Təsadüfi qaraciyər kütləsinin (törəməsinin) işlənməsi və müayinəsi
Adətən qaraciyərdə hər hansı kütlə və ya törəmə digər məqsədlər üçün aparılmış radioloji müayinələr zamanı aşkar edilir. Məsələn, öd kisəsi xəstəliyi və ya xolelitiaza görə müayinə apararkən, qaraciyərdə kütlə müəyyən edilə bilər. Görüntüləmə texnologiyaları inkişaf etdikcə, əvvəllər görünməyən qaraciyər törəmələri hazırda asanlıqla müəyyən edilir. Düzdür, aşkar edilən kütlələrin böyük əksəriyyəti xoşxassəli və heç bir əlavə müayinə və müalicə tələb etməyən törəmələr olsa da belə, bədxassəli prosesin olması ehtimalı daha ciddi müayinələrin aparılmasını tələb edir. Məhz buna görə də, təsadüfi qaraciyər kütləsi aşkar edildikdə, onun ardıcıl işlənməsi üçün xüsusi yanaşma olmalıdır ki, gərəksiz yerə xəstələr onlarla testdən keçməsin.
Təsadüfi qaraciyər kütləsinin işlənməsi detallı anamnez və fiziki müayinədən başlayır. Xəstədən qarın ağrısı, çəki itkisi, əvvəllər keçirdiyi qaraciyər xəstəliyi, sirroz, sppirtli içkilərdən istifadə, viruslu hepatitə yoluxma, qan transfuziyaları, tatular, ağızla qəbul edilən kontraseptiv dərmanlardan istifadə (qadınlarda) və şəxsi və ya ailədə aşkar edilmiş xərçənq xəstəliyi barədə məlumat əldə edilməlidir.
Fiziki müayinədə isə sarılıq, skleranın ikterusu, hepatomeqaliya, splenomeqaliya, palpasiya edilən kütlə və ya portal hipertenziyanın stiqmatasına (əlamətləri) diqqət yetirilməlidir. Anamnez və fiziki müayinə bitdikdən sonra, xəstədən qan analizləri götürülməli və aşağıdakılar təyin edilmək üçün laboratoriyaya göndərilməlidir:
Təsadüfi qaraciyər kütləsinin diferensial diaqnostikasına - kistalar, xoşxassəli solid (bərk) törəmələr və birincili və ya metastatik kanserlər daxildir. Respirator və ya abdominal simptomların müayinəsi məqsədilə tətbiq edilən məhz USM və ya KT nəticəsində təsadüfi qaraciyər kütlələri aşkar edilir. Baxmayaraq ki, qaraciyərin USM çox ucuz bir testdir, lakin xəstənin köklüyü, bağırsaq qazının çoxluğu, və ya qabırğaların görüntünü bağlaması kimi texniki cəhətdən məhdudiyyətləri mövcuddur. Buna görə də, USM-də aşkar edilmiş hər hansı qaraciyər kütlələri mütləq ardınca kontrastlı helikal KT və ya MRT vasitəsilə görüntülənməlidir. Tələb olunduqda isə digər görüntüləmə testləri də istifadə edilə bilər. Məsələn, əgər işçi diaqnoz qaraciyər hemanqiomasıdırsa və KT görüntüləri bu diaqnozu təsdiq etmək üçün çətinlik çəkirsə, bu zaman kontrastlı MRT görüntüləməsi aparılır. Əgər MRT də dəqiq cavab verə bilmirsə, bu zaman nüvə tibbi yarlıqlı qırmızı qan hüceyrələri ilə tədqiqat aparılır. Əgər radioloji görüntüləmələrin nəticələri xoşxassəli hemanqioma və ya fokal düyünlü hiperplaziyaya məxsusdursa, bu zaman qaraciyərin biopsiyasına ehtiyac yoxdur (əksinə həmin törəmələrin yüksək vaskulyarlığı olduğu üçün qanaxma risk çox yüksək olur). Həmin xəstələr asimptomatikdirsə, onların sadəcə müşahidəsi kifayət edir.
Qaraciyərin biopsiyasına göstərişlər
Əgər görüntüləmə testlərinin cavabları birmənalı deyilsə, bu zaman USM və ya radioloji (məs., KT altında) qaraciyərin perkutan biopsiyası nəzərdən keçirilməlidir. Əgər törəmə biopsiyanın uğurlu olması baxımından çox kiçikdirsa və ya yaxşı vizualizasiyası (görüntülənməsi) və ya perkitan biopsiya ilə hədəflənməsi mümkün, onda ya törəmənin sabit qalmasına əmin olmaq üçün xəstə yaxından müşahidə edilməlidir (məs., hər 3-6 aydan bir), ya da qaraciyərin laparoskopik biopsiyası aparılmalıdır. Laparoskopik qaraciyər biopsiyası həm də assitlə müşahidə edilən qaraciyər sirrozu və koaqulopatiya olduqda aparılır. Həmin xəstələrdə perkutan yolla aparılan biopsiya zamanı qanaxma riski xeyli yüksək olur.
Əgər qaraciyər biopsiyası adenokarsinoma göstərirsə, bu zaman diferensial diaqnostika ya gizli birincili, ya da başqa yerdən metastatik adenokarsinoma arasında daralır. Birincili qaraciyər adenokarsinoması həmçinin xolanqiokarsinoma və ya öd axarı kanseri kimi də tanınır. Baxmayaraq ki, patoloji-histoloji boyanma şişin mənbəyini təyin etməyə kömək etmiş olur, bütün hallarda nəzərdə saxlamaq lazımdır ki, birincili qaraciyər xolanqiokarsinoması istisna diaqnozudur və əsasən qaraciyər xarici birincili bədxassəli şişlər istisna edildikdən sonra nəzərdən keçirilməlidir. Gizli birincili şişin axtarışı məqsədilə kolonoskopiya, qastroskopiya, mammoqrafiya, qinekoloji müayinı və Papanikolau yaxması (qadınlarda) və prostat spesifik antiqen (kişilərdə) və prostatın müayinəsi (kişilərdə) aparılmalıdır.

- QÜA və leykoformula, xüsusilə də, trombositlərin sayı
- elektrolitlərin səviyyəsi
- Sidik cövhəri (BUN) və Kreatinin (Cr)
- Şəkər və albumin
- Qaraciyərin funksional paneli (ALT, AST, QQT, Qələvi fosfataza və s.)
- Ammoniyanın qanda səviyyəsi
- Koaquloqram (PT, İNR, PTT, laxtalanma vaxtı)
- Viruslu Hepatitlərin serologiyası
- Şişlərin markerləri, o cümlədən, CEA, Alfa fetoprotein və CA19-9.
Təsadüfi qaraciyər kütləsinin diferensial diaqnostikasına - kistalar, xoşxassəli solid (bərk) törəmələr və birincili və ya metastatik kanserlər daxildir. Respirator və ya abdominal simptomların müayinəsi məqsədilə tətbiq edilən məhz USM və ya KT nəticəsində təsadüfi qaraciyər kütlələri aşkar edilir. Baxmayaraq ki, qaraciyərin USM çox ucuz bir testdir, lakin xəstənin köklüyü, bağırsaq qazının çoxluğu, və ya qabırğaların görüntünü bağlaması kimi texniki cəhətdən məhdudiyyətləri mövcuddur. Buna görə də, USM-də aşkar edilmiş hər hansı qaraciyər kütlələri mütləq ardınca kontrastlı helikal KT və ya MRT vasitəsilə görüntülənməlidir. Tələb olunduqda isə digər görüntüləmə testləri də istifadə edilə bilər. Məsələn, əgər işçi diaqnoz qaraciyər hemanqiomasıdırsa və KT görüntüləri bu diaqnozu təsdiq etmək üçün çətinlik çəkirsə, bu zaman kontrastlı MRT görüntüləməsi aparılır. Əgər MRT də dəqiq cavab verə bilmirsə, bu zaman nüvə tibbi yarlıqlı qırmızı qan hüceyrələri ilə tədqiqat aparılır. Əgər radioloji görüntüləmələrin nəticələri xoşxassəli hemanqioma və ya fokal düyünlü hiperplaziyaya məxsusdursa, bu zaman qaraciyərin biopsiyasına ehtiyac yoxdur (əksinə həmin törəmələrin yüksək vaskulyarlığı olduğu üçün qanaxma risk çox yüksək olur). Həmin xəstələr asimptomatikdirsə, onların sadəcə müşahidəsi kifayət edir.
Qaraciyərin biopsiyasına göstərişlər
Əgər görüntüləmə testlərinin cavabları birmənalı deyilsə, bu zaman USM və ya radioloji (məs., KT altında) qaraciyərin perkutan biopsiyası nəzərdən keçirilməlidir. Əgər törəmə biopsiyanın uğurlu olması baxımından çox kiçikdirsa və ya yaxşı vizualizasiyası (görüntülənməsi) və ya perkitan biopsiya ilə hədəflənməsi mümkün, onda ya törəmənin sabit qalmasına əmin olmaq üçün xəstə yaxından müşahidə edilməlidir (məs., hər 3-6 aydan bir), ya da qaraciyərin laparoskopik biopsiyası aparılmalıdır. Laparoskopik qaraciyər biopsiyası həm də assitlə müşahidə edilən qaraciyər sirrozu və koaqulopatiya olduqda aparılır. Həmin xəstələrdə perkutan yolla aparılan biopsiya zamanı qanaxma riski xeyli yüksək olur.
Əgər qaraciyər biopsiyası adenokarsinoma göstərirsə, bu zaman diferensial diaqnostika ya gizli birincili, ya da başqa yerdən metastatik adenokarsinoma arasında daralır. Birincili qaraciyər adenokarsinoması həmçinin xolanqiokarsinoma və ya öd axarı kanseri kimi də tanınır. Baxmayaraq ki, patoloji-histoloji boyanma şişin mənbəyini təyin etməyə kömək etmiş olur, bütün hallarda nəzərdə saxlamaq lazımdır ki, birincili qaraciyər xolanqiokarsinoması istisna diaqnozudur və əsasən qaraciyər xarici birincili bədxassəli şişlər istisna edildikdən sonra nəzərdən keçirilməlidir. Gizli birincili şişin axtarışı məqsədilə kolonoskopiya, qastroskopiya, mammoqrafiya, qinekoloji müayinı və Papanikolau yaxması (qadınlarda) və prostat spesifik antiqen (kişilərdə) və prostatın müayinəsi (kişilərdə) aparılmalıdır.
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.