi yoxlanılmalıdır. 
  • Qan təziyiqi aşağı salan arenteral (Vena daxili) preparatların verilməsi və orqanların zədələnməsinin qarşısının alınması məqsədilə hipertonik böhranı olan xəstələr hospitalizasiya edilməlidir. Xüsusilə də, aşağıdakı xəstələrin hospitalizasiyası məqsədə müvafiqdir:  
    • Koronar arteriyaların xəstəliyi olan və cressendo (yəni tədricən artan) stenokardiyası olanlar
    • Təngənəfəsliklə səciyyələnən Ürək çatışmazlığı
    • Böyrəklərin funksiyalarının qəfldən pisləşməsi
    • Baş ağrısı, bulanlı görmə, və huşun artan keyləşməsi və xəstənin dizoriyentasiyası
    • Əvvəllər baş vermiş hipertenziya nəticəsində orqanların zədələnməsi
    • Yaxınlarda aparılmış damar cərrahiyəsi
    • Orqanların transplantasiyası əməliyyatına uğramış xəstələr
    • Aortanın məlum olan anevrizması və ya kürəkdə cırıcı ağrı hissi
  • Əvvəl normal AQT olmuş uşaqda hipertonik böhran yaşlı insanla müqayisədə AQT-nin daha az artması zamanı baş verir. AQT yüksək olan uşağın hospitalizasiyası üçün kliniki müşahidə və təcrübəyə arxalanmaq lazımdır.  
  • Əvvəl normal və ya aşğı AQT olmuş hamilə qadınlarda hipertonik böhran yaşlı insanla müqayisədə AQT-nin daha az artması zamanı baş verir. AQT yüksək olan hamilə qadınların hospitalizasiyası üçün kliniki müşahidə və təcrübəyə arxalanmaq lazımdır. 
  • Hipertonik böhran diaqnozunun qoyulmasından əvvəl AQT ən azı bir neçə dəfə ölçülməlidir. 

AQT-nin davamlı monitorinqinin aparılması mümkün olduğu hallarda, Diastolik QT>140 mm c.s. olan və daxili orqanların proqressiz zədələnməsi əlamətləri müşahidə edilən xəstələrdə parenteral (venadaxili) preparatların tətbiqi məsləhətdir. 

    • Əhəmiyyətli dərəcədə yüksək olan AQT və artmış kəllədaxili təzyiq
    • Artan azotemiya
    • Koronar arteriyaların işemiyası
    • Sol mədəciyin kəskin çatışmazlığı
    • Eklampsiya
    • Şübhə altında olan aortal disseksiya
    • Katexolaminlərin (adrenal, noradrenalin) artıq miqdarda ifrazı

Doğru hipertenziv böhranı psevdoböhrandan fərqləndirmək vacibdir. 
  • Simptomların olmadığı və ya hədəf orqanların proqressiv zədələnməsi əlamətləri mövcud olmadıqda xeyli yüksək olan AQT-nin ( (>180/110 mm c.s. - 220/120 mm c.s.) aşağı salınması üçün parenteral (venadaxili) və ya dilaltı verilən dərman preparatlarından istifadə məsləhət deyil.
  • Aşağıdakı müalicə tədbirlərindən istifadə tövsiyyə edilir:
    • ağız boşluğuna qəbul edilən və tez təsir edən aşağıdakı preparatlar istifadə etmək məsləhətdir: furosemid, propranolol, kaptopril, klonidin və ya nikardipin. 
    • AQT 180/110 mm c.s.-dan aşağı düşdüyün andan etibarən uzun müddətli təsir malik olan dərman preparatları verilməli və AQT mütamadi olaraq ilk 48 saat ərzində ölçülməlidir. 
    • Bütün hallarda dilaltı nifedipindən istifadə edilməməlidir. 

Ağırlaşmamış hipertonik xəstəliyin ilkin müalicəsi üçün diuretik, β-blokator və ya Anqiotenzin çevirici fermentin inhibitorları istifadə edilir. 
  • Aşağıdakı qrup xəstələr üçün həmin dərman preparatları aşağıdakı hallarda başlanmalıdır:
    • Hipertonik xəstəliyin 1-ci mərhələsindən (Sistolik AQT 140-159 mm c.s. və ya Diastolik AQT 90-99 mm c.s.) əziyyət çəkən və pəhriz və həyat tərzinin modifikasiyasının müsbət dəyişiklik vermədiyi xəstələrdə. 
    • Hipertonik xəstəliyin 2-ci mərhələsindən (Sistolik AQT >160 mm c.s. və ya Diastolik AQT>100 mm c.s.) əziyyət çəkən
    • Hədəf orqanların zədələnməsi və ya diabeti olan xəstlərdə Sistolik AQT >129 mm c.s. və/və ya Diastolik AQT >84 mm c.s. olduqda
  • Yaşı 80-dan yuxarı olan və Sistolik AQT >150 mm c.s.-dan artıq olan xəstələrdə dərman preparatlarından istifadə etməklə farmakoloji terapiya başlanmalıdır.

Hipertenziyanın (hipertonik xəstəliyin) 2-ci mərhələsindən əziyyət çəkən xəstələrdə bir neçə dərman preparatlarının kombinasiyası ilə müalicəni aparmaq olar. 
  • Hipertonik xəstəliyin 2-ci mərhələsindən əziyyət çəkən xəstələrdə müalicəni tiazid qrupundan olan diuretikin ya Anqiotenzin Çevirici Fermentin inhibitoru ilə, ya da Anqiotenzin reseptorun blokatoru, β-blokator ya da kalsium kanallarının blokatorları ilə kombinə edilmiş preparatı ilə aparırlar.
  • Əgər yuxarıda verilən kombinə edilmiş preparatın istifadəsi istənilən efekti vermədisə, bu zaman həmin preparatlar ayrılıqda müvafiq dozalarda istifadə edilə bilər.


Hipertonik xəstəliklə yanaşı digər xəstəliyi olan pasiyentlərdə anti-hipertenziv müalicə həmin yanaşı xəstəliklər nəzərə alınmaqla aparılmalıdır. 
  • Aşağıda verilmiş xəstəliklər zamanı müvafiq anti-hipertenziv preparatların istifadəsi zəruridir:
    • Şəkərli diabeti olan xəstələrdə AÇF-in İnhibitorları (lizinopril, kaptopril, ramipril, enalapril və s.).
    • Ürək çatışmazlığı olan xəstələrdə AÇF-in İnhibitorları, diuretiklər, β-blokatorlar, və aldosteron antaqonistləri.
    • Yalnız Sistolik hipertenziyası olan yaşlı xəstələrdə isə diuretiklər və ya uzunmüddətli təsirə malik kalsium kanallarının antaqonistləri.
    • Miokardın infarktı keçirmiş xəstələrdə β-Blokatorlar və Angiotenzin çevirici fermentin inhibitorları.
    • Böyrək çatışmazlığı və, xüsusilə də, proteinuriyası olan xəstələrdə angiotenzin çevirici fermentin inhibitorlarları istifadə edilir.
  • Sol mədəciyin hipertrofiyası olan yaşlı xəstələrdə AÇF-in inhibitorlarının istifadə edilməsi tövsiyyə edilir.
  • Müvafiq yanaşı xəstəliklərdən asılı olaraq antihipertenziv terapiyanın hədəfləri müxtəlif olmalıdır. Məsələn,:
    • Ağırlaşmamış hipertoniya xəstəliyi: <140/90 mm c.s.
    • Diabet və ya Xroniki Böyrək Çatışmazlığı: 130/80 mm c.s.
    • Proteinuriya >1 g/24 h: 125/75 mm c.s.
    • Ürəyin işemik xəstəliyi (koronar arteriyaların xəstəliyi): 130/80 mm c.s.
    • Sol mədəciyin disfunksiyası: 120/80 mm c.s.





No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.