Qeyri-spesifik xoralı kolitin mədə-bağırsaq simptomları öyrənilməli və qeyd edilməlidir.
Xəstədən aşağıdakılar öyrənilməlidir:
Xoralı kolitin bağırsaqdankənar olaylarının və digər ağırlaşmalarına dair məlumatın öyrənilməsi
Aşağıdakıları aydınlaşdırmaq faydalıdır:
Sistemik toksikliyə işarə edən, habelə xoralı kolitin bağırsaqdankənar olaylarının əlamətlərinin müəyyən edilməsi də daxil olmaqla, qarın və perianal nayihəyə diqqət yetirməklə fiziki müayinənin aparılması
Aşağıdakılara diqqət yetirilməlidir:
Xəstəliyin ağırlığını, xəstəliyin mərhələsinin və ağırlaşmaların müəyyən edilməsi, habelə xoralı kolitə oxşar simptomları olan digər proseslərin istisna edilməsi üçün laborator analizlər aparılmalıdır
Aşağıdakı laborator analizlər aparılmalıdır:
Xoralı kolitin diaqnostikası və xəstəliyin yayılma dərəcəsini müəyyən etmək üçün endoskopiyanın aparılması (kolonoskopiya)
Xoralı kolitin diaqnostikasına yardımçı olacaq radioloji müayinələrin aparılması:
Aşağıdakıları həyata keçirmək tövsiyyə edilir:
Xəstədən aşağıdakılar öyrənilməlidir:
- İshal, onun tezliyi, həcmi, gecələr baş verməsi və qanlı olan bağırsaq hərəkətlərinin sayı.
- Defekasiyaya çağırış, nəcisin saxlanıla bilməməsi (inkontinans), tenezmlər (rektumun qıcıqlandırılması nəticəsində bağırsaqların hərəkətliyi lakin nəcisin ifraz edilməməsi), gücənmə və bağırsaq hərəkətlərilə mədə qazının ifrazı arasında fərqin duyula bilinməməsi
- Hematoxeziya
- Seliyin ifraz edilməsi
- Qarın ağrıları
- Ürək bulanması və qusma
- Hərarətin qalxması və gecələr tərləmə
- İştahanın olmaması və çəkinin itirilməsi (çəkinin azalma dərəcəsi və həcmi)
- Qarın ağrısı ilə ishalan dayanması arasında əlaqə
- Əvvəl istifadə edilmiş terapevtik dərmanların dozaları, istifadə müddəti, təsiri və əks efektləri
- İltihablı Bağırsaq Xəstəliyi (xoralı kolit və/və ya Kron xəstəliyi) və kolon xərçənqinin ailədə mövcudluğu
- Dərman preparatlarından istifadənin mütamadiliyi
- Aspirin, Qeyri-steroid iltihab əleyhinə preparatlar və digər dərmanlardan istifadə
- Səfər tarixçəsi
- Əvvəllər xəstəxanaya stasionar müalicəyə qəbul
- Antibiotiklərin qəbulu tarixçəsi
- Siqaret çəkmə
Xoralı kolitin bağırsaqdankənar olaylarının və digər ağırlaşmalarına dair məlumatın öyrənilməsi
Aşağıdakıları aydınlaşdırmaq faydalıdır:
- Əzələsümük sistemi simptomları, o cümlədən, immobilizasiyaya səbəb olan belin sərtliyi və kolitin kəskinləşməsi zamanı periferik artralgiyaların olması
- Aftoz stomatitə işarə edən ağız boşluğunda xoralar
- Eritema nodozum və pioderma qanqrenozuma işarə edən dəri xəstəlikləri
- Gözün xəstəlikləri, o cümlədən, göz ağrıları və qızartı; gözlərdə yaşarma, yandırma və qaşınma hissi; bulanlıqlı görmə, fotofobiya, baş ağrısı, və görmə qabiliyyətinin zəifləməsi.
- Pruritus (qaşınma), sarılıq, qeyri-normal Qara ciyər funksional testlərin nəticələri, və ya hepatit
- Sümüklərin zəifləməsi və sınıqlar tarixçəsi
- Tromboembolik hadisələr
- Yoğun bağırsaq displaziyası, adenomalar və adenokarsinoması
- Uşaqlarda fiziki inkişafın gerilənməsi
- Kortikosteroidlərdən asılılıq
Sistemik toksikliyə işarə edən, habelə xoralı kolitin bağırsaqdankənar olaylarının əlamətlərinin müəyyən edilməsi də daxil olmaqla, qarın və perianal nayihəyə diqqət yetirməklə fiziki müayinənin aparılması
Aşağıdakılara diqqət yetirilməlidir:
- Sistemik toksiklik (hərarət, taxikardiya, təzyiqin aşağı olmas)
- Dehidrasiya
- Anemiya
- Peritonun qıcıqlandırılması əlamətləri
- Meqakolon (qarının genişlənməsi, bağırsaq küylərinin olmaması)
- Perianal xəstəlik (anal çatlar, abseslər, fistulalar)
- Xoralı kolitin bağırsaqdankənar olayları:
- Birincili sklerozlaşdıran xolanqitə işarə edən xroniki qara ciyər xəstəliyinin əlamətləri
- Pioderma qanqrenozum və eritema nodozum da daxil olmaqla, dərinin xəstəlikləri
- Gözün iltihabından xəbər verən əlamətlər (uveit və episklerit), o cümlədən, fotofobiya, konyuktival və ya skleral hiperemiya, gözün görmə qabiliyyətinin zəifləməsi
Xəstəliyin ağırlığını, xəstəliyin mərhələsinin və ağırlaşmaların müəyyən edilməsi, habelə xoralı kolitə oxşar simptomları olan digər proseslərin istisna edilməsi üçün laborator analizlər aparılmalıdır
Aşağıdakı laborator analizlər aparılmalıdır:
- Qanın ümumi analizi, leykoformula ilə
- Metabolik panel
- Retikulositlərin sayı, dəmirin səviyyəsinin müəyyən edilməsi, və əgər anemiya mövcuddursa, vitamin B12, foli turşusu və LDH-in təyin edilməsi
- Qara ciyər funksional testləri
- C-reaktiv zülal və EÇS
- Nəcisin bakteriya və parazitlərə dair yoxlanışı
- C.difficile toxinin yoxlanılması (əgər şübhə varsa)
- İltihablı Bağırsaq Xəstəliyinin qeyri-iltihablı bağırsaq xəstəliklərindən fərqləndirilməsi üçün Kalprotektinin nəcisdə müəyyən edilməsi
- Klinikadan asılı olaraq qeyri-adi infeksiyalara, o cümlədən, Cinsi yolla keçən xəstəliklər və HİV-də dair yoxlama
Xoralı kolitin diaqnostikası və xəstəliyin yayılma dərəcəsini müəyyən etmək üçün endoskopiyanın aparılması (kolonoskopiya)
- Terminal ileum da daxil olmaqla mülayim və orta ağırlığı olan bütün xəstələrdə kolonoskopiya edilməli və terminal ileum və yoğun bağırsağın bütün seqmentlərndən biopsiyalar götürülməlidir.
- Xüsusilə ağır Koliti olan xəstələrdə isə siqmoidoskopiya edilməli və biopsiyalar götürülməlidir
- Endoskopiya zamanı xoralı kolitin xüsusiyyətlərinin müəyyən edilməsinə diqqət yetirilməlidir:
- Düz bağırsaqdan başlayaraq və proksimal istiqamətdə fərqli məsafəyə uzanan simmetrik, davamlı və bağırsağın bütün çevrəsini əhatə edən iltihablı dəyişikliklər
- İltihab mütləq olaraq düz bağırsağı (proktit) və bir çox hallarda proksimal istiqamətdə inkişaf edərək siqmoid yoğun bağırsağı (proktosiqmoidit), yoğun bağırsağı dalaq əyilməsinədək (sol tərəfli xoralı kolit), yoğun bağırsağı dalaq əyilməsindən proksimal olan hissəsinədək(geniş xoralı kolit) və ya bütün yoğun bağırsağı (pankolit) əhatə edir
- Diffuz və davamlı iltihablı dəyişikliklər, o cümlədən, eritema, ödem, seliklə qarışıq irin, eroziyalar və xoralar, bağırsağın qıvrıqlığı
- Aftoz xoralar, davamlı olamayan yaralar (Kron xəstəliyinə daha çox xas olan əlamətdir), "çay daşı"na bənzər makroskopik görüntü
- Xoralı kolitə spesifik olmayan, lakin 20%-dən xəstələrdə müşahidə edilən Psevdopoliplər
- Biopsiyada aşağıdakı histoloji xüsusiyyətlərə diqqət yetirilməlidir:
- bağırsaq kriptlərinin pozulması (uzanmış və/və ya şaxələnmiş kriptlər)
- Kəskin və xroniki iltihab hüceyrələri aşkar edilən selikli qişanın diffuz iltihabı
- Kriptit və kriptin absesi
- Panet hüceyrələrinin metaplaziyası
- Bazal hüceyrələrinin plazmasitozu
Xoralı kolitin diaqnostikasına yardımçı olacaq radioloji müayinələrin aparılması:
Aşağıdakıları həyata keçirmək tövsiyyə edilir:
- Toksik meqakolon və ya bağırsağın obstruksiyası şübhə altındadırsa, qarının rentqenoloji müayinəsi aparılmalıdır
- Kiçik bağırsaq seriyası və ya KT Enteroqrafiya edilməlidir ki, qeyri-müəyyən koliti olan xəstələrdə Kron xəstəliyini istisna etməkyə yardımçı olsun
- Hərarət olduqda, absesə şübhə olduqda və ya atipik simptomlar olduqda, qarının KT-sı edilməlidir.
Xoralı kolitin diferensial diaqnostikası aparılmalıdır
Aşağıdakı xəstəlikləri nəzərə almaq lazımdır:
Aşağıdakı xəstəlikləri nəzərə almaq lazımdır:
- Kron xəstəliyi
- İnfeksion kolit
- Qeyri-steroidli iltihab əleyhinə preparatlar nəticəsində kolit
- İşemik kolit
- Radiasiya nəticəsində kolit
- Solitar (tək) düz bağırsaq xorası sindromu
- qıcıqlanan bağırsaq sindromy
- Diyeta ilə əlaqəsi olan simptomlar
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.