Sunday, August 28, 2011

Siqaret çəkmənin sağlamlığa təsdiq edilmiş təsiri nədir?


Siqaret çəkmə nəticəsində Xərçəng Riski

Siqaret çəkən insanlar siqaret çəkməyənlərlə müqayisədə müxtəlif xərçəng xəstəliklərinə tutulma riski xeyli çoxdur. O cümlədən, ağ ciyər, boğaz və ağız boşluğu xərçənglərinin məhz siqaret çəkən şəxslərdə xüsusilə geniş yayılıb. Siqaret çəkməyən şəxslərdə isə həmin xərçənglərə nadir hallarda rast gəlmək olar. 


Ağ ciyər xərçəngi və siqaret:

  • Ağ ciyər xərçənginin 90% siqaret nəticəsində yaranır
  • Əgər dünyada heç kim siqaret çəkməsi, onda dünyada ağ ciyər xərçəngi demək olar ki, olmayacaq. Siqaret çəkməyən şəxslərin yalnız 0.5% müxtəlif səbəblərə görə ağ ciyər xərçənginə tutulur. 
  • Orta səviyyəli (təxminən 1 qutu günə) siqaret çəkənlərin 10 nəfərindən 1 və güclü siqaret çəkənlərin (1.5 qutu günə və daha çox) 5 nəfərindən 1 isə ağ ciyər xərçəngindən vəfat edəcək. 

Siqareti tərgitmiş şəxslərdə isə təxminən 10-15 ilə ağ ciyər xərçənginə tutulma riski siqaret çəkməyənlərə bərabərləşir. 
Siqaret nəticəsində əmələ gələn digər xərçənglər: 
  • sidik kisəsinin xərçəngi
  • qida borusunun xərçəngi
  • böyrəklərin xərçəngi
  • mədəaltı vəzin xərçəngi
  • uşaqlıq boyunun xərçəngi

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.