Tuesday, September 13, 2011

Karotid arteriyaların stenozu: Diaqnostika, Hospitalizasiya, terapevtik və cərrahi müalicənin aparılması.


Karotid arteriyaların stenozu: Diaqnostika, Hospitalizasiya, terapevtik və cərrahi müalicənin aparılması.

Xəstədə əvvəl insult və ya keçib gedən beyin qan dövranın pozulması hallarının və/və ya ürək damar xəstəliyi risklərinin olduğunu müəyyən etmək lazımdır. 
  • Aşağıdakılar haqda soruşulmalıdır:
    • Unilateral (bir tərəfli) motor funksiyaların və ya hissiyatın defisiti (çatışmazlığı) 
    • Üz nayihəsində zəiflik və ya asimetriya
    • Nitqin dəyişikliyi (məsələn, hecalama)
    • Monokulyar (tək gözdə) simptomlar
    • Əvvəl baş vermiş Mİ, stenokardiya, və ya aparılmış koronar anqioplastika və ya AKŞ əməliyyatı 
    • Periferik arteriyaların xəstəliyindən xəbər verən simptomların olduğu halda, məsələn, aşağı ətrafların növbələşən axsaqlığı, aşağı ətrafların anqioplastika və ya şuntlama əməliyyatı ilə revaskulyarizasiyası
    • Ürək damar xəstəliyi nəzərindən risk faktorların olması, məsələn, yüksək AQT, siqaret çəkmə, dislipidemiya, diabet və ailəsində erkən ürək damar xəstəliyinin olması

Fiziki müayinədə servikal (boyun) küyün və ya nevroloji lokal əlamətlərə nəzər yetirilməlidir. 
  • Boyunun hər iki tərəfi də servikal küyün müəyyən edilməsi üçün auskultasiya edilməlidir
  • Aşağıdakı əlamətləri müəyyən etmək üçün nevroloji müayinə aparılmalıdır:
    • Unilateral (bir tərəfli) motor funksiyaların və ya hissiyatın defisiti (çatışmazlığı) 
    • Üz nayihəsində zəiflik və ya asimetriya
    • Kəllə sinirlərinin defisiti
    • Nitqin pozulması, məsələn, hecalam, motor afaziyası və ya sensor afaziya
    • Əvvəl baş vermiş beyin damar sisteminin pozulmasına işarə edən digər nevroloji əlamətlər
Karotid arteriyaların stenozu riski yüksək olan xəstələrdə karotid USM ilkin diaqnostik test olaraq istifadə edilir. 
  • Aşağıdakı xəstələrdə karotid USM aparılır:
    • Beyin damar sisteminin pozulmasından xəbər verən simptomları olan
    • Adi fiziki müayinə nəticəsində müəyyən edilmiş servikal (boyun) küyü olan
    • Karotid arteriyaların stenozu olması riski yüksək sayılan xəstələr, məsələn, yayılmış periferik arteriyaların xəstəliyi, koronar arteriyaların xəstəliyi və ya çoxsaylı ürək damar xəstəliyi riski olan xəstələr
Karotid arteriyaların dupleks USM-nin nəticələri qeyri-dəqiq olduqda müalicə ilə bağlı tibbi qərarın verilməsinə yardımçı olmaq üçün digər diaqnostik metodlar istifadə edilir. 
  • Karotid arteriyaların anatomiyasını daha detallı nəzərdən keçirmək və USM-nin tapıntılarını təsdiq etmək məqsədilə MRA (Maqnit-rezonans anqioqrafiya), KTA (kompüter tomoqrafiyası anqioqrafiyası) və ya invaziv anqioqrafiya istifadə edilir.

Əhəmiyyətli dərəcədə karotid arteriyaların stenozu olan xəstələrdə stenozun dərəcəsini müəyyən etmək və dəqiq diaqnoz qoymaq üçün diqital subtraksion nnvaziv Anqioqrafiya istifadə edilir. 
  • Qeyri-invaziv testlərin nəticəsi qeyri-müəyyən olan xəstələrdə, habelə qeyri-invaziv testlərə əks göstəriş olduqda (məsələn, peysmeyker, defibrilyator, hamiləlik, klaustrofobiya, böyrək çatışmazlığı), diqital subtraksion invaziv anqioqrafiya aparılır. 

Ateroskleroza risk faktorlarının olmasını müəyyən etmək üçün laborator testlərin edilməsi. 
  • Dislipidemiya, dibaet və böyrək funksiyasını müyyən etmək üçün aşağıdakı laborator analizlər edilir:
    • Ac qarına qanda lipid profili
    • Ac qarına qanda şəkərin təyini
    • HbA1C səviyyəsi
    • Elektrolitlər
    • Qanda sidik cövhəri

Ürək damar xəstəliyi ilə əlaqəli heç bir riski olmayan və ya minimal risk faktorları olan xəstələrdə karotid arteriyalarının stenozunun diferensial diaqnostikasında digər qeyri-aterosklerotik xəstəliklər nəzərdən keçirilməlidir. 
  • Karoti arteriyaların stenozu olan, lakin aterosklerozla əlaqəli risk fatorları olmayan və ya digər damarlarda aterosklerozun əlamətləri olmayan xəstələrdə aşağıdakı xəstəliklər (məsələn, koronar, aorta və ya periferik damar xəstəliyi) nəzərdən keçirilməlidir:
    • Karotid arteriyaların disseksiyası (spontan və ya travmatik)
    • Fibro-əzələ displaziyası
    • Radiyasi nəticəsində yaranmış karotid arteriyanın stenozu
    • İltihablı vaskulit (damar iltihabı xəstəlikləri)

Servikal (boyun) küyünün diferensial diaqnostikasında digər etioloji hallar nəzərdən keçirilməlidir.
  • Bu xəstələrdə karotid arteriyaların stenozu diaqnozu ilə yanaşı subclavian (körpücükaltı arteriyanın) arteriyasının stenozu və ya aortal klapanın küyünün boyun nayihəsinə ötürülməsi də nəzərdən keçirilməlidir. 

İşemik insult keçirmiş xəstələrdə geniş diferensial diaqnostika aparılmalıdır. 
  • İnsult və ya keçib gedən beyin qan dövranın pozulması keçirmiş xəstələrdə, karotid arteriyaların stenozunu törədə bilən kəllədaxili və kəlləxarici səbəblər araşdırılmalıdır: 
    • Hipertenziya (məsələn, lakunar insult)
    • Embolizmin ürək mənşəli olması (məsələn, qulaqcıqların fibrilyasiyası, sol mədəcik daxili laxta, paradoksal embolizasiya) 
    • Aortanın ateromatoz xəstəliyi
    • Kəllədaxili səbəblər (məsələn, beyinin parenximal qanaxması, şiş)
    • Reoloji xüsusiyyətlərlə bağlı (qanın qatlığı ilə əlaqədar) səbəblər

Yeni müəyyən edilmiş nevroloji simptomları olan xəstələr hospitalizasiya edilir.
  • Yeni simptomları olan və ya insult və ya keçib gedən beyin qan dövranın pozulması ilə əlaqəli kliniki əlamətləri olan xəstələr hospitalizasiya edilməlidir:
    • Unilateral (bir tərəfli) motor funksiyaların və ya hissiyatın defisiti (çatışmazlığı) 
    • Üz nayihəsində zəiflik və ya asimetriya
    • Nitqin pozulması, məsələn, hecalam, motor afaziyası və ya sensor afaziya
  • Hospitalizasiya olunan xəstələr üçün diaqnostik, konsultativ və ilkin müalicə tədbirləri aparılmalıdır. 

Karotid arteriyaların stenozu səbəbindən revaskulyarizasiya ediləcək xəstələr hospitalizasiya edilməlidir. 
  • KEA və ya KAS əməliyyatı keçiricək xəstələr hospitalizasiya edilməlidir. 
  • Revaskulyarizasiyadan sonra həmin xəstələr 1-2 gün ərzində xəstəxanada aşağıdakı əlamətlərə diqqət yetirməklə monitorinq edilməlidir: 
    • Nevroloji status, məsələn, insult və ya keçib gedən beyin qan dövranın Neurologic status, e.g., occurrence of transient ischemic symptoms or stroke
    • KEA əməliyyatı keçirmiş xəstələrdə boyunun hematoması və ya səs tellərinin paraliçi
    • KAS əməliyyatı keçirmiş xəstələrdə qasıq nayihəsinin hematoması
    • Böyrək çatışmazlığı və hipotenziya da daxil olmaqla digər ağırlaşmalar

70%-dan artıq karotid arteriyaların stenozu olan simptomatik xəstələrdə, habelə 50-69%-dək karotid stenozu olan seçilmiş simptomatik xəstələrdə KEA əməliyyatı terapevtik müalicəyə əlavə kimi nəzərdən keçirilməlidir. 
    • Yüksək cərrahi risk qrupuna aid edilməyən və yuxarıdakı meyarlara cavab verən xəstələrdə KEA nəzərdən keçirilir. 

70%-dan artıq karotid arteriyaların stenozu olan, lakin cərrahi əməliyyat baxımından yüksək risk qrupuna aid edilən simptomatik xəstələrdə terapevtik müalicə ilə yanaşı Karotid Arteriyaların Stentləmə əməliyyatı nəzərdən keçirilməlidir. 
  • Ağır karotid arteriyaların stenozu olan simptomatik xəstələrdə KEA hal-hazırda müalicənin standartı hesab edilir. 
  • Karotid arteriyalarının 70%-dan artıq stenozu olan simptomatik xəstələrdə KAS (karotid arteriyaların stentlənməsi) prosedur nəticəsində yuksək insult riski ilə əlaqədardır. Lakin cərrahi əməliyyat baxımından yüksək risk qrupuna aid edilən xüsusi seçilmiş xəstələrdə KAS əməliyyatı ehtiyyatla nəzərdən keçirilə bilər. 
Karotid arteriyaların stenozunun 70-80%-dan artıq olduğu və cərrahi əməliyyat baxımından yüksək risk qrupuna aid edilməyən asimptomatik xəstələrdə Karotid Endarterektomiya nəzərdən keçirilməlidir. 
Karotid arteriyaların stenozunun 70-80%-dan çox olduğu lakin cərrahi əməliyyat baxımından yüksək risk qrupuna aid olan asimptomatik xəstələrdə aqressiv dərman terapiyası ilə yanaşı Karotid Arteriyaların Stentləmə əməliyyatı da nəzərdən keçirilməlidir. 
Asimptomatik, yüksək dərəcəli karotid arteriyaların stenozunun heteroqen xüsusiyyətləri anlaşılmalıdır. 
  • Asimptomatik karotid arteriyaların stenozu olan xəstələrdə fərdi risk-fayda mütənəssibliyindən asılı olaraq revaskulyarizasiyaya ehtiyac qiymətləndirilməlidir. Yəni revaskulyarizasiya nəticəsində baş verməsi mümkün olan insult və revaskulyarizasiya nəticəsində uzun müddətli fayda müqayisə edilməlidir. 
Asimptomatik karotid arteriyaların stenozu olan xəstələrdə anti-trombotik terapiya başlanılmalıdır.
  • Karotid arteriyaların asimptomatik stenozu olan xəstələrə 81 mq dozada aspirin verilir. 
  • Aspirinə allerqiyası olan və ya mədə-bağırsaq xəstəliyi baxımından aspirin qəbul edə bilməyən xəstələrdə alternativ olaraq clopidroqel 75 mq/günə və ya tiklopidin 250 mq gündə iki dəfə nəzərdən keçirilməlidir. 

Karotid arteriayaların aterosklerozunun inkişafını ləngitmək məqsədilə risk faktorları olan xəstələrdə anti-diabetik, hipertenziya əleyhinə və hiperxolesterolemiyaya qarşı müalicə tədbirləri həyata keçirilməlidir. 
  • Karotid arteriyaların xəstəliyi olan insanlarda yüksək qan təzyiqinin kontrol edilməsi üçün Kalsium-kanallarının blokatolarl, Anqiotenzini çevirən fermentin inhibitorları və ya Anqiotenzin İİ reseptorların blokatorları istifadə edilməlidir. Nəzərdən saxlamaq lazımdır ki, Kalsium kanallarının blokatorları karotid arteriyalarının intimal qalınlığının azaldılmasına daha çox müsbət təsirə malikdir. 
  • İki və daha çox risk faktoru olan xəstələrdə LDL xolesterolunu <130 mq/dL salmaq məqsədilə statinlə terapiya başlanılmalıdır. 
  • Ürək damar xəstəliyi olan xəstələrdə LDL xolesterolunun səviyyəsini <100 mq/dL aşağı salmaq məqsədilə də statinlə terapiyaya start verilməlidir.
  • Diabeti olan xəstələrdə aşağıdakılar vasitəsilə riskin azaldılmasına nail olma olar: 
    • Kalorik qəbulun modifikasiyası 
    • Davamlı idman və ya fiziki hərəkət
    • Bədən çəkisinin azaldılması
    • Aerobik idman və duzun qəbulunun məhdudlaşdırılması yolu ilə Sistolik AQT-nin  aşağı salınması
Qeyri-hemorraqik, qeyri-kardioembolik insult və ya keçib gedən beyin qan dövranın pozulmasını keçirmiş xəstələrdə müvafiq anti-trombotik terapiya aparılmalıdır. 
  • Qeyri-hemorraqik, qeyri-kardioembolik insult və ya keçib gedən beyin qan dövranın pozulması olmuş xəstələrə aspirin 25 mq gündə iki dəfə və dipiridamol 200 mq gündə iki dəfə kombinə edilmiş terapiya aparılır. 
  • Qeyri-hemorraqik, qeyri-kardioembolik insult keçirmiş xəstələrdə xroniki uzun müddətli anti-koaqulyasiyanın aparılması məqsədə uyğun sayılmır. Xroniki anti-koaqulyasiyaya başqa göstəriş olduqda isə bunu etmək olar. 
Karotid arteriyaların revaskluyarizasiyasından sonra anti-trombotik preparatlar ömürboyu (qeyri-müəyyən müddətə) davam etdirilməlidir.
  • Aşağıdakılar davam etdirilir:
    • KEA-dan sonra anti-trombotik preparatlar uzunmüddətli davam etidirlir
    • Karotid arteriyaların stentləmə əməliyyatından sonra isə iki anti-trombotik terapiya (aspirin və klopidroqel) ən azı 1 ay müddətində verilməli və sonradan isə aspirin uzun müddətli davam etdirilməlidir. 

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.