Tuesday, September 20, 2011

Viruslu Meninqit (aseptik meninqit): diaqnostika, müalicə və proqnoz


Viruslu Meninqit (aseptik meninqit)



Profilaktika.

Virusa yoluxman ehtimalı olan xəstələr mütləq şəkildə əllərini yumalıdır ki, aseptik meninqitin törədicisi olan virusların transmissiyasının qarşısını almış olsunlar. 
Ağcaqanadlara qarşı dərmanlar istifadə etmək də məsləhət görülür. Ağcaqanadların bəzi növləri meninqoensefalitin törədicisi olan Qərbi Nil Virusunu (West Nile virusu) ötürür. 
Yüksək riski olan xəstələrə Pnevmokok, Hemofilus influyezna və Meninqokokka qarşı vaksinlərin verilməsi nəzərdən keçirilə bilər. 


Vaksinasiya:
12 aydan yuxarı olan uşaqlarla, habelə 1957-ci ildə sonra doğulan bütün şəxslərə, tibbi əks göstəriş yoxdursa, MMR vaksini, yəni rubella, parotid və qızılcaya qarşı vaksin vurulmalıdır. 


Kliniki müayinə:
Virusa yoluxma ehtimalı çox olan, habelə müvafiq kliniki simptomları olan xəstələrdə aseptik və ya viruslu meninqit diaqnozu nəzərdən keçirilməlidir. Xəstədən aşağıdakılar soruşulmalıdır:
  • Yaşı
  • Yüksək və gün ərzində dəyişən hərarət 
  • Baş ağrısı, əsasən alın nayihəsində
  • Fotofobiya
  • Boyun əzələlərinin bərkiməsi
  • Huşun dəyişməsi
  • Qusma
  • Əvvəllər aldığı vaksinasiyalar
  • Qıcolmalar
  • Səpgi
  • Konyuktivit
  • Yuxarı tənəffüs yollarının infeksiyaları
  • Ağrıdıcı ağız boşluxu xoraları
  • Döş qəfəsində ağrı (sinə ağrısı)
  • Diareya (ishal) 
  • Aqammoqlobulinemiya
  • Son 12 ay ərzində səfərləri
  • günərzi mərkəzlərə gedən və ya yaxınlarda xəstə olmuş uşaqlarla kontakt
  • Ağcaqanad tərəfindən dişlənilmə




Fiziki müayinə:
Fiziki müayinə zamanı aşağıdakılara diqqət yetirilməlidir: 


  • hərarət 
  • boyun əzələlərinin riqidliyi (bərkiməsi) 
  • Brudzinski əlaməti
  • Kerniq əlaməti
  • Ensefalitin əlamətləri, məsələn, əzələ zəifliyi və huşun dəyişməsi.

Lumbar punksiya və ya onurğa sütunundan onurğa beyin mayesinin götürülməsi:
  • Onurğa beyin mayesini əldə etmək üçün lumbar punksiya edilir. Onurğa beyin mayesində aşağıdakıların təyin edilməsi vacibdir: 
    • Zülal, şəkər, və ümumi hüceyrə sayının analizi
    • Qram yaxması və baktrerioloji əkmə
    • Əgər Qram yaxması və bakterioloji əkmə neqativ olarsa və hüceyrə sayının analizi viruslu meninqitə işarə edirsə, bu zaman enterovirus və Herpeks Simpleks Virusunun (HSV) təyin edilməsi üçün PZR (polimeraz zəncirvari reaksiyası) aparılır. 
  • Lumbar punksiya edilməmişdən öncə aşağıdakı qrup xəstələrdə KT edilir.  
    • immunkompromis vəziyyəti
    • Mərkəzi Sinir Sisteminin anamnezdə olması
    • Yeni qıcolmalar
    • Papilloedema
    • Huşun səviyyəsinin dəyişdiriməsi
    • Fokal nevroloji əlamətlər.  
  • KT-na yönləndirilən xəstələrdə KT-nin cavabını gözləmədən antibiotik terapiyası başlanmalıdır, çünki tədqiqatlar gözləmənin neqativ nəticələr verdiyini sübuta yetirib.    
Aseptik viruslu meninqitin diaqnozunu təsdiq etməkdə yardımçı ola biləcək digər testlər aparmaq tövsiyyə edilir. 
  • Qanın ümumi analizi
  • Qanda elektrolitlərin səviyyəsi
  • Qanın əkilməsi
Viruslu meninqit diaqnoz kimi nəzərdən keçiriləndə, daha geniş diferensial diaqnostikanın aparılması tövsiyyə edilir. 
Tədricən bir neçə gün ərzində artan hərarətlə olan xəstələrdə kəskin meninqitə oxşaq kliniki xüsusiyyətlər aşkar edildikdə, aşağıdakı faktorlar nəzərə alınmalıdır: 
  • Xəstənin yaşı
  • Komorbidlik (yanaşı xəstəliklər) 
  • Digər simptomlar
  • Digər xəstə insanlarla kontaktda olma və edilmiş yaxın-uzaq səfərlər
  • Onurğa beyin mayesinin analizi
  • Viruslu meninqitin diferensial diaqnostikasında aşağıdakı laborator testlər nəzərdən keçirilə bilər: 
    • Aşağıdakı patoqenlər tərəfindən törədilən viruslu meninqit: 
      • Qeyri-polio enterovirusu  (exovirus və koksakivirus)
      • Parotit virusu 
      • Arboviruslar (Qərbi Nil virusu, Qərbi və Şərqi ekvin virusları, s.)
      • Herpes virusu (HSV-2, Varisella Zoster Virusu, Sitomeqalovirus, Ebşteyn Bar Virusu, HHV-6)
      • Limfositik xoriomeninqit virusu
      • HİV
    • Bakteriyal meninqitin törədiciləri: 
      • S.pnevmoniya
      • H.influyenza 
      • N.meninqitis
      • Listeriya monositoqenes
      • Nocardia 
      • Borelliya burqdorferi
    • Digər infeksiyon sindromlar: 
      • Beyin absesi
      • Epidural abses
      • Mastoidit
      • Subdural abses
    • Qeyri-infeksiyon etiologiyalı xəstəliklər: 
      • Mərkəzi Sinir Sisteminin lupus xəstəliyi
      • Sarkodioz
      • Behçet xəstəliyi
      • Cərrahi əməliyyatdan sonra yaranan meninqit
      • Miqren sindromu
      • Dərmanlar 
      • Baş xassələ şiş xəstəliyi

Kəskin meninqitə işarə edən simptomlara gələn bütün xəstələr empirik antibiotik terapiyası, diaqnostik müayinə və mümkün ağırlaşmaların müalicəsi üçün hospitalizasiya edilməlidir. 
  • Empirik antibiotik terapiya gözləmədən başlanmalıdır. 
  • Radioloji müayinələr və lumbar punksiya aparılmalıdır
  • Qıcolmalara dair monitorinq aparılmalı və baş verdikdə müalicəsi getməlidir
  • Maye və elektrolit dizbalansı korreksiya edilməlidir.
  • Ehtiyac yarandıqda, müvafiq xəstələrdə mexaniki süni tənəffüs vermə aparatı da qoşula bilər

Müalicə: 
  • Bakteriyal meninqitə şübhə olduqda, xəstələrə erkən adyuvant kortikosteroid preparatları verilməlidir. Bakteriyal meninqit şübhəli bilinən bütün yetkinlik yaşına çatmış xəstələrə Deksametazon ilk antibiotik dozasından 15-20 dəqiqə əvvəl verilir. 
  • Antibiotiklər artıq almış xəstələrə kortikosteroid preparatları verilməməlidir. 
  • Onurğa beyin mayesinin analizindən bakteriyal meninqit neqativ çıxdıqda, kortikosteroidlərin verilməsi dayandırılmalıdır. 
  • Herpes virusu (HSV) nəticəsində meninqit nəzərdən keçirilirsə, ona asiklovir verilməlidir. Asiklovir bu halda HSV tərəfindən törədilən ensefalitin müalicəsi üçün 10-15 mq/kq dozada hər 8 saatdan bir 14-21 gün ərzində verilir. Onurğa beyin mayesində HSV neqativ çıxdıqda, asiklovir ya verilmir, ya da verilibsə dayandırılır. 
  • Qıcolma əleyhinə preparatlar yalnız qıcolmaları olan xəstələrdə istifadə edilməlidir. Profilaktik olaraq bu preparatların verilməsi tövsiyyə edilmir. 
  • Bakteriyal meninqitin müalicəsində erkən anti-bakteriyal antibiotiklərin istifadəsi nəticəsində meninqitdən ölüm halları 15%-dən də aşağı endirilib. Lakin, daha yaşlı xəstələrdə (ahıllarda) ölüm riski daha çoxdur.  

Xüsusi qeydlər: 
  • Qıcolmalar venadaxili anti-konvulsantlarla (qıcolma əleyhinə preparatlar) müalicə edilir, məsələn, lorazepam. fenitoin, midazolam və ya baribituratlar (fenobarbital). Huşunu itirmiş viruslu ensefaliti olan xəstələr qeyri-konvalsiv (yəni tonik-klonik əzələ sıxılmaları olmadan) status epileptikusda ola bilər, buna görədə şübhə olduqda EEQ edilməli və subklinik qıcolmalar aşkar edilməli və monitorinq edilməlidir. 
  • Kəskin ensefalit zamanı Beyinin ödemi baş verdiyi halda mannitolun infuziyası (1 q/kq ilkin dozada, sonra isə 0.25-0.5 q/kq dozada hər 6 saatdan bir), deksametazon venadaxili və ya intubasiya edilərək xəstənin mülayim hiperventilyasiyası vasitəsilə pCO2-nun 28-30 mm c.s. səviyyəsində saxlamağa çalışmaq lazımdır. Artmış kəllədaxili təzyiqin ölçülməsi və monitorinqi üçün "kəllədaxili təzyiqin parenximadaxili monitorinqi" üçün transdyuser istifadə edilməlidir. 
  • Xəstələrdə ağrı üçün analqetik dərmanlar, ürək bulanma üçün isə anti-emetik preparatlar istifadə edilməlidir. 








No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.