Tuesday, October 11, 2011

Neyrosifilis: profilaktika, diaqnostika və müalicə. Hissə 1.


Neyrosifilis: profilaktika, diaqnostika və müalicə. Hissə 1. (ardı növbəti məqalədə)

Profilaktika
- Xəstəni müayinə etdikdə detallı anamnez əldə edilməlidir. Xəstədən hazırki və keçmiş cinsi əlaqələri barədə soruşmaq və təhlükəsiz cinsi əlaqəyə dair maarifləndirmə aparmaq gərəkdir.
- Gec neyrosifilisin yaranmasını önləmək üçün mərhələsindən asılı olmayaraq sifilisi olan bütün xəstələrə efektiv antibiotiklər verilməlidir. Həmin antibiotiklərin seçimində onların MSS-ə keçmə bacarığı önə çəkilməlidir.

Anamenzin əldə edilməsi zamanı diqqəti cəlb etməli məqamlar.
  • Xəstədən neçə cinsi tərəfdaşı olduğu, habelə əvvəllər cinsi yolla keçən xəstəliklərə, o cümlədən, HİV/AİDS-ə yoluxması barədə soruşmaq lazımdır.  
  • Cinsi yolla keçən xəstəliklərin qarşısını almaq üçün riskin azaldılmasına yardım edən strategiyalar barədə xəstələri maarifləndirmək zəruridir. Burada aşağıdakılar vurğulanmalıdır:  
    • Monoqam münasibətlər (yəni bir nəfərli cinsi ünsiyyətdə olmaq) 
    • Prezervativlərdən mütamadi istifadə
    • Narkotik və digər qeyri-qanuni psixotrop maddələrdən istifadədən çəkinmək
    • Profilaktik antibiotikləri istifadəsi. 

Sifilisin mərhələsindən asılı olmayaraq gec sifilisin önlənməsi üçün bütün xəstələrdə efektiv antibiotik terapiyası aparılır.
  • Penisillin G 18-24 mln vahid gündə aşağıdakı metodla verilir: 
    • 3-4 mln vahid VD hər 4 saatdan bir 10-14 gün ərzində verilir və ya 
    • 24 mln vahid davamlı VD infuziya ilə verilir
  • Penisillin allergiyası olan xəstələrdə, ağız boşluğuna qəbul etməklə 200 mg doksisiklin gündə 2 dəfə 21-28 gün ərzində verilir. 
  • Yuxarıdajı antibiotikə alternativ olaraq aşağıdakı sxem istifadə edilə bilər: 
    •  15 gün ərzində Amoksisillin 3 q ağızla gündə 2 dəfə və 500 mg ağızla probenesid gündə 2 dəfə  
    • 10-14 günə ərzində Prokain pensillin 2.4 mln beynəlxalq vahid ƏD gündə 1 dəfə üstəgəl 500 mq ağızla gündə 4 dəfə qəbul edilən probenesid
    • Seftriakson 2 q VD və ya ƏD 14 gün ərzində.

Müayinə.
  • Nevroloji xəstəliyi olan, habelə oftalmoloji və ya otoloji əlamətlər və ya simptomlardan əziyyət çəkən və cinsi yolla keçən xəstəliklərə yoluxma riski olmuş və ya hazırda olan bütün xəstələrin sifilisə müayinə edilməsi məsləhət edilir. 
  • Müsbət qeyri-trepanema və/və ya müsbət treponema antihücism testi və ya müsbət PZR testi olan bütün xəstələr, o cümlədən, hamilə qadınlar neyrosifilisə müayinə edilməlidir.  
  • Nevroloji xəstəlik, o cümlədən, Alzheymer xəstəliyi olan və seksual cəhətdən aktiv olmuş və ya hazırda olan bütün xəstələrdə qeyri-trepanema və trepanema sifilis qanda seroloji müayinəsi aparılmalıdır. 
  • Xəstədə müsbət qeyri-trepanema və/və ya qanda trepanema anticism testi müsbətdirsə, bu zaman onurğa beyin mayesi əldə edərək onun üzərində qeyri-trepanema və trepanema anticism testi və ya PZR (polimeraz zəncir reaksiyası) aparmaq və ya empirik olaraq neyrosifilisin müalicəsinə başlamaq lazımdır. 

Qeyri-trepanem və/və ya qanda trepanemaya qarşı anticism testi və ya PZR testi müsbət olan bütün xəstələr, o cümlədən, hamilə qadınlar daha diqqətlə müayinə edilməlidir. 
  • Aşağıdakı hallarda xəstələr neyrosifilisə müayinə edilməlidir: 
    • qeyri-trepanem və ya qanda trepanema anticism testi və ya PZR testi müsbət olduqda. Bu zaman xəstənin əvvəl müalicə alıb almadığı nəzərə alınmır.
    • Müəyyən müddət ərzində titri azalmayan qeyri-trepanem anticims testi olan xəstələr: 
      • ilkin sifilisdə <12 aydan az  
      • ikincili sifilisə <24 aydan az
      • gec sifilisdə isə 5 il
  •  Aşağıdakılardan birini etmək vacibdir:  
    • Diaqnozun dəqiqləşdirilməsi üçün onurğa beyin mayesini əldə etmək və qeyri-trepanem və qanda trepanemaya qarşı anticism testini, habelə mayede ümumi hüceyrə sayı, zülalın və şəkərin səviyyəsini təyin etmək, və ya PZR testi etmək lazımdır. 
    • Alternativ olaraq, xəstəni empirik olaraq müvafiq antibiotiklərlə müalicə etmək olar. Məsələ burasındadır ki, hətta yuxarıdakı parametrlər norma daxilində olan xəstələrin onurğa beyin mayesində T.Pallidum müşahidə edilir. 
  • Daim xəstələrlə əlaqə saxlamaq lazımdır ki, tam sağalmalarına əminlik olsun.
  • Qeyri-trepanema testinin nəticəsi daim daha spesifik trepanema anticism testi ilə dəqiqləşdirilməlidir, çünki qeyri-trepanem testi qeyri-spesifikdir və hər hansı güclü immunoloji təsir olduqda yalnış müsbət nəticə verə bilər. 

Nevroloji xəstəliyin əlamətləri və ya simptomları, o cümlədən, kəskin meninqit və ya epileptik statusda olan bütün xəstələrdə neyrosifilis nəzərdən keçirilməlidir.
  • Anamnez aldıqda aşağıdakılara diqqət yetirmək mühümdür:  
    • Hazırki və keçmiş cinsi əlaqələr və ya cinsi fəallıq
    • Aşağıdakılar barədə məlumat əld edilməlidir:  
      • Cinsi yolla keçən xəstəliklər, o cümlədən HİV/AİDS
      • Cinsi yolların, anal və ya orofarinqeal xoralar
      • Ümumi limfoadenopatiya
      • Mənşəyi məlum olmayan səpgi, xüsusilə də, əlin ovucu və ya pəncədə müşahidə edilən səpgi.  
    • Nevroloji simptomlar:  
      • kəskin meninqitə dair simptomlar (ilkin və ya ikincili sifilisin ağırlaşması) 
      • İnsultun simptomları
      • Qıcolmalar 
      • Yaddaş zəifliyi
      • Qıcıqlanma
      • Şəxsiyyətin, emosional statusun, afektin, əqli funksiyanın və ya düşüncənin dəyişməsi
      • Sidiyi və ya nəcisi saxlaya bilməmək
      • Eşitmə qabiliyyətinin itirilməsi və ya tinnitus (qulaqda küy)
      • Hərəkətlərdə dəqiqliyin itirilməsi və ya fərasətliliyin itirilməsi
      • Beldən ayaqlara radiasiya edən "yandırıcı" və ya "ildırım" kimi ağrı
  •  Aşağıdakılara diqqət yetirmək lazımdır:  
    • Nevroloji əlamətlərə: 
      • Meninqeal əlamətlər (meninqitin əlamətləri) 
      • Demensiya, yaddaş itkisi, qıcıqlanma, Alzheymer xəstəliyinin simptomları
      • Xarici görünüşə diqqətsizlik və qayğısızlıq
      • Şəxsiyyət, afekt, əqli funksiyaların, düşüncə səviyyəsində dəyişiklik
      • Paranoya, nəhənglik delüziyaları (aldanmalar)
      • Nitqin dəyişməsi
      • Dilin, sifətin və əllərin tremoru
      • Eşitmə qabiliyyətinin itməsi
      • Göz xəstəlikləri (uveit, bəbəklərin pozğunluğu, göz əzələlərinin iflici, görmə qabiliyyətinin itirilməsi, optik sinirin atrofiyası) 
      • Ataksiya, vibrasiya hissiyatının pozulması və/və ya mövqenin dəyərləndirilməsi hissiyatı və/və ya toxunma və ağrı hissiyatının pozulması, parasteziyalar, reflekslərin qeyri-normallığı (zəifləməsi və ya güclənməsi)
      • Periferik nevropatiyalar
      • Kəllə sinirlərin pozulması (gec xəstəliyin fəsadı)

Onurğa beyin mayesində (OBM) qeyri-trepanem testi, spesifik trepanem testi, İTPA (trepanema pallidum anticism indeksi) və ya TPHA (trepanema pallidum hemoaqlyutinasiya indeksi) indeksi və ya PZR testini etmək gərəkdir. 
  • Aşağıdakılardan biri və ya bir neçəsinin müşahidə edilməsinə diqqət yetirmək lazımdır:  
    • OBM-də müsbət qeyri-trepanem anticism testi (VDRL)
    • OBM-də müsbət spesifik trepanem testi (FTA, TPHA, MHA-TP)
    • İTPA indeksi >3.0, və ya TPHA indeksi >100
    • PZR
    • Qanda müsbət sifilis seroloji testilə yanaşı OBM-də digər qeyri-normal əlamətlər (hüceyrə sayı və ya zülalın artması, şəkərin azalması) 
    • OBM-də B-hüceyrələrin (CD-19) artımı >9%-dan çox olduqda və ya buzlaşdırılmış OBM-də artım 20%-dən çox olduqda
  • Əgər neyrosifilis diaqnozu istisna edilirsə, bu zaman aşağıdakı testləri aparmaqla nevroloji pozğunluğu törədən xəstəliyi müəyyən etməyə çalışmaq lazımdır: 
    • Tiroid testi (qalxanabənzər vəzin funksiyasını müəyyən etmək) 
    • Ağır metalla zəhərlənməni müəyyən etmək üçün toksikoloji testlər
    • Vərəmə dair əkmə
    • Göbələyə dair əkmə
    • Vitamin B12-nin səviyyəsi


No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.